Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov Səhiyyə, "Ümid", Borçalı 10 мая 2016 Bir neçə gün bundan əvvəl, gecə yarısı dişim bərk ağrıdı. Nə qədər dava-dərman etdimsə də, ağrını kəsmə bilmədim. O gecə səhəri diri gözlü açdım. Səhər bir təhər yerimdən qalxıb yemək yemədən həkimə getdim. Marneuli şəhər stadionu ilə üzbəüz, köhnə SOBES idarəsinin qənşərində yerləşən kiçik bir stomatoloq məntəqəsində çalışan diş həkimi Rəşid həkim haqqında xoş sözlər söylədilər. Onun xəstələrə göstərdiyi qayğı, mədəni davranışı, insanpərvərliyi və peşəkarlığı haqqında eşitmişdim, lakin xidmətindən istifadə etməmişdim. Bir baş Rəşid həkimin kabinetinə getdim. Gözləmə otağında çoxlu xəstə vardı. Məni çox səmimi qarşıladı. Vəziyyəti ona danışdım və ondan ağrını kəsmyi xahiş etdim. Rəşid həkim mənim dişimi müayiənədən keçirib dedi:-Müəllim, təcili dişiniz çəkilməlidir. Dedim:-Həkim, müalicə etmək olmazmı? Rəşid həkim:-Mümkün deyil, vaxtı keçib, gecikdiribsiniz, mütləq çəkilməlidir, yoxsa o biri dişlərinizi də xarab edəcək ,- dedi və damağıma keyikdirici iynə vurub yarım saat gözləməyi tapşırdı. Rəşid həkim dişimi çəkdi, dava-dərman edib məni yola salanda: -Dişinizin yeri sağalandan sonar gələrsiniz onun yerinə gözəl diş düzəldərəm…Rəşid Vilayət oğlu Mursaqulov 1983-cü ildə Tiflis şəhərində, ziyalı ailəsində anadan olub. Onun ailəsi daimi yaşamaq üçün Marneuli şəhərinə köçür. 2001- ci ildə Marneuli şəhər 4-saylı orta məktəbi bitirib. Elə həmin ildə o Tiflis Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olur və 2006-cı ildə oranı müvəffəqiyyətlə bitirir. 2011-ci ildə Petre Şotadze adına Tiflis Stomatologiya Akademiyasının rezidenturasına qəbul olur, tibb aləmində baş verən yeniliklərlə yaxından tanış olur, öz biliyini daha da artırır, dünyanın tibb aləminin böyük şəxslərinin əsərləri ilə yaxından tanış olur. 2013-cü ildə rezidenturanı tamamlayaraq stomatoloq-terapevt dərəcəsi alır. Bundan sonra onun həyatında bir sıra yeniliklər baş verir. O, 2009-cu ildə ailə həyatı qurur, sevib seçdiyi el qızı ilə evlənir. O, diş həkimi işləyə-işləyə 2015-ci ildə stomatoloq-cərrah dərəcəsi almaq üçün imtahan verib rezidenturaya qəbul olur. Ailəlidir. Bir oğlu var. 2008-ci ildən stomatoloq kimi fəaliyyətə başlayan Rəşid həkim Marneuli rayonu ərazisində, elecə də, ətraf bölgələrdə yaşayan əhalinin böyük əksəriyyətinin hörmətini qazanır. Elə gün olmur ki, onun kabinetinin qabağı insanlarla dolu olmasın. Ona qonşu rayonların sakinləri də müraciət edir. Bolnisi rayonu Qoşa-kilsə kənd sakini Nargül Şirinova danışır: -Məni bura ağır vəziyyətdə gətirdilər. Dərhal Rəşid həkim damağıma iynə vurub iki dişimi çəkdi və mən özümə gəldim. Bir vaxtdan sonra Rəşid həkim çıxartdığı dişlərin yerinə gözəl, incə dişlər düzəltdi. Ona ömrüm boyu təşəkkür edirəm və edəcəyəm. El ağsaqqalı Feyruz Qasımov həkim haqqında ürək dolusu danışdı: -Ay müəllim, mənim bütün dişlərimi Rəşid həkim çəkdi və düzəltdiyi gözəl protez anadangəlmə dişlərimdən fərqlənmir. Ömrüm boyu ona minnətdaram. Rəşid həkimin həyatında ən böyük hadisə 2010-cu ildə, oğlu Yusif dünyaya gələndə olmuşdur. O günü bu münasibətlə yaddaqalan şənlik təşkil etmiş və bütün dost-tanışları həkimi təbrikə gəlmişdilər. Marneuli rayonunda onlarla stomatoloq-həkim var. Onlarla söhbət zamanı hasmısı Rəşid həkim haqqında ürək dolusu danışdılar. Onun sadəliyi, qayğıkeşliyi bütün insanların xoşuna gəlir. Bəli, Rəşid həkim belə insandı, belə qayğıkeş və qədir biləndir. O, insanların sosial durumundan asılı olmayaraq hamıya eyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir. Səyavuş Uyğun,Şair-publisist.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.