Sevəndə də sərhəd gözləmək... (sense) Səhiyyə, Borçalı, "Region-Press" 30 июня 2015 Dünyanın hansı nöqtəsi olursa-olsun – Argentina, Azərbaycan, Gürcüstan, yaxud Yeni Zelandiya – günün bir zəruri tələbatı var: insanın fiziki və psixoloji sağlamlığına məsuliyyətli münasibət!Sağlam bədəni mehmanxanaya, xəstə bədəni xəstəxanaya bənzədən dahilərin sözləri yerdəmi qalar? Müxtəsəri, sağlamlığımızı qoruyan, bizi fiziki əzablardan xilas edən həkimlərə olan minnətdarlıq hissimiz, təknə-tabaq təşəkkürlərimiz dünya durduqca duracaq...İndi haqqında sizə söhbət açmaq istədiyim İslam həkimlə tanışlığımın qəribə bir tarixçəsivar: iş yerlərimiz yaxın olsa da elə bir mülayim münasibətimiz yox idi. Bir gün bizim təhsilvə mədəniyyət şöbəsinin rəhbəri Mikayıl müəllimin bir nəfərlə (həkim olduğunubilirdim) ustad Aşıq Ələsgər haqqında söykəli söhbətinin şahidi oldum. Yaxındantanımadığım həkim aşığın “Yaşıldı, yaşıl” qoşmasının yaranma mənbəyini özünəməxsustərzdə izah edirdi; xatırladıram:Qafil olma bu bazarın içində,Aldatma özünü varın içində,İbrahim dayanıb narın içində,Güldür solu-sağı yaşıldı, yaşıl...Hörmətli Mikayıl müəllim indi həmişə hörmətini saxladığım bu həkimlə məni qoşmanın məhz bu yerində tanış eləmişdi.Sonralar onun haqqında yazmaq təkliflərimə aqillərə xas təvazökarlıqla: – Daha vacib işləriniz ola bilər, – demişdi, – gəlin sonralarasaxlayaq.Və beləcə günlər, aylar ötdü......İbrahimov İslam Səfər oğlu Gorarxı elinin Alget kəndindəndir. 1978-ci ildə Bakıdakı dünyalarca məşhur N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.Rustavi şəhərindəki həkimlik fəaliyyəti də daxil olmaqla müxtəlif iş yerləri olub: hamısında da üz ağardıb, yaxşı hörmət, təmiz ad qazanıb. Amma bütün təltif-tərifnamələrin hamısını bir tərəfə qoyuram. Islam həkimin bir özəlliyindən-özünəməxsusluğundan savayı: o da bundan ibarətdir ki, şəxsən mən ömrümdə indiyədək belə saz-söz vurğunu olan, bu səviyyədə xalq dastanları dəstəklisi olan özgəhəkim görməmişəm. Təbii ki, hardasa yaxında, ya da uzaqda var, amma etiraf edirəm ki, mənayrı cür şahidlik edə bilmərəm; çünki hələlik qədim-qayım sözümüzün vaqifanə vurğunuolan “ikinci İslam həkim” rastıma çıxmayıb.Islam həkim dəri həkimi-dermatoloqdur; yəni tibb elminin dəri xəstəliklərinin diaqnostikası,müalicə və profilaktikası ilə məşğul olan sahəsindəndir. Islam həkimlə söhbətimizdənəvvəl dəri xəstəlikləri ilə bağlı bunları bilirdim ki, dermatologiyanın şərəfli tarixi bir keçmişiolub. Çünki hələ bizim eradan əvvəl yaşayıbyaratmış həkimlər insan bədəninə heç də “birət yığını” kimi baxmayıblar.Islam həkimdən aldığım “dermatologiya dərsləri” çox ibrətamizdir: dəri həkimininyanına adi bir sızanaq, bir ziyil üçün gələn də var. Xroniki dəri xəstəlikləri sayılanqaşınmalar, göbələk infeksiyası, psoriaz, Vitiliqo xəstəliyi ilə bağlı müalicə həsrətindəolanlar da. Zöhrəvi xəstəliklərə gəlincə, Zöhrə (Venera) eşq ilahəsinin adı olduğuüçün bunu da sırğa edib “qulaqdan asmaq” lazımdır ki, insan özünü təkcə soyuqdan, payızküləyindən, yelçəkər yerlərdən, müxtəlif viruslardan gözləməməlidir; həm də arada-sıradaeşq ilahəsindən də çəkinməlidir: ona görə ki, zöhrəvi (veneroloji) xəstəliklərin zəmanəmizüçün hazırda ən böyük və ən təhlükəli problemlərdən biri olduğu sağlam düşüncəsahiblərinin hamısına gün kimi aydındır. Bir sözlə, immun sisteminin pozulmasını Allahheç Mirzə Qotura da göstərməsin!İslam həkim mənə arada bunu da xatırladır ki, bizdə Zöhrə (Venera) ulduzunun bir adıda Karvanqırandır. Heç olmasa bu filhəqiqət fakt hətta qanmaza belə, çox məntiqli mətləbiahəstəcə qandırmalı deyilmi?Söhbətimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi sağlam həyat tərzinin üstündədaha çox durduğundan İslam həkim məxsusi vurğulamağı özünə borc bilir ki, sağlamhəyat tərzinə müxtəlif gigiyena qaydalarına – şəxsi daraq, diş fırçası, dəsmal və sairədəntutmuş – əməl etmək, təbiət qoynunda həyat keçirmək, kainatla ahəngdar əlaqədə olmaq,idmanla məşğul olmaqla bərabər, həm dəsaz-söz adamlarımızın, musiqi ustadlarımızın“nəbzini” tutmağı bacarmaq da lazımdır! Bu yerdə İslam həkim ədəbi yaradıcılığına vəşəxsiyyətinə səmimiyyət və hörmətlə yanaşdığı Zəlimxan Yaqubun misralarını söyləməkdəndə özünü saxlaya bilmir:Mən ürəyi ürək kimi saxlamadım,Hey əritdim, hey çürütdüm, hey qanatdım,Yağ içində böyrək kimi saxlamadım...Və:Gördü şeir yazıramÖlüm məndən vaz keçdi...İslam həkim – arazbarı təkrar da olsa – tövsiyə edir ki, hər bir insan öz bədəninisevsin; dərisindən tutmuş ürəyinə, böyrəyinə qədər! Çünki Allahın əmanəti olan bədənimizəxəyanətimiz əslində həm də məlum vaqifanə əmanətə xəyanət deməkdir! Burası da varki, dəri təkcə sabunla, ətirlər və şampunlarla təmizlənmir! Burada bir səbr, sınaq, şükr tərəfdə var ki, ahəngdar əlaqə olaraq onlara da diqqət tələb olunur!Tərifə yaxın da olsa, bunu da deməyə borcluyam ki, İslam həkimin insanpərvərliyi vəhalallığı artıq kiçik həcmli qəzet məqaləsinin deyil, bəlkə daha çox – əlbəttə, qalın kitabdandolayı – qalan kitab yazısının mövzusudur...P. S.Mənim indiyədək Gorarxı elinin iki nəfər həkiminin ləyaqətli ömür yolunu qələmə almaqcəhdim olub: Ülkər həkimin və Əmiraslan həkimin. Bu dəfə “növbə” İslam həkimə gəldi.Doğrudur, ustadlar ustadnaməni üç deyiblər, amma hesab edirəm ki, bu qatarda, bu sıradadigər şəfa-şəfqət verənlər də var. Təki sağlıq olsun!Bunu da ürəkdolusu ümid edirəm ki, Gorarxı elinin qədirbilən gəncləri də elimizin-obamızınhəkim kəhkəşanını öləziməyə qoymayacaqlar.Sağlamlığa görə məsuliyyət bir gün də onların üzərinə düşəcək. Əsas budur ki, kimə baxıbdüzlənmək üçün ünvanımız var!..İbrahimxəlil"Region-Press", №09 (184) 30.06.2015 səh.8.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.