MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ
Mustafa Qurban oğlu

(1906-1996)


Mustafa Qurban oğlu 1906-cı ildə Ulu Borçalımızın qədim Başkeçid (indiki Dmanisi) rayonunda anadan olmuşdur, 1910-cu ildə atası Qurban kişini və anası Salya arvadı itirdikdən sonra yetim qalmışdır. Anası Dəlləkli nəslindən idi. İsgəndərin bacısı olmuşdur. Balaca Mustafa üç qardaşı Süleyman, İsrafil, Məhəmməd və əsasən dayısı İsgəndərin himayəsində böyümüşdür. Məktəbə getməmişdir. Yazıb oxumağı sərbəst öyrənmişdir.
Gürcüstanda 1921-ci ildə fevral ayının 25-də sovet hakimiyyəti qurulduqdan sonra gənc Mustafa sovet hakimiyyətini çox yaxşı qarşılayaraq kommunist hərəkatına qoşulmuşdur. 1922-ci ildə Gürcüstan Lenin Kommunist Gənclər İttifaqının üzvü olmuşdur.
1926-cı ildən gənc komsomolçu Mustafa gürcüstanda yaradılan kommisarlığın tərkibində qaçaq və quldurlara qarşı mübarizə aparıb. O, vuruşların birində sağ əlindən yaralanıb. Onun baş barmağı ilə şəhadət barmağının arası parçalanmış və sağ əli ömrünün axırına kimi şikəst qalmışdır.
1928-ci ildən Gürcüstan Kommunist Partiyasının üzvlüyünə namizəd, 1929-cu ildə Gürcüstan Kommunist Partiyasının üzvü olmuşdur.
Mustafa Qurban oğlu 1929-cu ildə Batumiyə partiya məktəbinə göndərilib. 1931-ci ilə qədər orada oxumuşdur.
1931-36-cı illərdə Başkeçid rayon partiya komitəsində Şindilər kəndi üzrə müfəttiş (instruktor) işləmişdir.1936-cı ilin yanvarında Şindilər kəndində kolxoz quruldu. Kolxoza ilk dəfə sədr seçildi. İlk dəfə insanlar səs verdilər. Birinci səs vermə çox çətin qalmaqallı keçdi. Səs vermə mədəniyyəti aşılanmayan insanların səs verməsi doğrudan da çox çətin idi.
MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ 1936-cı il yanvar ayında Coculu nəslindən olan Mustafa Qurban oğlu Şindilər kolxozuna ilk sədr seçilir.
1938-ci ilə qədər kolxoz sədri işləyir 1939-cu ildə Partiya Komitəsi onu Kirov kəndinə kənd sovetinin sədri göndərdi. 1943-cü ilə qədər orada işlədi. Artıq orada yaşayan almanlar Urala köçürüldü. (II dünya müharibəsi ilə əlaqədar olaraq) Kirov kəndində ona 2 mərtəbəli 8 otaqlı ev verildi. Kirov kəndindən almanlar köçürülərkən oraya Azərbaycan türkləri yerləşdirilir. Mustafa evini kənd sovetinin binasına çevirir. O evdən qoz ağacından bir şkaf, iki sandıq və bir stol götürür. Şindilər kəndində isə köhnə bir ev onu qane edibdir.
1943-cü ildə yenidən Şindilər kəndində kolxoz sədri seçilib və 1945-ci ilə kimi işləyib.
1945-47-ci illərdə Şindilər kəndində kolxozda partiya təşkilatının katibi işləmişdir.
1947-ci ildə Başkeçid rayonuna birinci katib göndərilən gürcü millətinin nümayəndəsi Divalı deyilən birisinə tabe olmadığına görə təqib olunub və 1949-cu ildə tutulubdur. 3 gün həbsdə yatıb və zaminə buraxılmışdır. Məhkəmə uzun müddət davam etmişdir. 1951-ci ildə Partiya sıralarından azad edilmişdir. 1951-ci ildən özünü müdafiəyə qalxan Mustafa SOV.İKP MK-nın Baş Katibi Stalin yoldaşa bir neçə teleqram vurmuşdur. Nəhayət 1953-cü ildə bəraət qazanaraq yenidən Partiya sıralarına bərpa olunmuşdur.
1954-57-ci illərdə kolxozda briqadir, 1957-67-ci illərdə isə ferma müdiri vəzifəsində çalışmışdır.
1969-71-ci illərdə Dmanisi heyvandarlıq sovxozunda briqadir işləmişdir.
1966-cı ildə təqaüdə çıxıb. 8 oğlan və 5 qız dünyaya gətirib
Mustafa Qurban oğlu 1996-cı il aprelin 28-də Qurban bayramı günü Bakı şəhərində vəfat etmişdir. Bakıxanov qəsəbəsində dəfn olunmuşdur.
Allah rəhmət eləsin!..
Atam bu qədər vəzifələrdə işləməyinə baxmayaraq kənddə ən kasıb ailələrdən biri biz olmuşuq.
Halal yaşayıb, haram yeməyib.

Seyraqif COCULU.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BAŞKEÇİD rayonu ŞİNDİLƏR kəndi

BAŞKEÇİD rayonu ŞİNDİLƏR kəndi

Başkeçid
MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

"XXI əsrin Ziyalıları", Başkeçid
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

Başkeçid
Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Tiflis, Borçalı, Elanlar
HƏSƏN HACIYEV (1927-1999)

HƏSƏN HACIYEV (1927-1999)

Tiflis, Bolus
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
Sabir İSAYEV (1919-1997)

Sabir İSAYEV (1919-1997)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV

TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid
Nur içində yat, əmi...

Nur içində yat, əmi...

---
Nur içində yat, əmi...

Nur içində yat, əmi...

Gəncə, UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
Abbas Həsən oğlu Usubov (1907-1982)

Abbas Həsən oğlu Usubov (1907-1982)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Bolus, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
Yəhya Mustafa oğlu Məmmədov (1932)

Yəhya Mustafa oğlu Məmmədov (1932)

Başkeçid
= = = = = Ruhun şad olsun, Mustafa Əmiraslan oğlu və Güllü Əmiraslan qızı!. ...

= = = = = Ruhun şad olsun, Mustafa Əmiraslan oğlu və Güllü Əmiraslan qızı!. ...

Başkeçid, Nekroloqlar
XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
SAHİL ZAHİD OĞLU HƏMİDOV  (1981)

SAHİL ZAHİD OĞLU HƏMİDOV (1981)

Başkeçid
GÖRKƏMLİ  PEDAQOQ  VƏ  İCTİMAİ-SİYASİ  XADİM - ZAHİD  İBRAHİM  OĞLU  QARALO ...

GÖRKƏMLİ PEDAQOQ VƏ İCTİMAİ-SİYASİ XADİM - ZAHİD İBRAHİM OĞLU QARALO ...

Azərbaycan, Başkeçid
Rəy yazın: