Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020) "XXI əsrin Ziyalıları", UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan 10 ноября 2020 İnsan bu dünyaya gələndən bəri,Olub hər obanın igidi, əri.Dar gündə ellərə məsləhət yeri,Arxadır, köməkdir, yaxşı kişilər!..Həmin yaxşı kişilərdən biri də haqqında söhbət açmaq istədiyimiz - tanınmış el ağsaqqalı Bağman Fərzalı oğlu Piriyev - 1933-cü ildə qədim Zəngəzur mahalının Qafan rayonundakı Gığı kəndində ziyalı ailəsində doğulmuşdur.Hərbi xidmətini Macarstanda keçmiş və orada gedən müharibədə iştirak etmişdir.Müharibədən sonra aliəsinin yaşadığı doğma Gığı kəndinə qayıdaraq bir neçə sahələrdə işləmişdir. Sonra ali təhsil almağı qarşısına məqsəd qoymuşdur. Bakıya gəlib sənədlərini V.İ.Lenin adına Azərbaycan Dövət Pedoqoji İnstitutuna (indikiAzərbaycan Dövət Pedoqoji Universitetinə) vermiş və həmin ali məktəbin riyaziyyat fakultəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra vaxtıilə orta təhsil aldığı doğma Gığı kəndindəki məktəbdə pedoqoji fəaliyyətə başlamışdır. Məktəbdə işlədiyi dövrlərdə məktəb kollektivinin dərin hörmətini qazanmışdır. 1980-1988-ci illərdə dərs hissə müdiri işləmişdir.Bir neçə dəfə təhsildə fərqləndiyinə ğörə tərifnamə və təltiflərə layiq görülmüşdür .1988-ci ildə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı minlərlə soydaşımız kimi onlar da ailəliklə, ata-baba yurdlarından uzaq düşmüş və Bakı şəhərinə Pənah gətirmişlər. Bağman müəllim elə həmin ildən də pedoqoji fəaliyyətini Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbdə davam etdirmişdir. Ömrünün düz 40 ilini orta məktəbdə riyaziyyat müəllimi işləyən Bağman müəllim pedaqoji fəaliyyətilə yanaşı, həm də atasının yolunu genetik olaraq davam etdirərək Allahımızın Müqəddəs buyurduğu Qurani-Kərimin təbliği ilə də məşqul olmuşdur. Hələ Qafanda olarkən belə ərəb əlifbasında yazmağı oxumağı mükəmməl öyrənmiş, sadə, səmimi müəllim heç kimdən yaxşılığını əsirgəməmişdir. Dəyərli ziyalı, müdrik ağsaqqal həmişə el-oba arasında böyük hörməti-izzəti ilə tanınmışdır. Sakit, xeyirxah, qayğıkeş insan yaddaşlarda həmişə bax belə yaşayacaq!Bağman müəllim həm də böyük və gözəl ailə başçısı olmuşdur. 10 övladın - 7 oğulun, 3 qızın sevimli atası idi. Mehriban ata, müəllimlər müəllimi, qayğıkeş insan övladlarını öz halal zəhməti ilə bõyütmüş və həmişə onların uğurlarına sevinmiş, fərəhlənmişdir. Övladlarının hərəsi bir sahədə çalışsa da, hamısının amalı eyni olmuşdur: Hər zaman atalarının başını uca etməyə çalışmışlar.Amma təəssüflər olsun ki, Bağman müəllim bir il öncə oğlunun birini itirmiş və itkiyə dözməyən Ata bu il oktyabrın 8-də əbədiyyətə qovuşmuşdur. Allah rəhmət etsin, məkanı cənnət olsun. Amin.*** Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından, 1933-cü ildə qədim Zəngəzur mahalının Qafan rayonundakı Gığı kəndində ziyalı ailəsində dünyaya göz açan, uzun müddət doğma Gığı kəndindəki orta məktəbdə və 1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımız məcburi şəkildə çıxarıldıqdan sonra Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbdə müəllim işləyən, uzun müddət, daha doğrusu, ömrünün düz 40 ilini gənc nəsilin təlim-tərbiyəsinə həsr edən, tanınmış və təcrübəli pedaqoq, dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEVin vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, övladlarına, xüsusilə də oğlu - bizim əziz və hörmətli qardaşımız BƏHRUZ PİRİYEVə, eləcə də bütün doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.