Ömrümün 60- cı akkordu

Ömrümün 60- cı akkordu Bu dünyaya gəlişimi mən təsadüf saymamışam. 1960-ın qızmar avqust ayı imiş mən anadan doğulmuşam, qismətə bax oğulmuşam. İməkləyə-iməkləyə day durmuşam, yıxılmışam, addımımı ata- ata büdrəmişəm, bərkimişəm, boy atmışam, yaşamağa can atmışam, yaşamaqdan doymamışam, yaşayaraq bu dünyada yaşamaqdan həzz almışam. Neçə eniş, neçə yoxuş, neçə bahar, neçə də qış keçə-keçə yol gəlmişəm, gah ağlayıb, gah gülmüşəm. Sevinci də, kədəri də, təbəssümü, qəhəri də dada- dada yaşamışam. Hər ağrıya, hər acıya sinə gərib dözüb ürək, hər ağrını, hər acını qılınc olub üzüb ürək... Bu dünyaya gəlişimi heç bir zaman, heç bir vəchlə mən təsadüf saymamışam. Yaşayaraq bu dünyada yaşamaqdan doymamışam. Dədə-baba yurdundakı öləziyən bir çırağı mən sönməyə qoymamışam.
Bu dünyaya gəlişimi gözləyənlər kimlər olub, bu dünyaya gəlişimi gözləməyən kimlər olub. Darıxmayın yazacağam, darıxmayın açacağam bu sirr dolu atmacanı, bu sirr dolu tapmacanı. Darıxmayın səbr eləyin olduğutək yazacağam hər detalı, hər bir anı. Tarix adlı bu yazının bilin mənəm qəhrəmanı. Qələmimlə dindirəcəm İLYAS adlı bu insanı. Bu dünyaya gəlişimin budur məğzi, budur canı.Bu dünyaya gəlişimi eşidəntək sevinərək şad olublar, qurban kəsib ad qoyublar qohumlarım, doğmalarım, yaxınlarım. Bədxahlarsa seinməyib, yasa batıb kədərlənib.
Bəli əziz qohumlarım, əziz dostlarım, əziz oxucularım bu yazını yazmağımın əsas məğzi, canı budur ki, ömrümün 60-cı akkordu vuruldu. Bəli 60 yaşım tamam oldu. Əsla kövrəlmədim, əksinə sevindim. Çünki 60 yaş müdriklik yaşıdı deyilər atalar. Və istər, istəməz xəyalən arxaya boylandım. Xatirələr yada düşdü, çözüldü, bircə- bircə hafizəmə düzüldü.

Gəldim

Mən qəfildən, birdən gəldim,
Göydən düşdüm, yerdən gəldim.
Şair kimi zühr eylədim
Bir müqəddəs Pirdən gəldim.

Buta verdi Qorqud ruhu,
Tez çin oldu röya- yuxu.
Dərk eylədim azı- çoxu,
Möcüzəli sirrdən gəldim

Mən kükrədim, coşdum-daşdım,
Sərhədləri keçib aşdım.
Şeir yazdım, nəğmə qoşdum,
Ehram, Araz, Kürdən gəldim.

İlham verdi Vətən mənə,
Oldu hər an həyan mənə.
Qoy gülməsin ötən mənə,
Cilalandım dürrdən gəldim.

Babalarım dahi, ulu,
Keçib onlar qeyrət yolu.
Bəy əsilli, dəli- dolu,
Mərd kişidən - Ərdən gəldim.

Budur sözün müxtəsəri,
Mənimlədi ilham Pərim.
Yazmaq üçün şah əsəri,
Göydən düşdüm , yerdən gəldim.

Həyat şirin, həyat gözəl,
Ömür sürür İLYAS özəl.
Yazır şeir, qoşma, qəzəl,
Zühr eylədim birdən gəldim,
Ulu Haqqdan, Pirdən gəldim.

9-10 yaşım olardı mən artıq cızma- qaralar edirdim. Demək mümkünsə xırda- para "şeirlər" yazırdım. Sonralar nəslimizin, Borçalımızın ziyalı oğlu , dövrünün Zərdabisi , tanınmış maarif xadimi Şəmsi Əlizadənin lirikasından bəhrələndim., elimin- obamın tanınmış el şairləri Xətə Namazın, İbrahimxəlil Alıoğlunun şeirləri ilə yaxıdan tanış oldum. Məşhur şair İbrahimxəlil Alıoğlu rəhmətlik mənim şeirlərimlə tanış olduqdan sonra "sənin gələcəyin var, sən mütləq şair olacaqsan"- deyə mənə xeyir- dua verdi. Yaxşı yadımdadı 1972-ci ildə məşhur nakam şair İsa Sadiq mənə xeyir-dua verərək dedi ki, səni təbrik edirəm sən artıq şairsən. Vaxt keçdi şeirlərim " Yeni Marneuli" qəzetində müntəzəm olaraq çap olunmağa başladı. İlk şeirim İlyas Vəfalı imzasıyla çap olundu. Ədəbi ictimaiyyətə İlyas Vəfalı kimi tanındım. Bu sahədə Pərixanım Mursaqulovanın, mərhum şair Qasım Abbasəliyevin, Abdulla Nəbiyevin müstəsna xidmətləri oldu. Həyatımda ilk "uğurlu yolu" Pərixanım Mursaqulova yazdı.
Nəhayət 2000- ci ildə elimin- obamın, Borçalımın, nəslimin alim qızı Aysəba xanım Şəmsi qızı Əlizadənin maddi və mənəvi köməkliyilə "Səda" nəşriyyatında "Borçalı oğluyam" ilk şeir kitabım işıqüzü gördü. Və 2000- ci ilin aprel ayında mərhum dostum, Borçalının sayılıb- seçilən ziyalı oğlu Osman Əhməd oğlu Çobanovun və dostum- qrdaşım Hüseyn Yusif oğlu Yusifovun yaxından köməklikləri ilə ilk kitabımın təqdimat mərasimi keçrildi. Görüşdə tanınmış ictimai-siyasi xadimlər, Borçalı ziyalıları, o cümlədən "Region" qəzetinin təsisçisi, "Rustavi" 2 kanalının əməkdaşı Tamara xanım iştirak etdilər. Mənim poeziyaya gəlişim belə oldu.

Bu günün də qəhrəmanı özüməm,
Məclisin də söhbəti mən, sözü mən,
Sevincimdən kövrəlmişəm, düzü, mən,
A Borçalım, doğma ocaq, doğma el!

Görüşümə bu gün Osman gəlibdi,
Cavanşirlə Asif, Hasan gəlibdi,
Hüseyn, Süleyman, Rəhman gəlibdi,
A Borçalım, doğma ocaq, doğma el!

Aysəbaya xüsusidi hörmətim,
O veribdi kitabıma qiyməti,
O çəkibdi kitabıma zəhməti,
A Borçalım, doğma ocaq, doğma el!

Gözün aydın, gözün aydın , Borçalı,
Şənlik edir bu gün sənlə Vəfalı,
Unutmaram bu büsatı, cəlalı,
A Borçalım, doğma ocaq, doğma el!

...Görüşümə Bakım, Gəncəm gəlibdi,
Neçə-neçə qocam, gəncim gəlibdi.
Sümüyümə, vallah, "Cəngi" gəlbdi,
Oğuz oğlu, qopuzunu, çal görək.

Elə çal ki, keçmişimə qayıdım,
Yatmış idim gec də olsa ayıldım.
Yüz yetmiş il dabanımdan soyuldum,
Oğuz oğlu, qopuzunu, çal görək.

Yadellilər sərvətimi taladı,
Torpağımı torpağına caladı.
Əvəzinə qoydu mənə qul adı,
Oğuz oğlu, qopuzunu, çal görək.

O tay, bu tay deyib axan Arazdı,
Bu taleyi qismətimə kim yazdı?
Xudafərin sınıq telli bir sazdı,
Oğuz oğlu, qopuzunu, çal görək.

Ayrı düşüb Təbriz, Dərbənd, Borçalı,
Ələsgərin Göyçə adlı mahalı.
Ağlar- sızlar " Vətən" deyə Vəfalı,
Oğuz oğlu, qopuzunu, çal görək.

Və beləliklə Borçalıdan təpərlənib Bakıya gəldim. Gözəl insanların sayəsində işlə- güclə təmin olundum. Günlərin bir günü yaxın qohumum Aysəba Xanım Şəmsi qızı Əlizadənin məsləhətilə tanınmış ziyalı, tədqiqatçı alim, gözəl jurnalist, gözəl insan, əsl Borçalı təəssübkeşi, görkəmli nasi və naşir Müşfiq Mədəd oğlu Borçalının ünvanına üz tutdum. Çox sağ olsun, məni gülərüzlə, mehribancasına qarşıladı və məni məmuniyyətlə işlə təmin etdi. "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin redaktoru və "Borçalı" NPM-nin ədəbi redaktoru kimi jurnalistlik fəaliyyətinə başladım. Və mənim Azərbaycan Respublikasıda, Türk dünyasında tanımağımda Müşfiq Borçalının müstəsna xidmətləri var. Fürsətdən istifadə edərək Müşfiq Borçalıya və Aysəba Əlizadəyə öz dərin təşəkkürümü bildirirəm və hər iki ziyalıya "Nə yaxşı ki, varsınız" deyirəm.

2020-ci il 29 avqust həyatıma qədəm qoydu. Ünvanıma saysız- hesabsız təbriklər, telefon zəngləri gəldi. Qəflət yuxusundan ayıldım, demək 60 yaşımdı, nə tez gəldi özüm də bilmədən. Bir tanınmış ziyalı xanım, İlyas müəllim, tanınmış yazıçı var 60 yaşdan çox qorxurdu, bu günlər 75 yaşını qeyd etdi, siz necə, qoruxmursunuz? Mənim isə xanım əfəndiyə cavabım belə oldu: Mən əksinə 60 yaşıma çox sevindim, xoş gəlib,, səfa gətirib. Bu Allahın mənə lütfüdü. Mənim hədəfim 85- di.Allahın izniylə 85-i qarşılayıb yola salacağam.
Dünən Gürcüstanda tanınmış ictimai-siyasi xadim,gözəl insan, gözəl dost Gürcüstan Azərbaycanlıları Konqresinin prezidenti çox hörmət bəslədiyim şəxsiyyət Hüseyn Yusif oğlu Yusifov mənə zəng edərək 60 illik yubileyimlə əlaqədar məni səmimi və xoş sözlərlə ürəkdən təbrik etdi. Məni GAK- ın fəxri fərmanıyla təltif olunduğumu qeyd etdi, çox sağ olsun sevincimə sevinc qatdı.Hal-hazırda koronavirusun tüğyan etdiyi, pandemiyanın hökm sürdüyü bir vaxtda Gürcüstana səfər edə bilmirəm. Təki sağlıq olsun, karantin rejimi sona çatsın. Heseyn müəllimin dəvətini məmuniyyətlə qəbul edərək hökmən Borçalıya ziyarət edəcəyəm.
...Borçalı oğluyam sazım-sözüm var,
Ləhcəm də şirindir, dilim də şirin.
Qırx ildən çox olar cəh-cəh vururam
Bəmim də şirindir, zilim də şirin.

Dəsti- xəttim, adım-imzam bəllidir,
Həqiqət yoludur getdiyim bu yol.
Məndə cavabı var min bir sualın
Haqqın dərgahıyam, eşit, agah ol.

Vətən torpağının hər qarışına,
Nəğmə bəstələyib, şeir qoşmuşam.
Bağrıma basaraq çölü- çəməni
Hər gülə- çiçəyə könül açmışam.

Gah dağlı olmuşam, gah da aranlı,
Xoşgəldin eləyib oba- el mənə.
Təbriz, Kərkük, Dərbənd, Göyçə dərdim var
Tənə eyləməynən qafil gəl mənə.

Sənət aləmində, söz meydanında,
Deməyə hər zaman sözüm var mənim.
Heç vədə bu yoldan sapdıra bilməz
Nə şöhrət, nə dövlət, nə də var məni.

Və sonda məni təbrik edən hər bir kəsə öz dərin təşəkkürümü bildirirəm. Hər birinə ayrı- ayrılıqda: - Nə yaxşı ki, varsınız-, söyləyirəm.

Aylar, illər ötdü mən də "bac" aldım,
Torpaq təpər verdi, yurddan güc aldım.
Mərdlərə dost dedim, yadla öc oldum,
Öz alın tərimlə, dostlar, ucaldım,
Saçım çallaşsa da deməm qocaldım

Laylanla böyüyüb, Vətən, boy atdım,
Şəninə nəğmələr yazdım-yaratdım.
Eşqindən güc aldım vüsala çatdım,
Öz alın tərimlə, dostlar, ucaldım,
Saçım çallaşsa da deməm qocaldım.

Başıma ələndi, yağdı bəyaz qar,
Altımışdı, İlyas, üz tut yüzə var.
Görüm səni hər an xoşbəxt, bəxtiyar,
Öz alın tərimlə, dostlar, ucaldım,
Saçım çallaşsa da deməm qocaldım.

Borçalım

Borçalım, könlümə düşmüsən yaman,
Qoy gəlim gülündən öpüm qayıdım.
Sənsiz bu dünyada heç kiməm , inan,
Mehindən, yelindən öpüm qayıdım.

İstərəm bağçanı, bağını gəzim,
Aranını gəzim, dağını gəzim.
Girim bostanına tağını gəzim,
Ocaqda külündən öpüm qayıdım.

Çağır qonaq olum, görüşə gəlim,
Səninlə birlikdə şadlanım, gülüm.
İlyasam toxunsun daşına əlim,
Ləhcəndən, dilindən öpüm qayıdım.

İlyas Əfəndi Vəfalı
" Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin redaktoru,
"Borçalı" NPM-nin ədəbi redaktoru,
şair-publisist.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
İlyas Əfəndi VƏFALI:Yurdum Borçalıdır, elim Nəcməddin...

İlyas Əfəndi VƏFALI:Yurdum Borçalıdır, elim Nəcməddin...

Müsabiqə, Borçalı
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı
Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Nekroloqlar
RAMAZAN RZA:

RAMAZAN RZA: "SƏCDƏYƏ GƏLDİM!.."

Poeziya, Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
HAVA NƏSİBOVA (1964)

HAVA NƏSİBOVA (1964)

Müsabiqə
İlyas Əfəndi VƏFALI (1960)

İlyas Əfəndi VƏFALI (1960)

"SAZLI-SÖZLÜ BORÇALI", Borçalı
Elin ağsaqqalı və ziyalı oğlu Məhəmməd Mansur oğlu

Elin ağsaqqalı və ziyalı oğlu Məhəmməd Mansur oğlu

"Şərqin səsi", Borçalı, Bolus
PÜSTƏ RƏVAN (HÜSEYNOVA):

PÜSTƏ RƏVAN (HÜSEYNOVA): "Səni harda gəzim, harda tapım mən?!."

Müsabiqə
İmam CƏMİLLİnin Yeni şeirləri

İmam CƏMİLLİnin Yeni şeirləri

Poeziya, Müsabiqə
Şahin HƏMİDLİ:

Şahin HƏMİDLİ: "Ruhunu öpürəm Mədəd Çobanlı..." (YADDAN ÇIXMAZ XATİRƏ)

Poeziya, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
PETERBURQ - LENİNQRAD TƏƏSSÜRATLARIM... (2-ci yazı)

PETERBURQ - LENİNQRAD TƏƏSSÜRATLARIM... (2-ci yazı)

Müşfiq Borçalı, Rusiya
Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA  Minnətdarlıq məktubu

Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA Minnətdarlıq məktubu

"SAZLI-SÖZLÜ BORÇALI", Darvaz, Arxiv, Müşfiq Borçalı
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı
ULU BORÇALIMIZIN ZİYALI OĞLU - MƏDƏD QAĞAMIZ UNUDULMAZDIR!..

ULU BORÇALIMIZIN ZİYALI OĞLU - MƏDƏD QAĞAMIZ UNUDULMAZDIR!..

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Təbrik edirik, TƏBRİZ VƏFALI!..

Təbrik edirik, TƏBRİZ VƏFALI!..

Mədəniyyət
Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Poeziya, Borçalı, Başkeçid, Müsabiqə
Eşit harayımı MÜŞFİQ ÇOBANLI!..

Eşit harayımı MÜŞFİQ ÇOBANLI!..

Darvaz, Arxiv, Müşfiq Borçalı
Bizim Mübariz!..

Bizim Mübariz!..

Regionlar
Rəy yazın: