Ədliyyə polkovniki NƏBİ NƏBİYEV (1932)

Ədliyyə polkovniki NƏBİ NƏBİYEV  (1932) NƏBİ NƏBİYEV
Ədliyyə polkovniki

(1932)


Nəbi Kazım oğlu Nəbiyev - 1932-ci ildə qədim Borçalı ma­­ha­lının Başkeçid rayonundakı (in­­­­­diki Gürcüstan Res­pub­li­kası­nın Dma­ni­si rayonundakı) Qı­zıl­-kilsə kən­din­­də ana­­dan olub. O, or­ta mək­təbi (1948) və Azər­baycan Dövlət Uni­ver­si­­tetinin (indiki BDU-nun) hü­­quq fa­kültə­sini (1950-1955) bitirib.
Sonra Azər­baycan SSR Dövlət Təh­lü­kə­­sizlik or­qan­la­rında işə cəlb olun­du­ğun­­­­dan keçmiş SSRİ mə­kanının Sver­d­lovsk şəhə­rində Döv­­­­lət Təh­lü­kə­sizlik mək­­­­tə­binin bir­il­lik kursunda təhsilini davam etdirib (1955-1956).
Nəbi Nəbiyev Azər­baycan SSR Döv­lət Təh­lükə­sizlik Ko­mitəsinin Cəb­rayıl ra­­­yon şöbə­sin­də əmə­liyyat mü­vək­ki­li (1956-1960), Gür­cüs­tan SSR Döv­lət Təh­lükə­sizlik Ko­mi­­təsinin Bolnisi ra­yonu şö­bəsində əmə­liyyat mü­­vək­kili (1960-1978), Azər­baycan SSR Dövlət Təhlü­kəsizlik Komi­təsinin Göy­çay ra­yonu şö'bəsinin rəisi (1983-1988) vəzifə­lərində xidmət et­mişdir.
O, rayon şö­bə­lə­rində rəis olduğu müddətdə (1978-1983) Gürcüstan KP Bol­­nisi ra­yo­­nu ko­mi­təsinin Bü­ro üzvü və rayon sovetinini de­pu­tatı, Azər­baycan KP Göyçay Rayon Komitəsinin Büro üzvü və rayon so­ve­tinin deputatı ol­muş­dur.
Nəbi Kazım oğlu Nəbiyev və­zi­fə­sini layiqincə yerinə ye­tir­­­di­yinə və nü­munəvi xid­mətinə görə 7 medal və bir neçə Fəx­­­ri Fər­manla təltif olun­­­muş­dur.
Hazırda təqaüd­dədir və Bakı şəhərində yaşayır.

Bax:
Müşfiq Borçalı. "Sazlı-Sözlü Borçalı",
II cild. Bakı, 2015.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: