ADİLXAN NƏBİYEV (1938)

ADİLXAN NƏBİYEV  (1938) ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

ADİLXAN NƏBİYEV - 80

Adilxan Mahmud oğlu Nəbiyev - 1938-ci il
may ayının 22-də qədim Borçalı mahalının
Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Qızıl-Kil­sə kəndində dünyaya göz açıb.
1956-cı il­də orta ümum­təhsil məktəbinin
on birinci sinfini bitirib.
1958-ci ildə Bakı şəhərində Azərbaycan Dövlət
Uni­ver­sitetinin (indiki Bakı Dövlət Univer­siteti) tarix fakültəsinə daxil olub və həmin fakültəni 1963-cü ildə müvəf­fəqiy­yətlə bi­tirib.
A.M.Nəbiyev təyinatını Azərbaycan Respublikasının Puş­kin (indiki Biləsuvar) rayonuna alıb və burada üç il
öz ix­tisası üzrə müəllim işlədikdən sonra Bakı şəhərinə gəlib, Buzovna qəsəbəsindəki 125 saylı orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirib.

Elmi işə maraq onu sakit buraxmayıb, 1973-cü ildə Azər­baycan Respublikası EA-nın Tarix institutunda imtahan ve­rə­rək öz ixtisası üzrə əyani aspiranturaya qəbul olub.
Tbilisi şəhərində “Gürcüstanda yaşayan azərbay­can­lı­la­rın mad­di mədəniyyəti” mövzusunda dissertasiya müda­fiyə edə­rək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

1980-ci ildə seçki yolu ilə V.İ.Lenin adına Azərbaycan Döv­­lət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pe­daqoji Universiteti) tarix fakültəsinin ümumi tarix kafed­ra­sın­da baş müəllim, sonra isə dosent seçilib və orta əsrlər tarixi fənnini tədris edib.

1981-ci ildə ADPİ-nun (indiki Azər­baycan Dövlət Pedaqoji Universitetinin) tarix fakültəsinin həmkarlar təş­kilatı­nın sədri, 1982-ci ildən isə 15 il həmin fakültənin dekan müavini vəzifəsində çalışıb.

A.M.Nəbiyev əllidən çox dərs proqramının, dərsliyin, dərs vəsaitinni və elmi məqalələrin müəllifidir.

(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid". I cild, Bakı, 2015, səh. 180-181).

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: