XALƏDDİN İBRAHIMLİ (1958)

XALƏDDİN İBRAHIMLİ  (1958) ALİMLƏRİMİZİ TANIYAQ
VƏ TANIDAQ!..


Prof. Xaləddin İbrahimli - 60

Xaləddin Cəlal oğlu İbrahimli - 1958-ci il sent­yabrın 5-də
qədim Borçalı mahalının Başkeçid
(in­diki Gür­­cüstanın Dma­nisi) rayo­nundakı Gəyliyən kən­­dində anadan olub.

1974-1978-ci il­lərdə Azərbaycan Dövlət Pedaqoji İns­titu­tunun tarix fakültəsində təhsil alıb.

X.İbrahimli 1978-ci ildən indiyə qədər fasiləsiz olaraq elmi-pedaqoji fəaliy­yətdədir.
1992-ci ildən isə həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir.

1992-1993-cü illərdə "Yeni Müsavat" qəze­tinin redaktoru olmuşdur.
1997-ci ildə "Sabah" qəzetinin ye­ni­dən nəşrində yaxından iştirak etmiş və qəzetinin baş re­daktoru, 1997-1998-ci illərdə işıq üzü görən "Kavkaz" jur­na­lının ideya müəllifi, yaradıcısı və baş redaktoru olmuşdur.
Bu jurnal Qaf­qazın tarixində ilk Ümumqafqaz dərgisi olmuş, jur­nalın 8 Qaf­qaz cümhuriyyətində redaksi­yaları qurul­muş­dur.

X.İbrahimli "Çənlibel" ədəbi-bədii birliyinin yaranma­sın­da yaxından iştirak etmiş, bu birliyin fəallarından ol­muşdur. "Bor­çalı" cəmiyyətinin yaradıcılarından biri olmuş­dur. AXC-nin qurulmasında yaxından iştirak etmişdir. 1991-ci ildə Mü­savat Partiyasının bərpasına qoşulub, təşkilatın Azər­baycan­da bər­paçılarındandır.

1992-1996-cı illərdə Müsavat Divanının üzvü, Milli Tə­na­süd komissiyasının sədri olmuşdur. 1997-ci ildə öz ərizəsi ilə Müsavatın sıralarını tərk etmiş və elə həmin il AXCP sıra­la­rı­na daxil olmuş, AXCP Ali Məclisinin və onun Rəyasət heyətinin üzvü, Rəyasət heyəti Analitik Mərkə­zinin rəhbəri seçilmişdir.

Xaləddin İbrahimli 1991-ci ildə ADPU-da "Ünsiyyət mə­dəniyyəti və onun formalaşdırılması yolları" problemi üzrə namizədlik (Pedaqoji elmlər namizədi), 2000-ci ildə "Azər­baycan siyasi mühacirəti" (1920-1991) mövzusunda doktor­luq dissertasiyası (Tarix elmləri doktoru) müdafiə et­miş­dir.

"Azərbaycan siyasi mühacirəti (1990-1991-ci il­lərdə") (Bakı, Elm, 1996. 304 səh.), "Yeni Avrasiya Qafqazı" (Ba­kı, Xəzər Universitəsi Nəş­riy­yatı, 2000, 131 səh.), "Deyişen Avra­siyada Kafkasiya" (Ankara: ASAM, 2001, 96 səh.) ,"Aзер­байджанцы Грузи" (Москва, Издателства Европа, 2006, 151 стр.), "Azərbaycan Mühacirəti Tarixi" (Bakı, 2012, 400 səh.) və s. kitabların müəllifidir.
Bir sıra kitab və toplu­ların elmi redaktəsində, çapa hazırlanmasında yaxın­dan iştirak etmişdir.
Azərbaycanda, eləcə də xarici ölkələrdə dərc edilən qəzet və jurnallarda yüzdən artıq elmi, publistik mə­qa­lə­ləri dərc edilmişdir.
O, indiyədək 20 ittifaq və res­publika sə­viyyəli kofranslarda iştirak edib, elmi məqalələr çap etdir­miş­dir.

X.İbrahimli bir müddət Xəzər Uni­versitetində hüquq və sosial elmlər fakül­təsində dekan müavini, sonra Azər­baycan Univetsitetinin prorektoru, daha sonra isə Azərbaycan Turizm Univetsitetinin prorekto­ru­ vəzifələrində çalışıb.

Hazırda Türkiyədə yaşayır. Avrasya Üniversitesinin Uluslararası İlişkiler bölümünün başkanıdır.

Biz də dəyərli soydaşımız çox hörmətli professor Xaləddin İbrahimliyə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Prof XALƏDDİN İBRAHİMLİNİN İŞTİRAK ETDİYİ
BEYNƏLXALQ KONFRANSLAR VƏ SEMİNARLAR


• Qafqaz mü­hacirləri Polşada, dekabr, 2006, Varşava, Polşa
• Azərbaycan Rusiya münasibətləri yeni mər­hə­lədə, 2005, Moskva, RF
• Qloballaşma: Şərq və Qərbin dialoqu, iyul, 2002, Ankara
• Qloballaşma regio­nalizmə qarşı, noyabr 25-dekabr 2, 2001, Qummersbax, Alma­niya
• Qafqazda stabillik problemi, oktyabr, 2001, Bakı
• Azər­baycanda özünüdərk problemi, noyabr 21, 2001, Bakı
• Qa­ra­bağ: hərb, yoxsa sülh, iyun, 2001, Bakı
• Azərbaycan-Alma­niya münasi­bətləri, mart, 2000, Bakı
• Demok­ratiyanın inkişafında siyasi partiyaların rolu, no­yabr, 1995, Konstans, Almaniya
• Azərbaycanın daxili və xarici siyasət məsələləri, sentyabr, 1993, Ankara

DƏRS VƏ TƏDRİS-METODİKİ VƏSAİTLƏRİ

1. Polito­logiya (interaktiv dərs materialları). Bakı, Qanun Nəş­riy­yatı, 2008; 2012, 225 s.
2. Politologiya (tədris proqramı və meto­dikası). Ba­kı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cə­miyyət İnstitutu-Yardım fondunun maliyyə dəs­təyi ilə nəşr edilib, 34 səh.
3. Beynəlxalq münasibətlər nəzəriyyəsi (tədris proqramı və me­to­di­kası). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cə­miy­yət İnstitutu-Yardım fondunun maliyyə dəs­təyi ilə nəşr edilib. 34 səh.

KİTABLARI:
1. Azərbaycan Siyasi Mühacirəti (1918 - 1991). Bakı, Elm, 1996. 304 səh.
2. Yeni Avrasiya Qafqazı. Ba­kı, Xəzər Universitəsi Nəş­riy­yatı, 2000, 131 səh.
3. Deyişen Avra­siyada Kafkasiya. Ankara: ASAM, 2001, 96 səh.
4. Азер­байджанцы Грузи. Москва, Издателства Европа, 2006, 151 стр.
5. Azərbaycan Mühacirəti Tarixi. Bakı, 2012, 400 səh.

MÜŞTƏRƏK MÜƏLLİFLƏRLƏ ÇAP OLUNAN Kİ­TAB­­­LARI:
1. Politcs of language in the ex-soviet muslim states. London: Hurst and Company, 2001, Mосква, «Прог­ресс-Тради­ция»-2004, p. 260. (Prof. Jacob M. Landau, Prof. Barbara Kellner-Hein­kele ilə birgə)
2. Borçalı: dünən, bu gün, sabah. Bakı, Adiloğlu, 2010. səh., 98. (Gültəkin Hacıbəyli, Kamran Ramazanlı ilə birgə)

ÇAP OLUNAN ELMİ MƏQA­LƏLƏRİ:

1. Кавказский дом: миф или реальность. Жур­нал «Кавказ», Баку, 1997, № 1, стр., 12-15
2. Ə. M. Topçubaşov və Azərbaycan müha­cirəti. Elmi-nəzəri konfrans materialları. Bakı 1998, səh. 95-99
3. II Dünya müharibəsi illərində Azər­baycan legionlarının yaradılması ilə bağlı bəzi tarixi ger­çəkliklər. Tarix və onun problemləri jurnalı, BDU N3, 1998, səh. 91-99
4. Historical Stages of Azerbaijani Political Emig­ration. Jou­rnal of Azerbaijani studies, Khazar University, 1998, p. 14 - 21
5. «Qafqaz evi» ideyası mühacirət ədəbiy­yatında. BDU-nun xəbərləri, 1998, səh., 56-62
6. Azərbaycançılığın dünəni və çağdaş interpretasiyası. Elmi-nəzəri konfrans ma­terial­ları. Bakı, 1998, səh., 149-154
7. Sovert totalitarizminin 20-30-cu illəri mühacirət ədə­biy­yatında. Elmi konfrans materialları. Bakı, 1998, səh., 48-50
8. Azərbaycan Xalq Cüm­huriyyətinin tarixi mühacirət ədə­biyyatında. Elmi konfrans materialları. Bakı, 1999, səh., 57-63
9. “Qurtuluş” dərgisinin vətən tarixinin öyrənilməsində yeri. Azərbaycan tarixinin çağdaş problemləri. Məqalələr toplusu. Bakı, 2000, 135-142
10. Çeçenistan ve yeni Rusya. Stratejik Analiz dergisi (An­kara), 2000, № 13
11. Azerbaycan Diasporası: mövcud durumu ve ge­leceği ko­nusunda bazi notlar. Avrasiya Dosyesi jurnalı (Ankara) 2001, N1.
12. Rusiyanın Kafkaslara yönəlik yeni po­litikası. Azerbaycan dergisi (Ankara) Say: 337, 2001
13. Va­tan tarihinde “Kurtuluş” dergisi. Azerbaycan dergisi (An­kara) Say: 339, 2001
14. Azər­baycan mühacirlərinin Pol­şadakı fəaliyyəti və «Qafqaz Birliyi» ideyası. İpək Yolu, fevral, 2007
15. Azer­baycan siyasi mühaciretinin Cümhuriyyetin çöküşü olğusuna bakışı. Böyük Dövlətlər Kıskacında Azerbaycan Me­selesi (1918-1920). Meqaleler toplusu. İstanbul, Kültür Sanat Ya­yıcılık-2010
16. Gürcüstanda Borçalı məsələsi. Qloballaşma şəraitində da­vamlı inkişafın aktual probləmləri. Beynəlxalq elmi konfrans ma­terialları. Bakı, Azərbaycan Universiteti Nəş­riyyatı 2010.
17. Elmşünaslıq haqqında. İpək Yolu jurnalı, N -3, 2011
18. Azərbaycanda ali təhsil və Bolonya prosesi. Avropa ali təh­silinə inteqrasiya: problemlər və perspektivlər. Elmi-praktik kon­fransın materialları. Bakı, 2011.



(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid". I cild, Bakı, 2015, səh. 154-158).


REDAKSİYADAN:

Bu il dəyərli soydaşımız, tanınmış tarixçi alim, pedaqoq, məşhur politoloq,
çox hörmətli professor Xaləddin İbrahimlinin Yubiley ilidir..
Sentyabın 5-də anadan olmasının 60 illiyi tamam olacaq.
Məncə Ad günü - Doğum günü hər il bir gün - Yubiley isə il boyu qeyd olunmalıdır!..
Xüsusən də alimlərimizin yubileyləri!..
Elə buna görə də, biz ZiM.Az olaraq, indidən professor Xalədin İbrahimlinin
Yubiley tədbirlərinə start verir, onu ürəkdən təbrik edirik!..
Xaləddin müəllimə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YUBİLEYİNİZ MÜBARƏK, hörmətli SƏLAHƏDDİN XƏLİLOV!...

YUBİLEYİNİZ MÜBARƏK, hörmətli SƏLAHƏDDİN XƏLİLOV!...

İctimai elmlər, Borçalı, Təbriklər
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
LEYLA İSRAFIL QIZI MANSUROVA

LEYLA İSRAFIL QIZI MANSUROVA

Başkeçid, Darvaz
TAMİLLA İSRAFİL qızı ƏLİYEVA  (1965)

TAMİLLA İSRAFİL qızı ƏLİYEVA (1965)

Başkeçid, Darvaz
Polkovnik MEHMAN SƏLİMOV  (1955)

Polkovnik MEHMAN SƏLİMOV (1955)

Başkeçid
TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

"XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

AzTU, Bolus, Təbriklər
Vüqar MEHRABOV - 50

Vüqar MEHRABOV - 50

BDU, "Elm və Təhsil", Bolus, Təbriklər
TƏBRİK EDİRİK, HÖRMƏTLİ PROFESSOR M.DƏMİRÇİYEVA!..

TƏBRİK EDİRİK, HÖRMƏTLİ PROFESSOR M.DƏMİRÇİYEVA!..

BDU, Hüquq
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ƏMİR MÜƏLLİM!..

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ƏMİR MÜƏLLİM!..

BDU, Hüquq, Təbriklər
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
DƏYƏRLİ ZİYALI, TANINMIŞ FİLOSOF

DƏYƏRLİ ZİYALI, TANINMIŞ FİLOSOF

İctimai elmlər, Başkeçid
ADİLXAN NƏBİYEV  (1938)

ADİLXAN NƏBİYEV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
VƏLİ PAŞAYEV (1940)

VƏLİ PAŞAYEV (1940)

AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni nəşrlər
Rəy yazın: