AKADEMİK FUAD QASIMZADƏ - 86 "XXI əsrin Ziyalıları", Nekroloqlar 22 октября 2016 Bu gün (22 oktyabr 2016-cı il) görkəmli alim, müəllim və ictimai-siyasi xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycanda təhsilin, fəlsəfi, eləcə də ictimai-siyasi fikrin öyrənilməsi, inkişafı və təbliği sahəsindəki xidmətlərinə görə “Əməkdar elm xadimi” adına, «Əməkdə fərqlənməyə görə» yubiley medalına, “Şərəf” nişanına, “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülən, 48 il Azərbaycanın Dövlət Universitetində əvvəl istinad “Fəlsəfə” kafedrasına, sonralar isə “Təbiət fakültələri üzrə fəlsəfə kafedrası”na başçılıq etmiş Fuad Qasımzadənin dünyaya gəldiyi gündür.Fuad Feyzulla oğlu Qasımzadə - dünya şöhrətli filosof-alim, Azərbaycanda fəlsəfə elminin və təhsilin inkişafında, minlərlə gəncin maariflənməsində, alim və şəxsiyyət kimi yetişməsində ömrünü şam kimi əridərək misilsiz xidmətlər göstərmiş böyük pedaqoq, ilk dəfə Füzuli yaradıcılığını fəlsəfi aspektdə araşdıran cəfakeş tədqiqatçı, novatorluğu ilə seçilən elm fədaisi, bütün şüurlu həyatı boyu Azərbaycançılıq ideyalarını yorulmadan təbliğ edən tanınmış ictimai-siyasi xadim idi. Fuad Qasımzadə 1966-cı ildə Res¬pub¬likada ilk dəfə olaraq fəlsəfə elm¬ləri üzrə ixtisaslaşdırılmış Müdafiə Şurasını yaradaraq 40 ilə yaxın müxtəlif dövrlərdə bu şuranın sədri olub. Azərbaycan filosoflarının böyük əksəriyyəti, habelə keçmiş SSRİ-nin və bir çox xarici ölkələrin əməkdaşları disser¬tasiyalarını bu şurada müdafiə ediblər. Bilavasitə onun sədrliyi ilə fəlsəfə elminin müxtəlif indeksinə aid 100-dən artıq doktorluq, 300-ə yaxın namizədlik işi müdafiə olunub.Şəxsən özü 12 elmlər doktoru, 120-dən artıq elmlər namizədi yetişdirib. 300-ə yaxın namizədlik və doktorluq işlərinin opponenti və ya rəyçisi olub. Yetişdirdiyi kadrlar sırasında Orta Asiyanın, Şimali Qafqazın, Ukraynanın, Gürcüstanın, hətta Moskvanın, Bolqarıstanın, Polşanın və digər ölkələrin nümayəndələri var. Dəfələrlə rəsmi opponent qisminlə Moskva, Sankt-Peterburq, Kiyev, Daşkənd, Tbilisi, Maxaçqala və başqa şəhərlərdə çıxışlar edib.Azərbaycan elminin tanınmış nümayəndəsi kimi Fuad Qasımzadə uzun illər ərzində ictimai elmlərin aktual problemlərinin tədqiqi ilə ardıcıl sürətdə məşğul olmuşdur. Alimin bədii-ictimai fikir tariximizin görkəmli nümayəndələrinin yaradıcılığının fəlsəfi-estetik aspektlərinə həsr olunmuş əsərləri elmi ictimaiyyətin rəğbətini qazanmışdır. Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə kimi şəxsiyyətlərin irsinə dair araşdırmaları ilə o, fəlsəfi fikir tariximizə layiqli töhfələr vermişdir. Alimin mədəni irsimizin bir sıra abi¬dələrinin, о cümlədən "Kitabi-Dədə Qorqud"un fəlsəfi xüsusiyyətləri ilə bağlı orijinal fikir və mülahizələri mü¬təxəssislər tərəfindən maraqla qarşılanmışdır.Fuad Qasımzadənin elmi-pedaqoji fəaliyyəti monoqrafiyalar, dərsliklər və məqalələrdən ibarət 1000-a yaxın nəşrdə öz əksini tapmışdır (12 monoqrafiya, 3 dərslik, 25-dən çox kollektiv əsər, 650-yə yaxın elmi məqalə, 400-dən çox qəzet-jurnal məqaləsi).Fuad Qasımzadə publisistika sahəsində da uğurla fəaliyyət göstərmişdir. O, kütləvi informasiya vasitələrində (ələlxüsus televiziya və radio proqramlarında) milli adat-ənənələrimizin, mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanması mövzusunda məqalə və çıxışları ilə müasirlərinin yaddaşında qalmışdır.Fuad Qasımzadə beynəlxalq miqyasda da ölkəmizi layiqincə təmsil edərək, dünyanın əksər ölkə və şəhərlərində keçirilən konqres və simpoziumlarda ən çox çıxış edən filosof-alimimiz olaraq. zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan fəlsəfi və elmi fikir tarixinin nailiyyətlərinin təbliğinə xidmət göstərib.Fuad Qasımzadə gənc yaşlarından həmçinin keçmiş SSRİ-nin ən mötəbər təşkilat və cəmiyyətlərində:SSRİ Ali Təhsil Nazirliyinin fəlsəfə üzrə elmi-metodiki şurasının;SSRİ Ali Təhsil Nazirliyinin ictimai elmlər üzrə elmi-metodik Şurası Rəyasət heyətinin;Ümumittifaq «Bilik» cəmiyyəti idarə heyətinin ;Keçmiş SSRİ-də fəlsəfə cəmiyyəti idarə heyətinin;SSRİ EA-nın Rəyasət Heyəti nəzdində “İctimai fikir tarixi” elmi şurasının;İctimai elmlər kafedraları müdirlərinin Kremldə (1958, 1961, 1966, 1971, 1976, 1981, 1986) keçirilən Ümumittifaq müşavirələrinin iştirakçısı, bütün siyasi büroların iştirakçısı və bilavasitə siyasi büronun üzvü kimi Azərbaycanı ləyaqətlə təmsil edərək millətin əsl qürur mənbəyinə çevrilib.Fuad Qasımzadə Azərbaycan Respublikası Ali Sovetinin 12-ci çağırış və 3 dəfə Bakı Şəhər Sovetinin deputatı seçilib.Fuad Qasımzadə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya komissiyasının; M.Füzulinin yubileyinin keçirilməsi üzrə komissiyanın; Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin və çoxlu sayda qəzet, jurnal, toplu redaksiya heyətlərinin də fəal üzvü olub.O, Respublika Ağsaqqallar Şurası sədrinin 1-ci müavini, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının üzvü kimi də respublikanın ictimai-siyasi və elmi-mədəni həyatında daim fəal iştirak edib.Fuad Qasımzadə 3 avqust 2010-cu ildə dünyasını dəyişib, II Fəxri xiyabanda dəfn olunub.Allah rəhmət eləsin!.. Ruhu şad olsun!.. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.