Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçirilib

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçirilib Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçirilib "Oncildlik ədəbiyyat tarixinin birinci cildi ilin sonunadək çapa veriləcək" - bu barədə məlumat
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Elmi şurasının
ilin yekunları ilə bağlı
keçirilən iclasında
bildirilib.

ZiM.Az xəbər verir ki,
iclasdan öncə il ərzində çapdan çıxan kitabların nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan xalqının görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik anmaqla başlanıb.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli
çıxışında 2017-ci ilin elmi müəssisə üçün uğurlu keçdiyini, bir sıra önəmli nəticələrin olduğunu bildirib. Akademik çoxcildlik ədəbiyyat tarixləri sahəsində görülən işlərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, yeddicildlik ədəbiyyat tarixinin 5-ci cildi, oncildlik ədəbiyyat tarixinin isə 1-ci cildi ilə bağlı işlər yekunlaşmaq üzrədir və ilin sonuna qədər çapa veriləcək.
Eyni zamanda, elmi kadr hazırlığı baxımından da il uğurlu olub. On nəfər institut əməkdaşı elmlər doktorluğu işini bitirib, bəziləri artıq müdafiə edib, digərləri isə müdafiə növbəsini gözləyir. Bu, institut tarixində mühüm hadisədir.
İsa Həbibbəyli 2017-ci ili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu üçün istər elmi nailiyyətlərin əldə edilməsi, istərsə də elmi-təşkilati islahatların həyata keçirilməsi baxımından əlamətdar bir dövr olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli
qeyd edib ki, il ərzində Ədəbiyyat İnstitutu əməkdaşlarının müəllifliyi, tərtibçiliyi və tərcüməsində 49 kitab və monoqrafiya, 18 tərtib, 7 konfrans materialı, 9 bədii, 4 tərcümə olmaqla ümumilikdə 100-ə yaxın kitab işıq üzü görüb.
İl ərzində institut əməkdaşlarının müxtəlif elmi jurnal və məcmuələrdə, eləcə də dövri mətbuatda 1180 məqaləsi dərc olunub.

Akademik İsa Həbibbəylinin ideya müəllifi və baş elmi məsləhətçisi olduğu institutun literature.az rəsmi internet səhifəsinin yeni versiyası müasir dizaynda, üç dildə təqdim edilib.

Daha sonra institutun elmi katibi, dosent Aygün Bağırlı ilin əsas göstəricilərinin ifadə olunduğu geniş elmi hesabatı şura üzvlərinə təqdim edib.
O qeyd edib ki, Prezident İlham Əliyevin fərman və sərəncamlarının icrası ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı işlər görülüb.
“Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq institutda aprel ayının 7-də “Molla Pənah Vaqif və Azərbaycan realizmi” mövzusunda elmi sessiya keçirilib.
Azərbaycan Prezidentinin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi ilə bağlı Sərəncamına uyğun tədbirlər planı əsasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda cari ilin mart ayının 13-də “Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq” mövzusunda konfrans keçirilib.
Ümumilikdə il ərzində institutda üçü beynəlxalq olmaqla 22 konfrans və tədbir keçirilib.

Elmi şurada 2017-ci ildəki fəaliyyətinə görə “İlin alimi” mükafatının qaliblərinin adları açıqlanıb.
2017-ci ildəki fəaliyyətinə görə institutdan filologiya elmləri doktoru Fəridə Əzizova, filologiya elmləri doktoru
Vüqar Əhməd, fəlsəfə elmləri doktoru Rahid Xəlilov və filologiya elmləri doktoru Nizami Məmmədov
“İlin alimi” mükafatı üzrə qalib elan olunublar.

Eyni zamanda, ölkə üzrə Bakı Slavyan Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Rüstəm Kamala ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərinə görə “İlin alimi” diplomunun verilməsi qərara alınıb.

Xarici ölkələrdən isə Azərbaycan ədəbiyyatının tədqiqi və təbliğində xidmətlərinə görə Türkiyə İzmir Ege Universitetinin professoru Ali Yavuz Akpinar bu mükafata layiq görülüb.

Sonda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2017-ci ildəki fəaliyyətinin kifayət qədər uğurlu olduğunu və növbəti ildə institut əməkdaşlarının daha böyük uğurlar qazanacağını bildirib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
VÜQAR ƏHMƏD

VÜQAR ƏHMƏD "İLİN ALİMİ" OLDU

Təbriklər
Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Humanitar elmlər
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

"Zirvə"
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi  yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər, "Zirvə"
Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Humanitar elmlər, "Zirvə"
Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Elm, Humanitar elmlər, "Zirvə"
Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

"Zirvə"
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

Naxçıvan
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Humanitar elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

Humanitar elmlər
Rəy yazın: