AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib MEDİA » "Zirvə" 16 июня 2017 2017-ci il İyunun 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib.Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, büro üzvləri, elmi müəssisələrin rəhbərləri iştirak ediblər.AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Zim.Az-a bildiriblər ki, Rəyasət Heyətində təşkil olunan yığıncağı giriş sözü ilə açan akademik İsa Həbibbəyli iştirakçıları gündəliklə tanış edib. Akademik bildirib ki, yığıncağın gündəliyinə bir məsələ - "AMEA-nın professoru" adına seçkinin keçirilməsi salınıb.Akademik İsa Həbibbəyli "AMEA-nın professoru" adı haqqında Əsasnamənin Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edildiyini, müsabiqənin isə 19 aprel 2017-ci il tarixli qərarla elan olunduğunu diqqətə çatdırıb.AMEA-nın vitse-prezidenti Ekspert komissiyasının humanitar elmlər üzrə iki alimin namizədliyini təsdiq etdiyini vurğulayıb. Qeyd edib ki, bunlardan bir nəfər Dilçilik İnstitutunun, digəri isə Azərbaycan Dillər Universitetinin əməkdaşıdır.Sonra gizli səsvermə yolu ilə keçirilən seçkinin nəticəsinə görə, hər iki namizədin adı AMEA Rəyasət Heyətinə təqdim ediləcək siyahıya daxil olunub.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.