“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ “MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ “MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ “MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ “MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ “MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ Oktyabrın 25-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı ilə “Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans keçirildi.

Tədbir Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli Sərəncamı və AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixli Qərarına əsasən Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Hazainin xatirəsinə həsr olunub.

AMEA Rəyasət Heyətinin aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, əvvəlcə tanınmış türkoloq-alim Georq Hazainin şəxsi kitab kolleksiyasından ibarət sərgiyə baxış keçirildi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin Sərəncamını xatırladaraq, yubiley ərəfəsində bu konfransın xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O, Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan Türkoloji Qurultaya dair yekun tədbirin bu ilin noyabr ayında təşkil olunacağını bildirdi.

AMEA-nın vitse-prezidenti Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan şərqşünas və türkoloq alimlərin iştirakı ilə AMEA-da Türkoloji Qurultayla bağlı bir çox tədbirlərin keçirildiyini nəzərə çatdırdı. Türkiyədə birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq simpoziumda iştirak etdiyini söyləyən akademik İ.Həbibbəyli tədbir çərçivəsində Türkoloji Qurultay dövründə çəkilmiş filmin nümayiş olunduğunu bildirdi.

Azərbaycan-Macarıstan ədəbi əlaqələrindən söz açan AMEA-nın vitse-prezidenti türkologiyanın inkişafında macar alimlərin rolunu xüsusi vurğuladı, konfransın ölkələrimiz arasında münasibətlərin və elmi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.

Akademik, həmçinin türkologiya elmin inkişafında böyük xidmətləri olan G.Hazainin həyat və yaradıcılığı barədə məlumat verdi, Macarıstanda türkologiyanın keçdiyi zəngin tarixi yoldan danışdı. G.Hazainin yeni dövr Avropa türkologiyasının atası sayıldığını deyən İ.Həbibbəyli alimin türkologiya elmi sahəsindəki xidmətlərinin bir tədqiqat institutunun elmə verdiyi töhfələrə bərbər olduğunu vurğuladı.

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən söz açdı, tədbirin türkologiyanın, türkoloji əlaqələrin inkişafına, formalaşmasına, nəticə və perspektivlərinə mühüm töhfə verəcəyini bildirdi.

Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxanada saxlanılan Hazai kolleksiyasının dünya kitabxana-informasiya məkanına inteqrasiyası barədə çıxış etdi. Bildirdi ki, Azərbaycanı dünyada əhəmiyyətli türkologiya mərkəzi hesab edən macar alimi öz şəxsi kitabxanasının türkologiyaya aid bölümünün bir hissəsini AMEA-nın Mərkəzi Elmi Kitabxanasına bağışlayıb. L.İmanova bu ilin mart ayında kitabxanada türkoloq-alimə məxsus olan şəxsi kitab kolleksiyasının təqdimatının keçirildiyini də diqqətə çatdırdı. Bildirdi ki, yaxın müddət ərzində bir çox türkdilli mənbələr kataloqlaşdırılıb İnformasiya Resurs Mərkəzində saxlanılır. Daha sonra MEK rəhbəri Azərbaycanda olan türkdilli mənbələrdə ədəbiyyatların kataloqlarının birləşdirilərək vahid kataloqun yaradılması barədə təklifini irəli sürdü. Konfransda iştirak edən xarici elmi təşkilat və səfirlik nümayəndələrinə vahid kataloq ideyasını təbliğ etməklə bağlı müraciət etdi.

Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Məmməd Əliyev, institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Asif Rüstəmli və başqaları çıxış edərək böyük türk düşüncə sahibi G.Hazainin keçdiyi zəngin tarixi yoldan danışdılar. Azərbaycan və macar xalqları arasında elmi əlaqələrin bundan sonra da möhkəmləndirilməsi baxımından konfransın əhəmiyyətini vurğuladılar.

Sonda alimin qızı Sisilya Hazai atasının Azərbaycanla bağlı xatirələrini G.Hazainin özünün memuarında yazdığı kimi konfrans iştirakçılarının diqqətinə çatdırdı. Xanım Sisilya böyük türkoloqun xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.


.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

"Zirvə"
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Elm, "Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Elm, "Zirvə"
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

"Zirvə"
“İslam maarifçiliyi və müasir dövr” mövzusunda konfransın materiallarından  ...

“İslam maarifçiliyi və müasir dövr” mövzusunda konfransın materiallarından ...

Elm, "Zirvə"
“Türkologiya”jurnalının 3-cü sayı çapdan çıxıb

“Türkologiya”jurnalının 3-cü sayı çapdan çıxıb

Elm, Humanitar elmlər
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan

"TÜRKOLOGİYA" JURNALININ HESABATI

Humanitar elmlər
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

"Zirvə"
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Rəy yazın: