Azərbaycan Milli Elmlər Akademiyası və “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası və “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb Azərbaycan Milli Elmlər Akademiyası və “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb Oktyabrın 11-də Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən ali elmi təşkilatı olan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çoxsaylı alim və mütəxəssis heyəti “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə edəcək.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən Zim.Az-a bildiriblər ki, “Web of Science” yüksək indeksli jurnalların, kitabların, konfrans materiallarının və digər nəşrlərin əhatəli toplusuna malik olan, dünyada elmi yeniliklər və təhlil üzrə qızıl standart kimi qəbul edilən biliklər bazasıdır. “Thomson Reuters Web of Science” platformasına üç əsas: “Genişləndirilmiş Elmi İstinad İndeksi” (Science Citation İndex Expanded), “İctimai Elmlər İstinad İndeksi” (Social Sciences Citation İndex), “İncəsənət və Humanitar Elmlər İstinad İndeksi” (Arts and Humanities Citation İndex) kataloqu daxildir. Müvafiq elm sahələrini əhatə edən hər üç kataloq Azərbaycan istifadəçiləri üçün mühüm əhəmiyyət kəsb edir.

Müqavilə çərçivəsində “Thomson Reuters” təşkilatının mütəxəssisləri tərəfindən bu bazaya daxil olan jurnallarda məqalələrin dərc olunması qaydaları, elmi müəssisələrdə əldə olunan yeniliklərin və alimlərin beynəlxalq aləmdə tanınması və s. bu kimi müxtəlif mövzularda mütəmadi olaraq seminar və treninqlər keçirilməsi nəzərdə tutulur.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Thomson Reuters” ilə əməkdaşlığı yüksək dəyərləndirdi və bu Müqavilənin Azərbaycanda elmin inkişafına, onun dünyada nüfuzunun artmasına səbəb olacağını və ayrı-ayrı tədqiqatçılar üçün yeni imkanlar açacağını bildirdi.
Akademik A.Əlizadə son illər AMEA-nın elmi müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, Akademiyada multidissiplinar tədqiqatların inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atıldığını, elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə laboratoriyaların qabaqcıl texnologiyalar və avadanlıqlarla təmin olunduğunu, gənc alim və mütəxəssislərin dünyanın müxtəlif elmi təşkilatlarında təcrübə keçməyə göndərildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sonra tədbirdə “Thomson Reuters” təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan Bazarlar üzrə baş direktoru Viji Krişnan qeyd etdi ki, “Thomson Reuters” təşkilatının nümayəndələri AMEA ilə əməkdaşlığını növbəti mərhələyə keçirməkdən məmnundur. İmzaladığımız Müqaviləyə əsasən, yüzlərlə azərbaycanlı tədqiqatçı beynəlxalq bilik mərkəzləri ilə uğurlu əməkdaşlıq qurmaq və yerli imkanları maksimum inkişaf etdirmək üçün 20 milyon istifadəçisi olan nüfuzlu “Web of Science” bazasına qoşulmaq imkanı əldə edəcək. O, həmçinin əlavə etdi ki, “bizim üçün, AMEA ilə əməkdaşlıq Azərbaycan Respublikası ilə əlaqələrimizin tarixində çox mühüm mərhələdir. Biz peşəkar dialoqumuza xüsusi əhəmiyyət veririk, AMEA və onun elmi-tədqiqat institutları ilə güclü ümumi proqram yaratmağa nail olacağımıza inanırıq”.

Daha sonra tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA və “Thomson Reuters” arasında əməkdaşlığın Azərbaycan elmi üçün geniş perspektivlər açdığını qeyd etdi. Akademik gələcəkdə AMEA-nın magistrant və doktorantlarının səmərəli elmi axtarışlar aparması, innovativ elmi nəticələr əldə etməsi baxımından bu elmi bazadan faydalanmağın əhəmiyyətini diqqətə çatdırdı.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
FİZİKA İNSTİTUTUNDA “İNFORMASİYA RESURSLARI. ELMİ TƏDQİQATLAR” MÖVZUSUNDA S ...

FİZİKA İNSTİTUTUNDA “İNFORMASİYA RESURSLARI. ELMİ TƏDQİQATLAR” MÖVZUSUNDA S ...

Digər bölmələr
AMEA-da “Thomson Reuters” agentliyi tərəfindən maarifləndirici seminar keçi ...

AMEA-da “Thomson Reuters” agentliyi tərəfindən maarifləndirici seminar keçi ...

Digər bölmələr
“Clarivate Analytics (Thomson Reuters)” agentliyi AMEA-da seminar keçirib

“Clarivate Analytics (Thomson Reuters)” agentliyi AMEA-da seminar keçirib

Biologiya və tibb elmləri, Digər bölmələr
Elm Tarixi İnstitutunda keçirilən iclasda bir sıra mühüm məsələlər müzakirə ...

Elm Tarixi İnstitutunda keçirilən iclasda bir sıra mühüm məsələlər müzakirə ...

İctimai elmlər
AzTU-da “Thomson Reuters” beynəlxalq agentliyinin təqdimatı olub

AzTU-da “Thomson Reuters” beynəlxalq agentliyinin təqdimatı olub

AzTU
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
Uğurlu elmi məqalə necə yazılmalıdı?-Aydəm ismayılov təcrübəsindən danışır. ...

Uğurlu elmi məqalə necə yazılmalıdı?-Aydəm ismayılov təcrübəsindən danışır. ...

"Şərqin səsi"
“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

"Zirvə"
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

"Zirvə"
AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

Humanitar elmlər
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

Elm
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

Elm, "Zirvə"
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər
Rəy yazın: