Ad gününüz mübarək, hörmətli Sona xanım!..

Ad gününüz mübarək, hörmətli Sona xanım!..
TƏBRİK EDİRİK!..

Bu gün
mehriban həmkarımız,
istedadlı qələm dostumuz,
çox hörmətli şairə-jurnalist
Sona xanım İsmayılovanın
Ad günüdür!...


Sona Abbasəli qızı İsmayılova - 20 oktyabr 1961-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalında ziyalı ailəsində doğulub, dünyaya göz açıb.
Elə Göyçə mahalında da böyüyüb boya-başa çatıb.

Doğma kəndlərində orta məktəbi bitirdikdən sonra ali təhsil dalıyca Bakıya gəlib.
İndiki Azərbaycan Dövlət Neft və Sənaye Univetsitetini bitirb.
Elə tələbəlik illərində də ailə həyatı qurub. Gözəl bir ailəsi var.
Samir adlı bir oğlu və Samirə adlı bir qızı var. Hər ikisi ali təhsilli və ailəlidirlər.
Sona xanım artıq 30 ilə yaxındır ki, Neft şirkətində çalışır.
O, 18 ildir ki, eyni zamanda həm də jurnalist kimi fəaliyyət göstərir.
Bir sıra mətbuat orqanları ilə müntəzəm əlaqə saxlayır, əməkdaşlıq edir.
Hazırda ZiM.Az saytının və "Şərqin səsi" qəzetinin şöbə müdiridir.
AJB-nin üzvüdür. "Abdulla Şaiq" və "Qızıl Qələm" makafatları laureatıdır.
Yüzlərlə Vətən həsrətli şeirlərin, bir-birindən oxunaqlı məqalələrin və ən nəhayət,
5 bədii və publisistik kitabın müəllifidir.
Bu yaxınlarda isə Sona xanım 6-cı kitabını oxucuların ixtiyarına verəcək.
Ümidvarıq ki, növbəti kitabı da, əvvəlkilər kimi oxucular tərəfindən böyük maraqla qarşılanacaq.

Biz də fürsətdən istifadə edərək, sevimli həmkarımızı, mehriban iş yoldaşımız,
çox hörmətli şairə-jurnalist Sona xanım İsmayılovanı Ad günü münasibətilə
bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, eləcə də əmək fəaliyyətində və bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!..

Və aşağıda hörmətli Sona xanımın bir neçə şeirini
dəyərli oxucularımıza ərmağan edirik.

Müşfiq BORÇALI,
ZiM.Az


Ad gününüz mübarək, hörmətli Sona xanım!.. Mənim ruhum bu torpağa bağlıdır...

Ana yurdun tufanı da gözəldir,
Düşmənimə sədd edərəm bu canı.
Bir gün onun xidmətində durmasa,
Öz canımdan rədd edərəm bu canı.

Əzəlindən belə olub mənimki;
Ay işığım, bulud sevgim, dan evim.
Mənim ruhum bu torpağa bağlıdır,
Torpaq mənim can evimdi, can evim.

And yerimdir, güvənirəm mən ona,
Könül verir çiçəklərə çəni, tez.
Həsrətinə dözmərəm ki, bircə an,
Harda olsam, qoynu çəkir məni tez.

Ana yurdun tufanı da gözəldir,
Düşmənimə sədd edərəm bu canı.
Bir gün onun xidmətində durmasa,
Öz canımdan rədd edərəm bu canı.


TÜRKİYƏM

Böyük bir sevgi ilə
Qardaş elə gəlmişəm.
Bura mənim öz evim,
Lap binayi-əzəldən
Ocaq evim, köz evim...
Türkiyəyə gəlmişəm,
Mən bu gözəl ölkəni
Öz Vətənim bilmişəm.

İstanbul qol-qanadım,
Ankara ürəyimdi.
Antalya ilham pərim,
İzmir göz- bəbəyimdi.
Böyük Türk dünyasında
Türkiyə qardaş evim...
Altaylardan başlamış
Anadolu baş evim.

Qardaş eldəyəm bu gün,
Burdadı ruhum, canım.
Burdadı din- imanım...
Aşılan sabahlara
İlk andım, son gümanım...
Kutsal şərəfim- şanım,
Sənsən öz anam mənim!
İstiqanlı Türkiyəm,
Zəfər yonlu Türkiyəm!
Alınmaz qalam mənim!
25.09. 2016.


Mən də türk qızıyam, soyum azəri Ad gününüz mübarək, hörmətli Sona xanım!..

Hər el bir yurd üçün canından keçir,
Yurdu olan elin dərdi az olur.
Torpaq da anadır, biz varıq deyə,
O da Vətən kimi basılmaz olur.

İnsançun əvəzsiz bir sevgi yoxdur,
Vallah, dostluq qədər, qardaşlıq qədər!
Dünya tab gətirməz türkün gücünə,
Ey, ürəyi xain, çırpınma hədər!

Mən də türk qızıyam, soyum azəri,
Haqqa qucaq açır, zülmü yeyirəm.
Ən çətin anımda şiməyə dönüb,
Hər qarış torpağa Vətən deyirəm.

Mən belə görmüşəm dünyanın işin:
Tənha ürəklərdən daim qəm keçir.
Həyatın ən uca zirvələri də,
Mənim elə olan sevgimdən keçir.


Sən insanlıq nümunəsi...

Vətən, sənə ana dedim,
Çox qaynadı qanım sənə.
Sənin sadiq övladınam,
Sadağadı canım sənə.

Ruhum sənin ruhun ilə
Bir sırada dayanır tən.
Sən insanlıq nümunəsi -
Qəhrəmanlıq örnəyisən.

Çətin gündə, savaşlarda
Başın üstə əsib yellər.
Vüqar yerim, and yerimsən,
Şöhrətini duyur ellər.

Oğlun, qızın qeyrət tacı,
Sənə çoxdur sözüm, Vətən.
Mənim hünər sərvərimsən,
Canım Vətən, gözüm Vətən!


Nə xoşbəxtdi türkəm deyən! Ad gününüz mübarək, hörmətli Sona xanım!..

Biz ərənlər övladıyıq,
Gündüz ayıq, gecə ayıq...
Həmişə bir olmalıyıq,
Nə xoşbəxtdi türkəm deyən!

Gücümüz bir, ədamız bir,
Ellər ötən sədamız bir.
Səsimiz bir, nidamız bir,
Nə xoşbəxtdi türkəm deyən!

Düşmənimiz viran qalıb,
Dünya bizə heyran qalıb,
Bir olmağa bir an qalıb...
Nə xoşbəxtdi türkəm deyən!

Adı uca obamız var,
Dözümümüz, tabımız var...
Atatürktək sarvanımız,
Heydər kimi babamız var,
Nə xoşbəxtdi türkəm deyən!


GƏLƏRƏM

Sən həmişə məni axtar, məni an,
Harda olsam qaça- qaça gələrəm.
Bu həsrətə, bu möhnətə darıxma,
Ruh quşunam uça- uça gələrəm.

Sən əzəldən qədr- qiymət bilənsən
Qəmimizi parçalayıb bölənsən.
Hiss etsəm ki, mənə sarı gələn sən
Qollarımı aça-aşa gələrəm.

Mən Sonayam, səni anmaq istərəm,
Elinizdə qonaq qalmaq istərəm,
Barmağında üzük olmaq istərəm,
Dağı-daşı quca-quca gələrəm.


GƏLMƏK İSTƏRƏM Ad gününüz mübarək, hörmətli Sona xanım!..

Bu hicranın qanadını
Qırıb da gəlmək istərəm.
İmkan olsa yubanmadan
Durub da gəlmək istərəm.

Ömür yolumuz dolaşıb,
Andımız səbrini çaşıb.
Düzlər keçib, dağlar aşıb,
Varıb da gəlmək istərəm.

Nə qədər çəkim dərdini?
Sıx tök canıma odunu...
Sənin yerini- yurdunu
Sorub da gəlmək istərəm.

Dəyişmisən həyatımı,
İtirmişəm baratımı...
Səyirdib könül atımı,
Yorub da gəlmək istərəm.

Sonayam, allam ağrını,
Qoymam yad dərsin barını...
Həsrətin, qəmin bağrını
Yarıb da gəlmək istərəm!
28. 11. 2016.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Sona Abbasəliqızı:

Sona Abbasəliqızı: "Mənim ruhum bu torpağa bağlıdır..."

---
Sona ABBASƏLİQIZI:

Sona ABBASƏLİQIZI: "Barmağında üzük olmaq istərəm..."

Poeziya, Müsabiqə
Sona ABBASƏLİQIZI:

Sona ABBASƏLİQIZI: "Dərdə bələnibdi qoynum, qucağım..."

Müsabiqə
ŞƏRQİYYƏ SEYİDOVA:

ŞƏRQİYYƏ SEYİDOVA: "VƏTƏNİMDİR, VƏTƏNİM"

Poeziya, Müsabiqə
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ ZEMFİRA XANIM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ ZEMFİRA XANIM!..

Təbriklər
XATİRƏ XƏYAL (1971)

XATİRƏ XƏYAL (1971)

Poeziya, Müsabiqə, Qərbi Azərbaycan

"Canım Azərbaycan – Vətənim mənim!.." - Pərvanə xanım MƏMMƏDLİ

Yeni nəşrlər, Müsabiqə, Qərbi Azərbaycan
Bütövük - ulu silahım, Türk oğlu, türk Seyfullahım !

Bütövük - ulu silahım, Türk oğlu, türk Seyfullahım !

Turan
Səyavuş UYĞUN (1949): Rübailər...

Səyavuş UYĞUN (1949): Rübailər...

Müsabiqə, RÜBAİLƏR, Borçalı
İlk kitabınız mübarək, hörmətli Güllü xanım!...

İlk kitabınız mübarək, hörmətli Güllü xanım!...

---
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Hardasan, ay ana, dillən, de harda?.."

Müsabiqə, Qərbi Azərbaycan
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!..

Başkeçid, Təbriklər, "Borçalı" Cəmiyyəti
AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ HƏMKARIMIZ, ÇOX HÖRMƏTLİ FİRƏNGİZ XANIM ...

AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ HƏMKARIMIZ, ÇOX HÖRMƏTLİ FİRƏNGİZ XANIM ...

Təbriklər
Səringül Sadə: MƏNİ DAĞLARA YETİRİN...

Səringül Sadə: MƏNİ DAĞLARA YETİRİN...

Başkeçid
Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Azərbaycan, Təbriklər
TƏBRİK EDİRİK, GİLƏ XANIM!..

TƏBRİK EDİRİK, GİLƏ XANIM!..

Qarabağ, Poeziya, Müsabiqə, Təbriklər
AG GÜNÜNÜZ MÜBARƏK, BİZİM ƏZİZ VƏ HÖRMƏTLİ TƏLƏBƏ YOLDAŞIMIZ - ƏSLİ XƏLİLQI ...

AG GÜNÜNÜZ MÜBARƏK, BİZİM ƏZİZ VƏ HÖRMƏTLİ TƏLƏBƏ YOLDAŞIMIZ - ƏSLİ XƏLİLQI ...

ADPU, Təbriklər, Turan
Ənvər DURUCALI

Ənvər DURUCALI

Müsabiqə
AD GÜNÜNÜZ MÜBARƏK, ARZU  MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, ARZU MÜƏLLİM!..

Təbriklər
Həkim-şairə Tamara xanımın ömür səlnaməsi

Həkim-şairə Tamara xanımın ömür səlnaməsi

Gəncə, Səhiyyə
Rəy yazın: