Ulu Borçalının Ulu Oğlu!..

Ulu Borçalının Ulu Oğlu!.. REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Bu ad gənc ikən hər adama nəsib olmur. Bir ömrə sığmayan gərgin fəaliyyətə malik bu istedad sahibi haqqında olanları və ürək sözlərini təfsilatı ilə yazmaq qeyri-mümkündür. Çünki, haradan başlasan, nədə qurtarsan, yenə də yazılmamış nəsə qalacaq. Ona görə də bu vətən oğlunun, uzun müddət müşahidə etdiyim fəaliyyəti haqqında ürəyimdən keçənləri qısaca da olsa yazmağı bir həmvətən qızı kimi özümə borc bildim.

Sözü gedən şəxs Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin təsisçiliyi ilə işıqüzü görən Beynəlxalq elmi-pedaqoji, ictimai-siyasi, ədəbi-bədii, publisistik məcmuələri özündə əks etdirən və geniş oxucu kütləsinin sevimli dərgisinə çevrilən “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərinin baş redaktoru, “Borçalı” Nəşriyyat-Poliqrafiya Müəssisəsinin baş direktoru Müşfiq Mədəd oğlu Çobanlıdır.


Adətən adi bir adam haqqında yazmaq çox asan olur. Bu qədər əməktutumlu işlərin öhdəsindən gələn çox bacarıqlı və enerjili, gənc ikən saysız-hesabsız kitabların, araşdırmaların, yazıların müəllifi, tərtibatçısı və redaktoru olmuş, bir çox qurultayların, konfransların, təqdimatların, tədbirlərin və s. iştirakçısı və təşkilatçısı olan, bütün bunların müqabilində isə həddən artıq təvazökar bir insan haqqında yazmaq və onu tərənnüm etmək üçün münasib sözlər tapmağa belə çətinlik çəkirəm...

Uzun illərdir ki, mən Müşfiq müəllimi, onun ailəsini tanıyıram. Onun fəaliyyətini, vətənini, millətini sevdiyini, onların qeydinə qaldığını, bir sözlə vətən təəssübkeşliyini müşahidə etmiş və istər-istəməz onda olan bu güc və iradənin, digər insani keyfiyyətlərin hansı mənbədən qaynaqlandığını ayırd etməyə çalışmışam. Düşünürəm ki, bu daxili və mənəvi zənginliyin kökündə, şübhəsiz, onun əsli-nəcabəti dayanır.
Əbəs yerə deməmişlər: - “Ağac kökündən qidalanır!”. Bəli, belə barlı meyvələri olan bu ağac öz kökündən - iki ölkə ziyalısı - uzun müddət Gürcüstan Respublikası Tbilisi Dövlət Pedaqoji Universitetində, son illər isə Azərbaycanın müxtəlif ali məktəb ocaqlarında, o cümlədən, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində və Hərbi Akademiyada gənc nəslin, ali təhsilli kadrların yetişdirilməsində, onların mənəvi cəhətdən formalaşmasında böyük zəhməti və hünəri olmuş, bir çox illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Ekspert Şurasının üzvü kimi öz prinsipiallığı, paklığı, elmə, təhsilə olan münasibəti və digər şəxsi keyfiyyətləri ilə həmkarlarının diqqətini özünə cəlb etmiş, ümumtürkologiya sahəsində onlarla kitabların, monoqrafiyaların, araşdırmaların və məqalələrin müəllifi, sözün əsl mənasında, elm fədaisi olan Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovdan qidalanır. Onun vətənpərvərliyi, millətsevərliyi də məhz o görkəmli alimdən - Atasından keçmişdir. Heç təsadüfi deyildir ki, professor Mədəd Çobanovun ümumtürkoloji axtarışları da məhz bu zəmindəndir. Belə ki, onun türkoloji axtarışlarında ədəbi dilimizi xalqımızın milli sərvəti hesab edərək, türkoloqları türk xalqlarının ədəbi dillərinin birliyinə və ortaqdilliyə doğru yönəltməyə çağırmış, yaranmış problemlərin həllinin vahid bir müstəvidə aparılmasını qarşıya məqsəd kimi qoymuşdur.

Azərbaycan ədəbiyyatının və mətbuatının istedadlı oğlu Müşfiq Çobanlı da, 50 illik elmi-pedaqoji fəaliyyəti dövründə dil tarixi, müasir dil, dialektologiya, onomastika, etimologiya, bilingvizm və s. çoxsahəli nəzəri və təcrübi istiqamətlərdə apardığı araşdırmaların nəticələrini özündə cəmləşdirən 80-ə yaxın kitabın, 26-dan çox tədris proqramlarının, 600-ə yaxın elmi məqalənin, 400-dən artıq publisistik yazıların və s. müəllifi, yüzlərlə elmi, siyasi, ictimai tədbirlərin iştirakçısı və görkəmli alim və professor Nizami Cəfərovun təbrincə desək, “xalqlar dostluğunun carçısı” Mədəd Çobanovun mənəvi dünyasına söykənmişdir.

1970-ci il yanvarın 22-də Borçalı mahalının bol sulu, təmiz dağ havalı, ətrafı yaşıl meşəli, güllü-çiçəkli Darvaz kəndində ziyalı ailəsində dünyaya göz açmış Müşfiq Çobanlı 1986-cı ildə orta məktəbi bitirmişdir. Hələ orta məktəbdə oxuyarkən öz çalış­qanlığı, Gürcüstan və Azərbaycan mətbuatında dərc olunan yazıları ilə hamını heyran etmişdir. Onun fəallığı və çalışqanlığı diqqətdən yayınmamış və bir neçə dəfə tərifnamələrlə təltif olunmuşdur. Elmə həvəsi və yazma qabiliyyəti, onu 1988-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Universitetinin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsinə gətirmiş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1988-1989-cu illərdə hərbi xidmətdə olmasına baxmayaraq, o, öz yaradıcılığını davam etdirmiş, bir sıra müxtəlif səpgilərdə məqalələr yazmışdır.

Hərbi xidmət borcunu yerinə yetirdikdən sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirmiş və hələ tələbə ikən Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlamışdır. O, “Ziya”, “Sərbəst düşüncə”, “Milli qurtuluş”, “Təhsil”, “Azad Azərbaycan” və s. qəzetlərində müxbir, şöbə müdiri, məsul katib, redaktor və baş redaktor vəzifələrində çalışmışdır. 1993-1994-cü illərdə “Borçalı”, “Futuroloq” və s. kimi xüsusi buraxılışların müəllifi, nəşrə hazırlayanı və redaktoru olmuşdur.

Sevindirici haldır ki, onun yazmış olduğu “Ağır elli Borçalı” kitabı 1996-cı ildə Ərzurumda, 1998-ci ildə isə Tehranda təkrar çap olunmuşdur.
1997-1998-ci illərdə Bakıda çapdan çıxmış “Borçalı aşıqları” “Gürcüstanda Azərbaycan mətbuatı” kitabları artıq 2000-ci ildə Tehranda da işıqüzü görmüşdür.
Daha sonralar isə onun “Çağdaş Borçalı ədəbi məktəbi” (1994), “Borçalı toponimləri” (1994, 1997, 1998, 2013), “Vaqif və Gürcüstan” (1995, 1997), “Addımlar-1” (1995), “Addımlar-2” (1996), “Məhəbbət-həyatdır” (1996), “Qəhrəmanlıq dastanı - Dədə Qorqud-1300” (2000), “Borçalı Şəhidləri” (1996-2000), “Borçalı ulduzları” (2001), “Borçalı həkimləri” (2002) və s. kimi kitabların çapdan çıxması çoxsaylı türkdilli oxucuların marağına səbəb olmuşdur.

Son dövrlərdə Müşfiq Çobanlının görkəmli şəxslər haqqında yazdığı “Dünyamalı Kərəmin poeziya yaradıcılığı”, “Şairlər Dünyasının Söz Allahıdır”, “Aşıq Hüseyn Saraçlı və onun Yaylaq səfəri”, “Əkiz alim qardaşlar”, “Borçalının ağbirçək anası” və s. kitabları gərgin əməyinin bəhrəsi olmaqla yanaşı oxunaqlılığı və keyfiyyəti ilə də diqqəti cəlb etmişdir.

Sevindirici haldır ki, onun baş direktor olduğu “Borçalı” Nəşriyyat-Poliqrafiya Müəssisəsində işıqüzü görmüş kitablar bir neçə dəfə Bakı Beynəlxalq Sərgi-Yarmarkasında nümayiş etdirilmiş və müəssisə öz fəallığı və məhsuldarlığının keyfiyyətinə görə digərlərindən fərqlənmiş, layiqli qiymətini almış, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 3 dəfə Diplomla təltif olunmuşdur.

Bu gərgin və səmərəli zəhmətin bəhrəsi olan mənəvi sərvətlər tarixi maddiləşdirərək onu zənginləşdirmiş, bunların müəllifi və təşkilatçısı isə mötəbər Atası kimi, elmin bəm-bəyaz qarla örtülmüş zirvəsinə yüksəlməklə yanaşı, bar verməkdə olan övladlarının da yeni pöhrələnməkdə olan ağaclarının dayağına çevrilmişdir...
Mən, yazının əvvəlində demişdim: nə qədər yazsan da, yenə yazılmamış çox şeylər qalacaqır.

Qısaca da olsa, öz niyyətimi Müşfiq müəllimin hələ körpəlikdən sinəsi şeir dünyası ilə dolu olan sevimli və fəxrediləsi qızı Aysel Mədədlinin Atasına yazdığı şeirlə ifadə etmək istəyirəm:

Qoy canın polad kimi,
Möhkəm və sağlam olsun!
Sənin o saf ürəyin,
Sevinc, fərəhlə dolsun!

O, Böyük Allah sənin,
Hər an üstündə olsun!
Getdiyin bütün yollar,
İşıqla, nurla dolsun!


Ulu Borçalının Ulu Oğlu!.. Amin!!! Müşfiq müəllimin sevimli və fəxrediləsi, gözəl qızı Ayselin ürək sözlərinə qoşularaq onların ailəsinə xoş günlər arzusu ilə Müşfiq Çobanlını tarixin və ədəbi mühitin zənginləşdirilməsində, mötəbər şəxslərin üzə çıxarılmasında göstərdiyi fədakarlığına görə və doğum günü münasibətilə, nəşriyyatın idarə heyəti, yaradıcı heyəti və şəxsən öz ailəmiz adından təbrik edir, ona can sağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayırıq!

Aysəba ƏLİZADƏ,
Azərbaycan Dövlət İqtisad
Universitetinin fəxri professoru,
“Abdulla Şaiq” və “Qızıl Qələm”
mükafatları laureatı.


"Şərqin səsi" və
"ELM və TƏHSİL" qəzetləri,
yanvar, 2014




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI:

ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI: "AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ DƏYƏRLİ ALİMİ - M ...

Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ƏZiZ DOSTLAR!...

ƏZiZ DOSTLAR!...

Əsas xəbər, Azərbaycan, Müsabiqə, Borçalı, Arxiv, Haqqımızda, Dünya
Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Gürcüstan, Borçalı, Bolus, Darvaz, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
BORÇALI ZİYASI

BORÇALI ZİYASI

Elm, AzTU, Bolus, Darvaz, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti
MƏDƏD ÇOBANOV - ZİYALI  İTKİSİ (Esse)

MƏDƏD ÇOBANOV - ZİYALI İTKİSİ (Esse)

Humanitar elmlər, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

Yeni nəşrlər, MEDİA, Gürcüstan, Darvaz, Müşfiq Borçalı
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

Humanitar elmlər, Təbriklər
YUBİLYARDAN  HƏDİYYƏ

YUBİLYARDAN HƏDİYYƏ

Yeni nəşrlər, Mədəd Çobanov
“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
HACAN HACISOY:

HACAN HACISOY: "VƏTƏNPƏRVƏR və YURDSEVƏR ALİM - MƏDƏD ÇOBANOV"

"XXI əsrin Ziyalıları", Gürcüstan, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
RAMİZ BƏKİROV:

RAMİZ BƏKİROV: "YURD sevdalı BÖYÜK ALİM - MƏDƏD ÇOBANOV"

"XXI əsrin Ziyalıları", Gürcüstan, Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

Fond, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Mədəd Çobanov, Müşfiq Borçalı
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ,  ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ, ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Borçalı, Mədəd Çobanov
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
Rəy yazın: