Aydın EYVAZOĞLU: "Yağının yadına sal, qurban olum !.." "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Başkeçid 29 июня 2020 Aydın Eyvazoğlu - 1962-ci il sentyabrın 9-da qədim Borçalı mahalının Başkeçid rayonundakı (indiki Gürcüstanın Dmanisi rayonundakı) Hamamlı kəndində anadan olub. 1969-cu ildə Hamamlı kənd orta məktəbində 1-ci sinfə gedib. 1979-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib.Elə həmin il APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinə daxil olub.1983-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa vurub pedaqoji fəaliyyətə başlayıb. Aydın Eyvazoğlu eyni zamanda bədii yaradıcılıqla da məşqul olur.Şeirləri ZiM.Az saytında, bir sıra ədəbi məcmuələrdə və mətbuat orqanlarında dərc olunub.Biz də Aydın Eyvazoğluna uğurlar arzulayır və aşağda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.ZiM.Az B O R Ç A L I Qarlı dağlar yaman düşüb yadıma, Yolumu qoynuna salım, Borçalı !Diz çöküb baş əyim ana yurduma, Səadət payımı alım, Borçalı !Nə vaxtdır qoynuna gələ bilmirəm, Səninlə dərdimi bölə bilmirəm, Elimnən bir xəbər bilə bilmirəm , Vətənsiz mən necə qalım, Borçalı !O, gözdən könüldən uzaq olanım , Başkeçidin , hey başına dolanım , Bulaqlarla birgə qaynasın qanım , Dağların seyrinə dalım, Borçalı !Ər oğullar, qayıda Başkeçidə , Dönəydi geriyə elin köçüdə , Zəlimxanı tapam Kəpənəkçidə , Dolana boynuna qolum , Borçalı !Dağa köçə Qaraçöp , Qarayazı , Yemliklidə çala , Kamandar sazı , Könlümü oxşaya yaylağın yazı , Çiçəyə bürünə yolum , Borçalı !Əzəldən vurğunam , cəh-cəlalına , Nazlı gözəllərin şux camalına , Aydınam , qıymaram dövlət-malına , Qoy özüm qurbanın olum, Borçalı !Moskva, 1995 - 11.05.2020 .DAĞLARIM Çoxdandır , həsrətəm yamaclarına , Qol açıb qoynuna al , ay dağlarım !Kövrəlmişəm , layla düşüb könlümə , Anamtək , laylamı çal , ay dağlarım !Dumanda , çiskində yal çox aşmışam , Yağışla islanıb , çayla daşmışam , İlk şerimi , ilk eşqimə qoşmuşam , Hərdən - hərdən yada sal , ay dağlarım !Qaytar yerinə qoy , bitən günləri , Dağlar arxasından , itən günləri , Güllərin qoynunda , ötən günləri , İllərin əlindən çal , ay dağlarım ! Unutmaram , buzlu bulaqlarını , Dostlarla gəzdiyim oylaqlarını , Öpüm , gül - çiçəkli yaylaqlarını , Yadımda beləcə qal , ay dağlarım !Səsimə səs verib , lal qayaların , Heyranı olmuşam , sal qayaların , Desən qadasını al , qayaların , Hələ canımda var hal , ay dağlarım !Bulaqların , həzin -- həzin süzülsün , Lalərin yamaclara düzülsün , Qoyma Aydın , həsrətindən üzülsün , Salma ürəyinə xal , ay dağlarım !05.03.2020 V A R Gəl , bizim yerlərə bir qonaq gedək , Özün gözünlə gör orda nəyim , var !Yaylaqları , nazlı yara bənzəyən , Borçalı adında bir mələyim , var !Ərənlər yurdudur aranlı , dağlı , Aşıq məclisinə saz , sözə bağlı , Çəkilər xəngəli quruddu , yağlı , Bir - birindən dadlı hər xörəyim , var !Başkeçidim , başına and içdiyim , Hər şe(i)rimi mən boyuna biçdiyim ,Çaylarını ayaqyalın keçdiyim , Bükülməz dizim var , nər biləyim , var !Yüz illərdir yanır sönməyir közüm , Babalardan qalıb bu mərdlik , dözüm , Heç zaman düşməni görməyən gözüm , Dostlarıma halal duz , çörəyim var !Qaraçöpüm , Qarayazım , Sarvanım , Hər qarış torpağı ürəyim , canım , Mənimçün bütövdür Azərbaycanım , Dünyaya sığmayan xanım , bəyim var !Könlümü oxşayır yazda çən , duman , Yaşamadım mən ömrümü bey - güman , Aydınam , sinəmdə el üçün yanan , Alovlar içində bir ürəyim , var ! 13.05.2020TANIYACAQSANQardaş , göz oxşayan , qoca dünyanı , "Əlinə" düşəndə , tanıyacaqsan !Hələ aranızda , istilər keçir ,Sərinə düşəndə , tanıyacaqsan !Başdan çıxaracaq dərdi , səriylə ,Gözünü yumacaq , gözəlləriylə , Od salıb qəlbinə , sevgi əliylə , Dərinə düşəndə , tanıyacaqsan !Həyatı , ağır bir şələdir , mərdin , Gözünün önündə , artacaq dərdin , İllər boyu , qardaş deyən namərdin , Şərinə düşəndə , tanıyacaqsan !Əl qatılıb , düz ələmir ələyi , Başımızda su qaynadır kələyi ,Sənə dağlar çəkən , zalım fələyi , Yerinə düşəndə , tanıyacaqsan !Haray qoparacaq ağlayan , gülən , Tapılmayacaqdır , dərdini bilən , Qəfildən , ölüm tək xəbəsiz gələn , Selinə düşəndə , tanıyacaqsan !02.11.2019 . Əziz dostlar! Ötən əsrin 80-ci illərinin sonunda Qərbi Azərbaycanlıların daşnaqlar tərəfindən, ata yurdlarından çıxarıldıqdan sonra, Gürcüstanda Z.Qamsaxurdiyanın quldur dəstəsinin daha da azğınlaşmasına bir təkan verdi. Borçalıda kütləvi sürətdə hamını işdən çığartdılar. İmkanlı adamları oğurlayıb ağır işgəncələr verərək, böyük məbləqdə pul alaraq geri qaytardılar. Borçalıların maşınlarını, mal qarasını əllərindən aldılar. Başkeçiddən başlayan köç dalğası, üz tutdu Azərbaycana. Bu şeiri elə o vaxtlar Aşıq Kamandara yazmışam.QURBAN OLUM!Ay Kamandar, baxma bu dərdə gendən, "Cəngi" havasını cal, qurban olum!Başkeçid, başını itirib qəmnən, Dağlarda qalmayıb hal, qurban olum!Tərsinə dövr edir, dəyirman daşı, Daha saya salmır qardaş-qardaşı, Süfrənin başlnda oturub naşı, Bu xalqın qeydinə qal, qurban olum!Buz bulaqlar, su yerinə qəm süzür,Taleyimiz, payımızı kəm süzür, Anaların hər baxışı can üzür, Zəhərə dönübdü bal, qurban olum!Dağların, Babəkə kürk olduğunu, Koroğlu savaşı, görk olduğunu, Torpağın sahibi, Türk olduğunu,Yağının yadına sal, qurban olum!Yad təbib, yaramı hər ay qoparır, Bu tufan, gündə bir saray qoparır, Torpağın daş səbri, haray qoparır , Aydın, dura bilməz lal, qurban olum!"YURDDAŞ" qəzeti... 05. 05. 1993.GƏZDİRİR!Adam var, çiynində, bəzəkli qarpız,Çiyin var, ağıllı, başı gəzdirir !Ayaq var, alimi, söz ustadını,Ayaq var, üstündə, naşı gəzdirir !Adam var, ruhunu, tərpətmir cəngi ,Pişik qədər saymır şiri, pələngi ,Adam var, qəlbində, sevgi çələngi ,Adam var, köksündə, daşı gəzdirir !Gözəl var , qisməti , az içindədir ,Çirkin var , həyatı , naz içindədir ,Tale var , hər zaman , yaz içindədir ,Ömür var , özüylə , qışı gəzdirir !Ay Aydın , dolandın , gəzdin dünyanı ,Bənövşə ətirli , illərin hanı ?Adam var , adında eli - obanı ,Adam var , rəqəmi , yaşı gəzdirir !11.04.2020.G Ə L M İ Ş Ə M Sizlə görüşməyə a qarlı dağlar ,Çox ellər, obalar gəzib , gəlmişəm !Laləli, nərgizli göy yamaclara ,Tozlu küçələrdən bezib , gəlmişəm !Vüqarlı yaradıb sizi yaradan ,Buzlu bulaqları alım haradan ?Seçə bilmək üçün ağı, qaradan ,İlləri ələyib süzüb, gəlmişəm !Günlərim keçibdi şehli çəməndə,Azdığım çox olub dumanda, çəndə,Bir zaman laylamı çalan bu kəndə,Şəhərdən əlimi üzüb, gəlmişəm!Aydınam, küsübdü bağçam, bağlarım,Dəyməyir gözümə cavan çağlarım,Dağlardan ağırdı sinə dağlarım,İllərlə bu dərdə dözüb, gəlmişəm !14.05.2020.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.