Pərixanım MİKAYILQIZI: "MƏN BİR TÜRK QIZIYAM" "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə 25 ноября 2021 TƏBRİK EDİRİK!.. Tanış olun: Pərixanım Mikayıl qlzı Muradova - 1957-ci il sentyabrın 14-də Bakı şəhərində anadan olub. İlk təhsilini Bakıdakı 173 saylı orta məktəbdə alıb, sonra 30 saylı məktəbdə davam etdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib.Ədəbiyyata olan həvəsi onu BDU-nin jurnalistika fakultəsinə gətirib və o, Azərbaycan mədəniyyət tarixində xüsusi yeri olan, görkəmli ədəbiyyatşünas, əvəzolunmaz pedaqoq, tənqidçi, publisist və folklorşünas Firidin bəy Köçərlinin həyat və yaradıcılığının tədqiqatına başlayıb. Firidun bəy Köçərlinin uşaq nağılları və hekayələrindən ibarət ayrıca bir kitab da nəşr etdirib.Uzun illər cənab Prezidentin adını daşıyan SİYASI SƏNƏDLƏR ARXİVİNDƏ şöbə müdiri və Dövlət qulluğunun baş müşaviri vəzifəsində çalışıb. Hazırda isə “Elm və Təhsil” qəzetinin baş redaktoruvəzifəsində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 7 kitab müəllifidir. Kitablarından biri Firidin bəy Köçərlinin həyat və yaradıcılığına həsr olunub. İkisi jurnalistika və ədəbiyyat fakültəsinin tələbələri üçün dərs vəsaitidir.Digər iki kitabı isə şeirlərdən ibarətdir. Hazırda daha iki yeni kitab üzərində işləyir. Müxtəlif qəzet və jurnallarda, toplu və məcmuələrdə 80-dən çox elmi və publisist məqalələri, həmçinin,"ZİRVƏ" (2017-2020), "Canım Azərbaycanım" (2019-2020) poeziya antologiyalarında və "Sazlı-Sözlü Borçalı" (2018-2020), "Ləlvər dağı" (2020), "Şah dağı" (2020) Ədəbi Məcmuələrində şeirləri dərc olunub. 15-dən çox şeirinə musiqi bəstələnib. Pərixanım Muradova ailəlidir. 3 övladı və 8 nəvəsi var. Övladları ali təhsilli alim və ziyalı təbəqənin nümayəndələridir.Nəvələri isə məktəblidirlər; hamısı Bakıda yaşayır. Dəyərli həmkarımız, "Abdulla Şaiq" və "Qızıl qələm" mükafatları laureatı Pərixanım Mikayılqızı bu günlərdə "ZİRVƏ" poeziya antologiyasında dərc olunan şeirlərinə görə "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu" tərəfindən "ZİRVƏ" mükafatına layiq görülüb və Fəxri Diplom ilə təltif olunub. Biz də fürsətdən istifadə edərək, ZiM.Az-ın bütün yaradıcı heyəti adından çox hörmətli Pərixanım Mıkayılqızını "ZİRVƏ" mükafatına layiq görülərək Fəxri Diplom ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Və aşağıda Pərixanım Mıkayılqızı şeirlərindən bir neçəsini dəyərli oxucularımıza ərmağan edirik.Müşfiq BORÇALI,ZiM.AzAZƏRAYCANAzərbaycan! Məmləkətim!Ucalığım, bərəkətim!Bir cahana sığışmayan məhəbbətim.Qərinələr yola salan,ululardan öyüd alan.Doğma Vətən, doğma məkan,Azərbaycan! Sən tarixin sınağındanələr çəkdin, nələr gördün.Azadlığa yol eylədin,minbir hiylə, yalan gördün.Əyilmədin, yıxılmadın,başın uca, görkəmin xan.Ana yurdum, doğma məkan, Azərbaycan! Bizdə bu bir adət olub yaranandan,Çox sevirik səni candan.Bilirik ki, ayrı qalmaz can könüldən, könül candan.Sənə qurban olsun bu can,Ululardan qalan məkan,Azərbaycan! Azadlığı qram-qram qazandın sən,Dağdan uca zirvələrəqəhrəman tək ucaldın sən.Çörək verib yaşatdığınçox vaxt düşmən oldu sənə,Kələk edib, yalan dedi,minbir hiylə qurdu sənə, Sən məğrursan, vüqarın var,Qartal kimi qürurun var.Verməsə də düşmən aman,ucalırsan zaman-zaman.Sənsən hər nurlu sabahım, ey pirim, ey qibləgahım!Doğma elim, doğma məkan,Azərbaycan! Azərbaycan!ŞUŞAM Sən mənim baş tacım, şah əsərimsən,Altunum, yaqutum, incim, pərimsən.Dünyanı oyadan güc məhvərimsən,Biz səni yadlara vermərik, Şuşam!Zümrüd qayaların, uca dağların,Güllü çəmənlərin, barlı bağların.Qayıtdı yenə də o xoş çağların,Biz səni yadlara vermərik, Şuşam!Tökdü torpağına igidlərin qan,Sənə Vətən deyib keçdilər candan.Üstünə gəlsə də düşmən dörd yandan,Biz səni yadlara vermərik, Şuşam!Hər daşın altında bir tarix yatır,Muğamın sədası göylərə çatır.Ulu babaların ruhu hay salır,Biz səni yadlara vermərik, Şuşam!Düşmən cəlalına baxır xar olur,Dünya başlarına yaman dar olur.Haqq yolda olana Allah yar olur,Biz səni yadlara vermərik, Şuşam!Gəlsin o büsatlı, sevincli dəmin,Olmasın bir daha kədərin, qəmin.Ucadan deyirik, olasan əmin,Biz səni yadlara vermərik, Şuşam!O İsa bulağı, o cıdır düzü,Keçmişdən xatirə deyilmi özü?Nər igidlərinin budur son sözü,Biz səni yadlara vermərik, Şuşam!10.11.2020İRƏLİZəfər bizim amalımız, zəfər bizim andımız,Zəfər ilə yazılıbdır soyadımız, adımız.Örnək olub qəhrəmanlar onlardır usdadımız,Dünya bilir qəhrəmandır Azərbaycan əsgəri,Haydı, haydı igidlərim, haydı yalnız irəli.Tarix yazır oğullarım gələn yeni əsrdə,Yeni-yeni ərənlərim böyüyür hər nəsildə.Dönür şeirə, nəğmə olur şücaətləri dildə,Dünya bilir qəhrəmandır Azərbaycan əsgəri,Haydı, haydı igidlərim, haydı yalnız irəli.Səma necə aydın olub, çəkilibdir duman, çən,Anaların daha olmaz gözlərində dərddən nəm.Döyüşməyə müntəzirik, hər birimiz ümumən,Dünya bilir qəhrəmandır Azərbaycan əsgəri,Haydı, haydı igidlərim, haydı yalnız irəli.Türkün qolu bükülməzdir hər kəs bilir əzəldən,Geri dönməz oğullarım qorxmazdırlar ölümdən.Vətən, Ana məhəbbəti düşməz bir an dilindən,Dünya bilir qəhrəmandır Azərbaycan əsgəri,Haydı, haydı igidlərim, haydı yalnız irəli. 11.11.2020. QƏLƏBƏ YARAŞIR SƏNƏ EY VƏTƏN!Keçilməz yolları dağları aşan,Qayalar üstünə bayraqlar asan,Ya zəfər, ya ölüm söylədi hər can,Qələbə yaraşır sənə ey Vətən.İlham tək sərkərdən, komandanın var,Ölümdən qorxmayan oğulların var,Şəhid qisasını alırlar həmən,Qələbə yaraşır sənə ey Vətən.Sən qəhrəman ölkə, məğrur diyarsan,Nə yaxşı bizimsən, bizimlə varsan.Önündə dayana bilmədi düşmən,Qələbə yaraşır sənə ey Vətən.Oğulların keçdi şəstlə irəli,Məzara çevrildi düşmən səngəri.İşğaldan qurtardı kəndi, şəhəri,Qələbə yaraşır sənə ey Vətən.10.11.2020.XUDAFƏRİNAtalar söyləyib belə misalı,Şirin olur ayrılığın vüsalı.Qovuşdun elinə, necədir halın?Sən də susma danış coş, Xudafərin,Adına nəğmələr qoş, Xudafərin.Sən mənim tarixim, mənim soyumsan,Ulusan, əsrlər görən boyumsan.O kövrək qəlbini oğlun duyubsa,Asılmaz boynundan daş, Xudafərin,Daha susma danış, coş, Xudafərin.Gözümü çəkmərəm üstündən heç vaxt,Bizə haram olar bu torpaq, bu taxt.Gec də olsa da belə, üzə güldü baxt,Dayandın yenə də baş, Xudafərin,Söylə, de sözünü coş, Xudafərin.Gör neçə şeirlər yazdıq adına,Ayrılıq sözünü salma yadına.Ali Baş Komandan çatdı dadına,Daha söyləmərik kaş, Xudafərin,Dayanma din, danış, coş, Xudafərin.Bəlkə adındakı Xuda sözündə,Bir hikmət var imiş sözün özündə?Bizə həsrət qalan nəmli gözündə,Bir də olmayacaq yaş, Xudafərin,Daha susma, danış, coş Xudafərin. 15.11.2020.TÜRKƏM DEYƏKEy Türk oğlu! Qalx ayağa de sözünü,Qoyma yaxın düşmənini, ov gözünü, tök gözünü.Sən qəhrəman, sən ərənsən,Bunu tarix özü deyir,Ululardan gələn səssən, ləpirinin izi deyir.Heç bir zaman qorxmadın sənnə ölümdən, nə təhdiddən,Zaman-zaman əzab gördün ,haqq sözündən dönmədin sən.Gecə-gündüz məşəl olub alovlandın, sönmədin sən.Bu gün Türkəm deyiriksə,bu torpağa borcluyuq biz.Bu Vətənin övladıyııq, bu torpağın oğluyuq biz.Dünya bilir, aləm bilir Türk kökümüz, soyumuzdur,Altay, Orxan ulu babam, Dədə Qorqud boyumuzdur.Istəyirəm bu gün yenə Türklüyümü bəyan edəm,Düşmənlərim duysun bunu, kimliyimi əyan edəm.Qoy qalmasın ürəyimdə, nəğmə olsun el dilində.İstəyirəm bu gün yenə dik dayanaq, məğrur duraq,Möhkəm olaq, birlik olaqBöyük Turan eli quraq.Bunun üçün söyləyirəm,Ey Türk oğlu, qalx ayağa,Hər kəs bizi görsün gərək,Hər birimiz uca səslə:Türkəm deyək, Türkəm deyək!TÜRKÜN BAYRAĞIDalğalanır əzəmətlə, vüqarla,Vətənə göstərir mərdlik növrağı.Deyilir fəxrlə, həm iftixarla ,Millətin tacıdır Türkün bayrağı! Turan torpağının yanan məşəli,Biləyi tuncdandır, poladdır əli.Hər yerdə ucadan Türkəm deməli,Uludur, qocadır türkün bayrağı! Xalqın pozulmayan birliyidir o,Millətin ruhudur, diriliyidir o,Gələn nəsillərin kimliyidir o,Dahidir, xocadır Türkün bayrağı. Bizim and yerimiz, güvənimizdir,Himnimiz, gerbimiz, həm cəngimizdir.Dünyaya səs salan gur zəngimizdir,Ucadan ucadır Türkün bayrağı. O, zəfər marşıdır, qürur mənbəyi,O, ana torpağın arzu istəyi.O, bizə öyrədib Vətən sevməyi,Düşməndən öc alır Türkün bayrağı.MƏN BİR TÜRK QIZIYAMEy Türkün soyunu yaşadan elim,Mən bir Türk qızıyam eşidin, bilin.Sizə üz tuturam, söyləyir dilim,Yurdum Azərbaycan, Vətənim Turan. Mənim igidlərim qorxmaz, mətindir,Türkə qalib gəlmək olmaz, çətindir.Hələki düşmənə vermişik zaman,Yurdum Azərbaycan, Vətənim Turan. Qorxmarıq ölümdən heç vaxt, heç zaman,Hədiyyə verilməz nə torpaq, məkan.Lazım olan anda olarıq qurban,Yurdum Azərbaycan, Vətənim Turan. Mən bir Türk qızıyam, Turan qızıyam,Böyük bir vətənin dan ulduzuyam.Döyüşə gedəndə oluruq yaman,Yurdum Azərbaycan, Vətənim Turan. Qoy hər kəs eşitsin, dinləsin bunu,Yetişib o mənfur düşmənin sonu.Vermərik bir daha düşmənə aman,Yurdum Azərbaycan, Vətənim Turan. Yığışın toplaşaq, bir yumruq olaq,Hay salaq dünyaya, bir dünya quraq.Kimdir düşmənimiz, dostumuz soraq,Kömək olacaqdır ulu yaradan,Yurdum Azərbaycan, Vətənim Turan.MÜSƏLLƏH ƏSGƏRİMEy Vətən cəngavəri, igid, aslan oğullar,Vətənin keşiyində mərd, mərdanə durublar.Ölümün gözlərinə qorxmadan baxan oğul,Vətənin sinəsinə bayrağı taxan oğul.Canınızla qoruyub torpağın hər qarışını,Qanınızla yuyursuz qayasını, daşını.Ey müsəlləh əsgərim!Ey qəhrəman ərənim!Qeyrət, namus, ar sizdə,Comərdlik deyilən ad,Bir kişilik var sizdə.Siz yaşamağı deyil, ölümü seçmisiniz,Sona qədər döyüşmək andını içmisiniz.Düşməni addım-addım, sərvaxt izləyirsiniz,Şəhidlik zirvəsinə, növbə gözləyirsiniz.Ölməyin igid əsgər, öldürün düşmənləri,Səngəri məzar edin, əzin o xainləri.Vətənin qartalları,Vüqarlı oğlanları.Siz bizim fəxrimizsiz, siz bizim and yerimiz,Sizin varlığınızla öyünür Vətənimiz.Siz bizim dayağımız, siz bizim gərəyimiz,Sizin ürəyinizlə, döyünür ürəyimiz!MÜBARIZSən ucaldın tariximin qəhrəmanlıq zirvəsinə,Günəş özü heyran qaldı işığının zərrəsinə.Özün kimi oğulları qoşdun ərən cərgəsinə,Qürurumuz, fəxrimizsən, səni qəlbən sevirik biz,Yaşayacaq ruhun hər an ürəyimmizdə, MÜBARIZ.Məkanını dəyişsən də ölmədin sən, yaşayırsan,Comərdliyin rəmzi olan şəhidliyi daşıyırsan.Sən səmada aya döndün, ulduz kimi parlayırsan,Işığından kor olubdur, düşmənlərin bilirik biz,Sən bizim and yerimizsən, şərəfimizsın MÜBARIZ!Səni heç vaxt unutmarıq, Vətən deyir,Millət sənə səcdə edir, "şəhid balam"sağ ol deyir.Göz yaşımız sevinc olub, kədərinə boğul deyir,Sənin kimi qəhrəmanı daim sevəcək elimiz,Əbədidir sənin adın, Azərbaycanla MÜBARIZ!ÇƏKƏ BİLƏRSƏNSƏ, ÇƏK VƏTƏN DƏRDİN!Vətənin üstünü duman, çən alıb,Çiçəyi solubdur, gülü saralıb.Sevinci azalıb, dərdi çoxalıb,Çəkə bilərsənsə, çək Vətən dərdin! Bu elə dərddir ki, yarası getməz,Tapdanan yollarda gül-çiçək bitməz.Hər şey itib gedər, namus, ar itməzÇəkə bilərsənsə, çək Vətən dərdin! Daşları qaralıb qalıb yollarda,gedənlər papağın salıb kollarda.Əsir qız, gəlini qalıb qollarda,Çəkə bilərsənsə, çək Vətən dərdin! Sinəmdə qalan o köz alovlanır,Sağalmaz yaradır yanır, hey yanır.Ağlımda tək bircə Vətən dolanır,Çəkə bilərsənsə, çək Vətən dərdin! Pəriyəm, ciyərim param-paramdır,Vətənin pis günü mənim yaramdır.Qarabağsız ömür bizə haramdır,Çəkə bilərsənsə, çək Vətən dərdin.QARABAĞIN ATLARIUzun gövdə, incə bel,Şahmar hörük, qara tel.Tamaşaya gəlir el,Deyir heç bir ölkənin,Yoxdur belə atları,Dünyanı mat qoyubdur,Qarabağın atları. Rəngi göz qamaşdırır,Görənləri çaşdırır.Sevincləri daşdırır,Xoş edir ovqatları,Dünyanı heyran edir.Qarabağın atları. Qəhvəyi, ağ, ya qara,Gözəl gözlər aypara.Hər zaman gələr kara,Şən edər büsatları,Görənin ağlın alır,Qarabağın atları. Quş tək uçar yarışda,Dayanar öndə, başda.Hər döyüşdə, savaşda.Od çıxarar nalları,Baxanı heyran edir,Qarabağın atları. Qaşqası xal-xal yanar,Baxdıqca göz oxşayar.Qənşərində dayanar,Çapar daşlı yolları,Yorulmaq nədir bilmir,Qarabağın atları. Keçmək olmur yanından,Od püskürür nalından,Nazik ayaqlarından,Bəllidir hər halları,Hamını heyran edib,Qarabağın atları. Belə olub əzəzli,Azərbaycan gözəli.Vətənimin özəli,Çaşdırır baxanları,Dünyanı mat eyləyib,Qarabağın atları.MƏNIM DƏRBƏNDIMNeçə qərinələr ötüb keçsən də,Yurdundan ayrılıb ayrı düşsən də,Həsrəti, hicranı gizlin çəksən də,Mənə qucaq açdın, qəbul eylədim,Sənə Vətən dedim, mənim Dərbəndim.Üstün dumanlıdır, dağların çəndir,Yaşın bilinməyir, görən neçədir.Söylə, qəriblikdə halın necədir?Sən qərib olsan da, adın Vətəndir,Sənə Vətən dedim, mənim Dərbəndim.Qoynunda tarixdən nişanələr var,Dağında, daşında işarələr var,Haqqında yazılan risalələr var,Mən də dilə gəldim, susmadım dindim,Sənə Vətən dedim, mənim Dərbəndim.Babaların ruhu, kəlməsi burda,Qardaş Bakımızın nəfəsi burda,Gəncliyin yaşamaq həvəsi burda,Hüsnünə xoş sözlər gətirdim, gəldim,Sənə Vətən dedim, mənim Dərbəndim.Qədimdən qədimsən, uludan ulu,Bürüyüb gözəllik sağı, həm solu,Şair cuşa gəlib, sinəsi dolu,Deyir ki, şeirimdə sətirim, bəndim,Sənə Vətən dedim, mənim Dərbəndim.Belə gözəlliyə nə söyləyim mən?Şeirmi, mahnımı həsr eyləyim mən.Şəninə ərənlik vəsf eyləyim mən,Səndən ayrılanda arxayın gedim,Sənə Vətən dedim mənim Dərbəndim.Nə qədər biz varıq, sevərik səni,Edərik min arzu, min dilək səni.Unuda bilərmi bu ürək səni?Səninlə bir olsam daha nə dərdim,Sənə Vətən dedim, mənim Dərbəndim.Arada məsafə olsa da yenə,Bağlıyam canımla, qanımla sənə.Bu gün bir qonağam gəlmişəm sənə,Bəlkə ona görə belə kövrəldim,Sənə Vətən dedim, mənim Dərbəndim.Pəriyəm, sinəmdə köz qalaq-qalaq,Vətənə can verək, biz qurban olaq,Geriyə dönəndə ləpir, iz qoyaq,Mənə canım qədər yaxınsan, bildim, Sənə Vətən dedim, mənim Dərbəndim.POZMAYINDünya belə yaranıbdır əzəldən,Çiçək açmaz bir də quru xəzəldən.Deyirlər ki, vəfa umma gözəldən,Qurban olum, hər sözü tərs yozmayın,Bu dünyanın düzənini pozmayın. Mən demirəm dünya gözəl dünyadır,Kimə əyri, kimə özəl dünyadır.Ululardan gələn əzəl dünyadır,Ölməyənə zorla məzar qazmayın, Bu dünyanın düzənini pozmayın. İstəmirəm altun olsun, var olsun.Şöhrət olsun, çörəyimiz mar olsun.Yanımızda doğma olsun, yar olsun,Dürüst olun, gəlin yoldan azmayın,Bu dünyanın düzənini pozmayın. Pəri deyir məndə dərdə dözüm var,Nə sərvətdə, nə dövlətdə gözüm var.Ürəyimdə deyilməmiş sözüm var,Ağlınıza hər nə gəldi yazmayın,Bu dünyanın düzənini pozmayın.KÜSƏN QADINBəxt ulduzum heç gülmədi üzümə,Kədər, qüssə, nəm süzüldü gözümə,Acı həsrət, qəm düzüldü sözümə,Bu dünyadan küsüb, gedən qadınam.Taleyim xoş yazılmadı ayıma, Qışım hər il soyuq əsdi yayıma,Sevinc sanki səhv düşübdür payıma,Bu dünyadan küsüb, gedən qadınam.Fələk niyə oyun qurdu mənimlə?Dünya işi tərsə burdu mənimlə,Keçən keçdi, olan oldu mənimlə,Bu dünyadan küsüb gedən qadınam.Həyatımdan yaman bezdim, usandım,Nalə çəkdim kimsə bilər, utandım.Ömürboyu hey alışdım, hey yandım ,Bu dünyadan küsüb gedən qadınam.Mən Pəriyəm,yerim göydür, səmadır,Ürəyimdə qəm çağlayır, yamandır.Bu nə bəxtdir, nə tale, nə zamandır?Bu dünyadan küsüb gedən qadınam.GEDIRƏMSənli xəyallara sarılıb yenə,Kədəri içimə büküb, gedirəm.Sənsizlik dərdini çəkməmək üçün,Sevgimə bələnib, küsüb gedirəm.Bu sevgi bir həsrət nağılı oldu,Soyduqca yaramı doymadı, soydu.Sonunda tənhalıq nişanı qoydu,Əlimi əlindən üzüb, gedirəm.Bir kimsə bilməsin hardadır yerim,Nə bir söz eşidim, nə xəbər bilim.Öləndə sevənlər içində ölüm,Əlvida şərbətin içib, gedirəm.Pəriyəm, nə qədər çəkəcəm ahı,Bilirəm eşqdir yerin Allahı.Gəl göstər mənim tək talesiz hanı?Vəfasız dünyadan bezib, gedirəm.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.