"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin nöbəti 9-cu toplantısı MEDİA » "SAZLI-SÖZLÜ BORÇALI" 12 декабря 2018 "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin nöbəti doqquzuncu toplantısı 2018-ci il dekabrın 9-da Bakı şəhərinin Bakıxanov qəsəbəsindəki “TƏK ÇİNAR” restoranında keçirilib. 30-nəfərə yaxın saz-söz adamının iştirak etdiyi tədbirə tanınmış şair-publisist Sədi Yaradanqulu aparıcılıq edib. O, əvvəlcə məclis üzvlərini, qonaqları, bir sözlə, bütün tədbir iştirakçılarını salamlayıb və tədbir Azərbayçanın görkəmli aşığı, Aşıq Şəmşirin 125-illiyinə həsr edildiyini bildirib. Giriş sözündən və Aşıq Şəmşirin yaradıcılığı haqda qısa məllumat verdikdən sonra sonra aparıcı Xalq Şairi Zəlimxan Yaqubun Aşıq Şəmşirə yazdığı “Dədələr azalır, ay Dədə Şəmşir” şeiri ilə toplantını açıq elan edib. Sonra söz Borçalının tanınmış aşıqlarından olan Fikrət Cəfəroğluna verilib. O, “Divani”-ylə məclisi xoş ovqata kökləyib.Bu günki məclisə Borçalıdan təşrif buyurmuş müğənni Dursun Borçalı və aşıq Vüqar Allahverdioğlu da iştirak ediblər.Onlar gözəl ifalarıyla məclisə Borçalı ab-havası gətiriblər.Növbə ilə şairlərə söz verilib. Şairə-aşıq Ayşə xanımın, Faxalı balası gənc aşıq Kənan Gülməmmədovun və sazın sirlərinin təzə-təzə öyrənən məktəblilərdən Fatimə və Vasif Məmmədlilərin bir-birindən gözəl ifaları alqışlarla qarşılanıb.Gözəl muğam ifaçısı Hüsniyyə İsmayıllı, şairə Sürayə Şəmsin bigə çıxışları məclisi daha da şənlındiriblər.Məclisin rəhbəri Rahilə Qaralova, şairlər - Tarix Vüsallı, Məhəbbət Orucov, Zərifə Sufi və başqa iştirakçılar Aşıq Şəmşir yaradıçılığından söhbət açıblar.Məclisin sonunda Xavər xanımın, Tarix Vüsallının və digər iştirakçıların iradları və təklifləri dinlənilib.Məclisin sonunda şair Sədi Yaradanqulu Xalq şairi Zəlimxan Yaqubun şeirinin ikinci bəndini söyləyib və növbəti məçlisin 13 yanvar 2019-cu ildə bu məkanda keçiriləcəyi və mövzu, sevimli Xalq Şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr olunacağını elan edib. Tanınmış saz-söz adamlarından - Rahilə Qaralova, Sədi Yaradanqulu, İlyas Əfəndi Vəfalı, Murtuz Fərhadoğlu, Təbriz İman, Əfşan Yusifqızı, Xavər xanım, Rəşid Hacılar, Tarix Vüsallı, Zərifə Sufi, Dursun Borçalı, aşıq Vüqar Allahverdi oğlu, Ayşə Səyyad qızı, Minarə xanım Sığnaqlı, Xalidə İlyasqızı, Hüsniyyə, Sürayə Şəms, Əzizə Ağahüseynqızı, aşıq Fikrət, aşıq Kənan Gülməmmədov, Rövşən Xələddinoğlu, Ramiz Məmmədov, Adil Cəfakeş, Nazim Ovçiyev, Məhəbbət Nizam, Qulu İsmayılov, Tərlan Əliyev, Fatimə və Vasif Məmmədlilər və başqalarının iştirak etdiyi məclisə Aşıq Fikrət Cəfəroğlu “Müxəmməs"lə yekun vurub.Sonda ümumi xatirə foto-şəkilləri çəkdirilib.Sədi Qədiroğlu,ZiM.Az-ın şöbə müdiri. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.