HƏNİFƏ ŞƏBNƏM (1957) "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Başkeçid 31 октября 2018 Hənifə Şəbnəm (Həhifə Şamxəlil qızı Orucova) - 1957-ci il mayın 27-də qədim Borcalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Qızıl Kilsə kəndində anadan olub. Orta təhsillidir, 3 övlad anasıdır."Şəbnəm" təxəllüsü ilə yazdığı şeirləri bir necə qəzet, jurnal və kitabarda, o cümlədən, Müşfiq Borçalının 3 cildlik "Sazlı-Sözlü Başkeçid" kitabında və 5 cildlik "Zirvə" poeziya antologiyasında,"ZiM.Az," "Zirve.İnfo", "Borcali.org" və s. saytlarda dərc olunub.Biz də hörmətli Hənifə xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və onun bir neçə şeirini aşağıda dəyərli oxucularımıza təqdim edirik. ZiM.AzDağlarGileyimi güzarımı,Neçə deyim sənə dağlar?Məni öz ahım yandırır,Kim qarğıyıb sənə dağlar?Gül cicəyin dərdə dərmanAbı havan təbib loğman.Nədi başındakı duman?Bürünmüsən cənə dağlar.Səndə qalıb uşaqlığım,İtirdiyim şıltaqlığım.Bu şəhərə neçə sığım?Səni bilə-bilə dağlar.Çiçəklərdən başıma tac,Toxu mənə tapım əlaç,Qayalarda Kəklik-Türaç,Göldə olum Sona dağlar.Boz alacıqda yatım,Səhər tezdən şehə batım.Buzovu naxıra qatım,Qayıdım o ana dağlar.Çəmənləri yara-yara,Gəl-gəl deyim uşaqlara.Səsim düşsün qayalara,Qurum səndə binə dağlar.Coban calsın tütəyini,Ovsunlasın ürəyimi.Olmuş arzu diləyimi,Geri qaytar mənə dağlar.Yenə gül gülə qarışa,Sevənlər küsə barışa.Şəbnəm tələsə görüşə,Mehman ola sənə dağlar.İsdiyirəmÜrəyində yuva qurub,Məsgən salmaq isdiyirəm.Körpələşib qucağında,Yaşa dolmaq isdiyirəm.Evində isdi oçağın,Axşamlar yanan çırağın,Mən sənin arxan-dayağın,Elin olmaq isdiyirəm.Bala dönüm dodağında,Gül qoxuyum otağında,Mürgüləyib qucağında,Yatıb qalmaq isdiyirəm.Sevgin dönə daşqın selə,Axıb qəlbimə süzülə,Bənzədib səni bülbülə,Gülün olmaq isdiyirəm.Oxşuyasan öz anam tək,Laylan qoxuya tər çiçək.Sən arı ol, mənsə pətək,Balı olmaq isdiyirəm.Qəlbim geniş ev eşiyim,İsdi nəfəsin keşiyin,Quçağın olsun beşiyim,Oxşa, gülmək isdiyirəm.Nəfəsiyin isdisinə,Söykənim qəlbim isinə.Sevdiyimin körpəsinə,Layla çalmaq isdiyirəm.Acılayıb axşam-səhər,Şəbnəmi inçitmə, yetər.Oxşamağa şirin şəkər,Dilin olmaq isdiyirəm.Sənə necə dözərəmDedin şeri eşqə düşənlər yazır,Mən şeir yox, yaşatdığnı yazıram.Sənə deyə bilmədiyim sözümü,Qafiyəmlə misralara düzürəm.Könül acdım, isinməyə isdində,İsinməmiş kor elədin tüsdündə.Qırx ildir ki, qara tikan üsdündəGözü nəmli, ayaq yalın gəzirəm.Götür-qoy eləyib yüz ölcüb-bicdim,Bildim ki, zəhərsən yenə də içdim.Qeyrətimə görə bu yolu seçdim.Kirpiyimlə özümə gor qazıram.Sanıram qoynumda bir şahmar yatır,Axşamım sabahım ah vayla ötür.Nə gor tamam olur, nə yollar bitir,Ruhu ölmüş quru canla gəzirəm.Nə ömür yoldaşım, nə yol yoldaşım,Olmadın qovğada olanda başım.Üzbə üz dayanıb sənli yaddaşım,Xəbər alır sənə necə dözürəm.BiləydimÖmür karvanını saxlamaq ücün,Zamanı saxlayıb, tuta biləydim.Bələdci olmağa boranda qarda,Yollar kənarında bitə biləydim.Dayanardım sinə gərib yellərə,Dilə tutub yalvarardım illərə.Dən düşməsin deyə qara tellərə,İllərin başını qata biləydim.Ağrıyı açıyı ömrümnən yellər,Verərdim aparsın daşanda sellər.Ala bilmək ücün sınıq könüllər,Ölümü dəryaya ata biləydim.Sevinç mənə acdırardı qol qanad,Yaşıyardım sevgi dolu bir həyat.Uzun geçələri uyuyub rahat,Bir az şirin yuxu, yata biləydim.Başımı qoyanda dizinin üsdə,İsinəydim mənə doğma nəfəsdə.Səbnəmi uyudan bir kövrək səsdə,Dünyanın sehrində itə biləydim.İsdəyirÜrəyimlə bacarmıram,Məni halba hal eləyir.Qəlbimdəki cırpıntılar,Ölümümə gəl eləyir.Əçəl gəlir otağıma,Dönüb hər an qonağıma.Pıcıldayıb qulağıma,Mənimlə söhbət eləyir.Yığ köcünü yavaş-yavaş,Az mənimlə əlləş savaş,Arzularınla vidalaş,Dur mənimlə gedək deyir.Arzular tutub əlimnən,Sövdələşır əçəlimnən.Uzun ömür yox ölümnənBir azca möhlət isdəyir.Caxnaşnnda balaların,Bir anlıq yox olur varım.Qalıb gələn arzularım,Əçəlimi üsdələyir. Pərvana Zəngəzurluya nəzirəNecə deyim, yar eşqinnən yarıdım?Neçə yol dəyişib, o yada məni.Şama dönüb öz içimdə əridim,Bax belə yandırıb, yar oda məni.Belə ağır eyliyəndə şələmi,Sınsın görüm bəxd yazdığı qələmi.Biləmmədim ovsundumu tələmi?Şikar edib zalım sayada məni.Gündə yüz yol bostanıma daş atdı,Çırmaqlayıb yaralarmı qanatdı.Nə öldürdü nə bir ömür yaşatdı,Ozan elədi bu dünyada məni.Ömrünü yaşayıb öz həvəsinnən,Nə keyfinnən qalıb nə nəşəsinnən.Nə mənnən əl çəkib nə peşəsinnən,Qurban eləyib bir inada məni.Beş günnən bir bir gözələ vuruldu,Nə usanıb nə sevməkdən yoruldu.Sarmaşıq tək hər çiçəyə sarıldı,Göz yaşım eyləyib bir ada məni.Yalqızlaşıb oddan alovdan keçdim,Nə yada baş əydim dosda əl açdım.Ağ gün atlı oldu dalınca qaçdım?Bəxdim, eyləyibdi piyada məni.Dağ kimi dumannan açılmır başım,Artıq qocalmışam ötübdü yaşım.Huş qalmayıb azalıbdı yaddaşım,Hər yannan bürüyüb qəm qada məni.Yazılmamış, oxunmamış dasdanam,Qeyrətimə, üç balama qurbanam.Kaş ki körpələşəm səhərlər anam,Təzədən oxşayıb oyada məni.Qurban olumSüdabə İrəvanlıyaBacı, axşam feysə girəndə birinci olaraq sənin şəklin ekrana gəldi; sinəndə sazla. Ağlıma gələnlər bunlar oldu. Bilmirəm bəyənəçəksənmi?Cavabını gözlüyürəm.Bir dasdandı sinəndə saz,Ovsunçusan, eləsən naz.Dilində var min bir avaz,Oxu sənə qurban olum.Məni bir arzuma yetir,Otağıma dolsun ətir.Analı dünyamnan gətir,Qoxu sənə qurban ölüm.Etiyacım var sözünə,Layla de gəlim özümə,Qəhəd olubdu gözümə,Yuxu sənə qurban olum.Bir hava cal, olsun oynaq,Yaralarım tutsun qaynaq,Üşüyürəm sözdən köynək, Toxu sənə qurban olum.Öz laylana uyut məni,Unutdur cəkdiyim qəmi.Söznən ağlatdı Şəbnəmi,Coxu sənə qurban olum.BülbülÇətin günlərimin birində, pəncərəmin önündə bir quş elə bərkdən çikkilti salıb oxuyurdu. Bilmirəm öz dərdinimi söylüyürdü, yoxsa, mənəmi acıyırdi.O hisslərdən doğulan bir şeirdi.Səsin düşüb yenə bağa,Acılmamış dan ay bülbül.Dönmüsən yetim uşağaSusmursan bir an, ay bülbül.Yandırırsan bu nə səsdi?Naləndimi, ya həvəsdi?Öz dərdim özümə bəsdi,Salma nahaq qan, ay bülbül.Dərd əlindən divanəyəm,Sanma sənə biganəyəm,Oda düşmüş pərvanəyəm,Yanıram pünhan, ay bülbül.Qırov tutub saçımda dən,Adət olub gözümdə nəm.İnçidilən könlümü sən,Eləmə viran ay bülbül.Ağrım açım məni sökür,Atıramda aparmır Kür.Ac sinəmi gözünnən gör,Yaram verir qan, ay bülbül.Dərdi dərmansız xəsdəyəm,Daim qulağı səsdəyəm.Baxma kı son nəfəsdyəm,Verəmmirəm can, ay bülbül.Sənə yenə bahar gələr,Çəmən çiçək açıb gülər,Ürəyindən qəmi silər,Bəs neyləyim mən, ay bülbül.Şah budaqda oturarsan,Oxuyub cəh-cəh vurarsan.Təzədən yuva qurarsan,Olarsan bir xan, ay bülbül.En budaqdan, həmdəm olaq,Bir-birmizə meyil salaq,Mən xəsdəyə sən göz-qulaq,Ol, halıma yan, ay bülbül.Çölün-çəmənin tacısız,Şəbnəmə ağlar bacısız,Gəz, varsa ağrı acısız,Gedək bir məkan, ay bülbül.FələkAğrlı açılı günlərin xatirəsiNə yapışmısan yaxamnan?Əl cəkmirsən, zalım fələk.Hər gün ölüb dirilirəm,Pərişandı halım, fələk.Qanadımı sındırmısan,Göydən yerə endirmisən.Məni elə yandırmısan,Soyumayır külüm, fələk.Qardaşım qapımı açmır,Anam qabağıma qaçmır,Ağlamasam günüm keçmir,Dərdi kimə bölüm, fələk.Atam oğulsuz ağlandı,Sinəm dörd yerdən dağlandıYollar üzümə bağlandı,Kövrək olub dilim fələk.Hər yandan kəsilib payım,İlə dönür-günüm ayım.Qonaq gəlmir əmim-dayım,Kimə süfrə salım, fələk.Əmirində müntəzirəm,Mən nə daşam, nə dəmirəm.Uzün ömür isdəmirəm,Bir az yaşa dolum fələk.Yarımçıqdı arzularım,Gercəkləşsin xəyallarım.Düzən qursun balalarım,Açlısın əl-qolum, fələk.Dar eləmirəmsə sənə,Bu dünyanı dəymə mənə.Təzə çıxmışam ağ günə,Oturub dincəlim, fələk.Neyniyirəm dünya varı,Olmayıbdı ömrüm yarı.Hələ yaşat arzuları,İsdəmirəm ölüm, fələk.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.