TELLİ SƏNƏM BORÇALI (1969) "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Rustavi, Başkeçid 10 сентября 2023 2133 Telli Sənəm Borçalı - 1969-cu il aprelin 16-da Gürcüstanın Rustavi şəhərində aşıq və şair kimi tanınan, əslən Ulu Borçalımızın qədim və cənnət guşəsi Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Ormeşən kəndindən olan Düşgün Ənvərin ailəsində dünyaya göz açıb. 1976-cı ildə Rustavi şəhərindəki Azərbaycan orta məktəbininin I sinfinə gedib. 1986-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.Anası Sənəm xanım ağır xəstə olduğundan təhsilini davam etdirə bilməyib. Elə buna görə də anasının adını özünə təxəllüs götürüb.1990-cı ildən Bakı şəhərində yaşayır. Ailəlidir. İki oğlu və nəvələri var.8 kitab müəllifidir. "Telli Sənəm" Ozan Ədəbi Məclisinin rəhbəridir. İraq Türkmən Yazarlar Birliyinin üzvüdür. Bir neçə müsabiqənin qalibi olub. Fəxri fərman, I dərəcəli diplom və pul mükafatları ilə təltif olunub. "Qızıl qələm", "Zirvə", "Abdulla Şaiq" və "Professor Mədəd Çobanov" adına Fəxri mükafatların laureatıdır.Şeirləri müntəzəm olaraq Azərbaycan, Gürcüstan, Türkiyə və İraq-türkmən mətbuatında, müxtəlif qəzet və jurnallarda, ədəbi məcmuə, almanax və antologiyalarda, o cümlədən Müşfiq Borçalının 3 cildlik "Sazlı-Sözlü Başkeçid" və 5 cildlik "Zirvə" poeziya antologiyasında, "ZiM.Az", "Zirve.İnfo", "Vetenim.Az", "Borcali.org" və s. çoxsaylı internet saytlarında dərc olunur. O, öz şeirlərinə həm də musiqilər bəstələyir, saz havaları üstündə məharətlə ifa edir. Şeirləri həmçinin Azərbaycan, Borçalı, eləcə də Türkiyə və İran aşıqları tərəfindən sazla oxunur.Biz də Telli Sənəm Borçalıya yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.Müşfiq BORÇALI,ZiM.AzDƏRDƏ BÜKÜLSƏ DƏ XOŞ ARZULARIMGünahsız doğuldum Telli adında,Mələklər göylərdə laylamı çaldı.O, vaxtsız yetişən xəstəliklərin,Ana, xoş gününü əlindən aldı.İtirdim ərköyün körpəliyimi,Ana nəvazişi görə bilmədim.Analı qızların sevinclərini,Ömrümə günümə hörə bilmədim.Dərdə bükülsə də xoş arzularım,Mələklər öpürdü alın yazımı.Ənbər ətirliydi onun nəfəsi,Çəkirdim hər zaman ana nazını.Qəm-kədər köynəyi geydi əyninə,Xəzan vurdu gül açmamış kolunu.Şair olan atam Düşgün Ənvər də,Üz döndərdi, ayrı saldı yolunu.Yol gəlirdi ayrılığın məktubu,Sinən yansın məni qaçıran qadın.Son nəfəsdə opəmmədim anamı,Məhkumlar içində çəkilsin adın.Əcəl mələkləri hörür saçımı,"Dözüm" boynubükük, "səbr" can verir.Sənəm bu dünyadan köçüb getsə də,Telli misrasina hər gün qan verir. MİN YAŞA, DARVAZın AĞSAQQAL OĞLU!Nəinki Borçalı elinin, bütün Türk dünyasınıntanınmış alimi Mədəd Namaz oğlu Çobanova həsr edirəm.Ömrün xoş anları çıxmaz yadından,Heç vaxt yıxılmadın mərdlik atından.Ümmanlar dolanır Mədəd adından,Min yaşa, Darvazın ağsaqqal oğlu!El- oba əzizlər daim xətrini,İnam bəzəyibdi alın sətrini.Hər zaman sevmisən zəhmət ətrini,Min yaşa, Darvazın ağsaqqal oğlu!Durub sahilində xatirələrin,Xəyala dalırsan hey dərin- dərin.Mənalı olubdu ötən illərin,Min yaşa, Darvazın ağsaqqal oğlu!Əməllərin qoyub dağ üstə dağı,Adınla öyünür Türkün torpağı.Gülür misra- misra sözün dodağı,Min yaşa, Darvazın ağsaqqal oğlu!Deyir Telli Sənəm elmdir sirdaşın,Müdriklik çağına yetişib yaşın.Uca zirvələrtək ağarıb başın,Min yaşa, Darvazın ağsaqqal oğlu! Dostluq Bayrağısan MÜŞFİQ BORÇALI!..Bu şeiri bizim gözəl alimimiz Borçalı elinin, nəinki, Borçalı elinin, bütün Azərbaycanın, Türk dünyasının alim oğlu Müşfiq Borçalıya həsr edirəmDoğma ellərinə uzanır əlin,Çiçək-çiçək açan sözdür əməlin,Adınla öyünür Mədəd müəllim,Elin dayağısan Müşfiq Borçalı.Arzuya bələnmiş işıq yolusan,Vətənin eşqiylə qəlbi dolusan,Bir alim atanın alim oğlusan,İrfan ocağısan Müşfiq Borçalı.Ümid ətirlidir baharın-yazın,Kövrək duyğuların çəkirsən nazın,Adını ucaltdın doğma Darvazın,Yurdun sorağısan Müşfiq Borçalı.Düşüncə nəhəngi, şeir azmanı,Ruhun qabaqlayır dövrü zamanı,Bu Telli Sənəmdən söz ərmağanı,Dostluq bayrağısan Müşfiq Borçalı.BİRCƏ GÜNLÜK ANAM OLBu şeiri Xanım anaya həsr edirəm. Oxşasın saçımı isti əllərin,Baş qoyum dizinə xatirələrin.Qapısı bağlanar qəmin, qəhərin,Ana, bircə günlük anam ol mənim.Yenə həsrət şehi yanağa hopdu,Ömrümün həm solu, həm sağı qopdu.Köhnə yaraların qaysağı qopdu,Ana, bircə günlük anam ol mənim.Görüşə yollanan yollarım oldu,Boyuna uzanan qollarım oldu.Gülləri saraldı, baharım oldu,Ana, bircə günlük anam ol mənim.İsmarınc eyləyir Telli bu sətri,Mən uca saxladım bu uca xətri.Yağır üz-gözündən Borçalı ətri,Ana, bircə günlük anam ol mənim.Bu qoca dünyaya əmanət eylə,Ömrümü ömrünə doğma ad eylə.Götür misra-misra hər gün yad eylə, Bu dəli könlümün, dəli eşqini .Gəlmişəm ömrünə gələcək kimi,Bəxtəvər-bəxtəvər güləcək kimi.Qoxla ləçək-ləçək bir çiçək kimi,Bu dəli könlümün, dəli eşqini.Ayrılıq sözünü çırpıram daşa,Ruhum xəyalınla durub baş-başa.Basıb öz bağrına gül kimi oxşa,Bu dəli könlümün, dəli eşqini.Həsrətin mehindən sızlayır yaram,Canım bu dünyada tapmadı aram.Telliyəm mən sənə bağıslayıram,Bu dəli könlümün, dəli eşqini.YAŞANMAMIŞ EŞQİ YAŞAT, ƏZİZİM!..Yemək bişirərkən zümzümədən doğulan bir şeirƏllərini kəmər eylə belimə,Qurban olum sənin şirin dilinə.Bülbül qonsun çiçək açmış gülümə,Yaşanmamış eşqi yaşat, əzizim.Qayçıla həsrəti, qayçıla yolu,Dolansın boynuma vüsalın qolu.Biçilsin bəxtimə xoşbəxtlik donu,Yaşanmamış eşqi yaşat, əzizim.Uca dağlar kimi ağarıbdı baş,İntizar teyləyib gözlərimdə yaş.Möhnətin qurubdu sinəmdə bardaş,Yaşanmamış eşqi yasat, əzizim.Qonum yanağına qara xal kimi,Öpüm dodağını şərbət bal kimi.Danışma, baxışaq dili lal kimi,Yaşanmamış eşqi yaşat, əzizim.SƏNƏM DƏ MƏNƏM Əziz dostlar ilk dəfədir ki, təcnis yazıram...Nəsə düz olmasa çox xahiş edirəm ki, üzürlü hesab edin..(Təcnis) Qəlbi eşqlə, məhəbbətlə döyünən, Elə Telli də mən, Sənəm də mənəm. Bu bal dodaqların, ay ömrüm - günüm, Gəl şəhdi-şirəsin sən əm də, mənəm. Alov nurdu, alov işıq, alov dan, Məqamında qismətini al ovdan. Məndə olan bu atəşdən, alovdan, Axtarma başqa bir Sənəmdə, mənəm. Dəryayam, sənindi bu ada, eşqim, Şair etdi məni bu ad, a eşqim. O qədər böyükdü bu ada eşqim, Sənəm məndə deyil, Sənəmdə mənəm.***Dağılıb dağlara dumanın saçı,Bəyazlıq bürüyüb yalı, yamacı.Əyninə geydiyin yaşıl yapıncı,Ömrünə bəzəkdi, bəzək, Şahdağı.Zirvələr eşqiylə yaşayır könül,Özündə dünyanı daşıyır könül.Səni nəğmə-nəğmə oxşayır, könül ,Hər sözüm çiçəkdi, çiçək, Şahdağı.Hicran əllərimi üzdü dözümdən,Küləyin astaca öpdü üzümdən.Eşqim çiçəkləyib daşdı gözümdən,Həsrətlə çırpınır ürək, Şahdağı.Sözün tonqalı tək alışır sinəm,Hər misram alovdu, çətinki sönəm.Borçalı qızıdır bu Telli Sənəm,Əzəldən kövrəyəm, kövrək, Şahdağı.ANAM, AY ANAM (Təcnis) Çox illər keçsə də ayrılığından, Çıxmırsan yadımdan anam, ay anam. Elə istəyirəm hər hara getsəm, Səni xatırlayıb anam, ay anam. Ay qəmli ürəyim, az sızla, yan, Həzin bulaq kimi ax, sızıl, dayan. Sənin həsrətindən hey sızıldayan, Zamanam, vədəyəm, anam, ay anam. Getdiyim yol olubdumu heç kəsə, Qəm dilimi bacarıbmı heç kəsə?Mən Telliyəm, ömrüm boyu heç kəsə, Vermədim mən təəssüf anam, ay anam.ZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.