Yunis NOVRUZ: "Bu dünyanın sonu hələ uzaqdı..." "SAZLI-SÖZLÜ BORÇALI", Poeziya, Qabal, Təbriklər 16 мая 2024 1702 TƏBRİK EDİRİK!..Mayın 16-sı Gürcüstanda yaşayıb-yaradan dəyərli ziyalılarımızdan olan tanınmış şair Yunis Novruzun doğum günüdür!YUNİS NOVRUZ (Novruzov) 1947-ci il mayın 16-da qədim Kaxet diyarında - indiki Gürcüstanın Laqodexi rayonundakı Qabal kəndində anadan olub. Orta təhsilini doğma Qabal kəndindəki orta məktəbdə alıb. 1975-ci ildə ADU-nun fizika fakültəsini bitirib. Bir müddət Laqodexi Texniki-Peşə Məktəbinin Qabal filialında müəllim işləyib. Hazırda doğma kəndində yaşayıb-yaradır. Qabal kənd orta məktəbinin müəllimidir. Mətbuatda ilk dəfə «Ədəbiyyat və incəsənət» qəzetinin 13 may 1972-ci il tarixli sayında «Səni gözləyəcəyəm» sərlövhəli şeiri ilə çıxış edib. Şeirləri "Zirvə" poeziya antologiyasında, müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə işıq üzü görüb. «Yaz havası» adlı ilk şeirlər kitabı 1985-ci ildə Bakıda «Yazıçı» nəşriyyatı tərəfindən buraxılıb. Kitab «Azərbaycan» şeiri ilə açılır:«Sənin sözlərinə qulaq asandaUnudub gedirəm ürək deyəni.Mən sənin qoynunda doğulmasam da,Sənin şəfəqlərin böyüdüb məni.…Mən sənin qoynunda dil açmasam da -Dilim də, qəlbim də sən olmusan, sən».Kitabda toplanmış şeirlərin əsas ruhunu müasirlik duyğusuyla yoğrulmuş təbiilik təşkil edir. «Yollar… yolçular», «Yay küləkləri» və «Sənin xətrinə» sərlövhəli üç bölmədən ibarət olan bu kitabda şairin 70-dən artıq şeiri cəmlənmişdir. Həmin şeirlərdən «Ürək», «Görüşmək üçün», «Ağıl», «Bilmədim», «Qaytarın mənə», «Qorxuram», «Gəlin», «Aldatdı məni», «Gülüşlərin», «Hara tələsirsən?» və s. şeirləri orijinallığı və oxunaqlılığı ilə seçilir.Biz də sevimli şairimiz Yunis Novruza bundan sonra da yeni-yeni uğurlar arzulayırıq, fürsətdən istifadə edərək onu doğum günü münasibətilə ürəkdən təbrik edirik və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Müşfiq BORÇALI,ZiM.Az AZƏRBAYCANSənin sözlərinə qulaq asandaUnudub gedirəm ürək deyəni.Mən sənin qoynunda doğulmasam da,Sənin şəfəqlərin böyüdüb məni.Hər vaxt olmasam da sənin özünlə,Adına, özünə ərk etmişəm mən.Dünyaya baxmışam sənin gözünlə,Dünyanı səninlə dərk etmişəm mən.Min arzu qovuşur yazı masamda,Kim bilmir nələrdi könlümdən keçən?!Mən sənin qoynunda dil açmasam da,Dilim də, qəlbim də sən olmusan, sən!!! YARIMÇIQÖzünə nə qədər xoşbəxtəm desən,Görərsən, düz deyil bu söz həmişə.Tez-tez söz axtaran, bəhanə gəzənBir dostun,qardaşın qarışar işə.O səni duymaz ki, nəçisən,nəsən,Deyərsən ortada yəqin nəsə var.Sən xırda söhbətdən qaçmaq istəsənO sənin adını anlamaz qoyar.Sən dözüb susasan gərək birtəhər,Döyüşə çıxasan onunla ya da.Atalar bu yerdə yaxşı deyiblər:-Qanana da qurban, qanmayana da.AĞZIMI AÇSAMYağışlar üstümə çırpır özünü,İşıqlar gözümün içinə dolur.İllər qəribliyə salır sözümü,Küləklər tökülüb saçımı yolur.Ayağım altında daşlar hürküşür,Axşama getdikcə səbrim daralır.Yuxarı baxıram papağım düşür,Aşağı baxıram gözüm qaralır.Arzular ömürdən qoparır məni,Ömür bir mənzildi, hər gələn gedir.Qara qoç zülmətə aparır məni,Kor atı minirəm, köndələn gedir.Yolum irəlidi hayana qaçsam,Taleyi dindirək görək neyləyir.Ağzıma su dolur ağzımı açsam,Ağzımı yumuram içim göynəyir.GÖRƏSƏNGörəsən kim qalıb kədərdən uzaq,Kimi titrətməyib həsrət, intizar?Sevinc səadətdir həyatda, ancaq,Qəmin-kədərin də öz aləmi var.Kədərin buz əli kimə çatmayıb,Kimin urəyini bölməyib de qəm?Gecələr sübhəcən yuxu yatmayıb,Babalar dərd çəkib, elə bilirəm.Həmişə sevincdən olmayıb üz ağ,Bəzən qəm pay olub doğmaya, yada.Görəsən kim qalıb kədərdən uzaq,Görəsən kim olub o bədbəxt adam??YAĞIŞ DAMLALARIAlnım düyünlənir qaşımın üstdə,Qəlbimdə yalançı, saxta bir qürur.Yağış damlaları başımın üstdə,Olub keçənləri üzümə vurur.Gözümə çırpılır saniyələr tək,Hər damla hardansa başlayan nağıl.Saatlar yoluma maniələr təkAramsız tökülür, aramsız yağır.Təbiət götürüm, solğun, ağbəniz,Ağaclar bir sümük, bir də dəridir.Buludlar hardansa qovulan dəniz,Yağış o dənizin qəlpələridir.Alnım qırış-qırış qaşımın üstdə,Bir də gələcəkmi ötüb keçən şey?Yağış damlaları başımın üstdə,Olub keçənləri xırdalayır hey.CƏTİNDİTitrədir qəlbimi hey nigaranlıq,Ömür sevinclərə bürünmür daha.Dünya qatı zülmət, dünya qaranlıq,Yaxşılar, yamanlar görünmür daha.Kütlüyün dalında gizlənir düha,Alaq otlarıdı hər yanda bitib.Yaxşıya ehtiyac qalmayıb daha,Yaxşı yaddan çıxıb, yaddaşdan itib.Bütün bəşəriyyət gopa aldanır,Xeyirə yozulan bir sözü görmür.SAPI özümüzdən olur baltanın,Hayıf ki, zülmətdi, göz-gözü görmür.Təkcə qulağımız eşidir nəsə,Yalan kəlmələrdən doymaq çətindi.Yerindən oynayıb Günəş... xülasə,Onu da yerinə qoymaq çətindi.DAHİLƏRUlu kainatı duymaqdan ötrüYa alim olasan gərək, ya şair.Dahilik elə də asan gəlməsin,Dahilər öləndən sonra yaşayır.Dahilik bürüyür ürəyimizi,Elə ki,bir çubuq bitiririk biz.Hər şeyi özündən sonra görürük,Hər şeyi hər addım itiririk biz.Buludlar boş yerə ötüb keçməsin,Gurla ey ildırım, yağ, ey yağış, yağ!Ulduz var, min ildi sönüb gedibdi,İşığı milyon il gələcək ancaq.Ay da asta-asta keçir səmanı,Günəş də aləmə nurunu yayır.Batıb yox olunca qədri bilinmir,Dahilər özündən sonra yaşayır.Onlar bəzək vurur dövrə, zamana,Min illər keçsə də izi silinmir.Dahilər dünyada Günəşdi, Aydı,Batıb yox olmasa qədri bilinmir.BELƏ GETSƏBu dünyanın sonu hələ uzaqdı,Geriyə də qayıtmağa yolum yox.Bu illərin üzərindən uçmağa,Ürəyim yox, qanadım yox, qolum yox.Küləkləri mehdi, şehdi, sazaqdı,Düşub eldən, obalardan dərbədər.Bu dünyanın sonu hələ uzaqdıƏvvəli də yaxın deyil o qədər.Yol gəzirəm külək olub əsməyə,Çiçək olub açılmağa halım yox.Bu dünyanı qarış-qarış gəzməyəIcazəm yox, qanadım yox, qolum yox.Gün ötdükcə mənə çətin görünür,Yarpaq kimi payızlaşmaq, saralmaq.Belə getsə əvvəl-axır görünürÇətindən də bizə çətin olacaqAxıracan bir arzuya vurulmaq.GƏLMƏZ Kİ, GƏLMƏZ Çoxalar günbəgun qayğımız bizim,Həyət-baca üçün daşımız artar.Gün üstə gün gələr, il üstünə il,Boyumuz uzanar, yaşımız artar,Başımıza ağıl gəlməz ki, gəlməz.Hər dağdan əsən yel üşüdər biziHər ləkəli işdən bizə kir gələr.Başımıza gündə yüz oyun gələrAğlimiza gündə yüz fikir gələrBaşımıza ağıl gəlməz ki, gəlməz.Ömrü hər tərəfdən bürüyər anlarNəs aylar ötüşər, nəs illər gələr.Dünyadan dəstəylə köçər nəsillərDünyaya dəstəylə nəsillər gələrBaşımıza ağıl gəlməz ki, gəlməz.Uzaqdan əl elə, şirnikdir , ya daHarayla, lap çağır, gəlməz ki, gəlməz.Dünyaya nə qədər xeyir-şər gələrGündə neçə-neçə xoş xəbər gələr,Gündə neçə-neçə bəd xəbər gələr,Başımıza ağıl gəlməz ki, gəlməz.QAYIDIRDan sökülür yavaş-yavaşAğlım özümə qayıdır.Bir əlim başıma qəlirBiri dizimə qayıdır.Soyuq yellər, coşan çaylar,Çətin keçən günlər-aylar,Xəcalətli hay-haraylar,Mənim izimə qayıdır.Ömür keçir yolu kəsə,Ləngimir ışığa, səsə.Ürəyimsə təzə-təzəSəbrə, dözümə qayıdır.Küləksiz-mehsiz əsirəm,Özümü sıxıb əzirəm.Dünyada düzlük gəzirəmDünya üzümə qayıdır .QARDAŞDünya belə getməz qardaş,Yoxuş bir gün eniş olar,Hər dərdi qəlbinə salmaAdam qəlbi geniş olar.Dünyanın quyruğu uzun,Üstü mamır, altı yosun.Hələ yatır, qoy uyusun,Vaxtsız dursa min iş olar.Bir gün olar yel gətirər,Bir gün olar sel gətirər,Bir gün olar, əl gətirər,Dünya belə getməz, qardaş.İndi köç qayıdan vaxtdı,İrəli düşən axsaqdı,Bu da bir qəribə baxtdı,Dünya belə getməz, qardaş.Gələcək günlərin biri,Köç təzədən dönər geri,Ruhdan düşmə yeri, yeriDünya belə getməz, qardaş.GÖZ YAŞIPayız yenə gəlib çıxar,O dağların başındadı.Düşünmə ki, getdi baharO həmişə qarşındadı.Yola-izə düşər yarpaq,Yarpaqlara dönər torpaq,Sevinc də var, qəm də var bax,Hamısı göz yaşındadı.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.