Mədəd COŞQUN (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..." "SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Başkeçid, Arxiv 17 июня 2018 TƏBRİK EDİRİK!..2018- ci il iyun ayının 18-də Borçalının tanınmış şair-jurnalisti,Başkeçiddə boy atan yazarların ustadı çox hörmətli Mədəd Coşqunun 80 yaşı tamam olur. Mədəd Coşqun (Mədəd İsa oğlu İsmayılov) - 1938-ci il iyun ayının 18-də qədim Borçalı mahalının Başkeçid rayonundakı Gəyliyən kəndində dünyaya göz açıb. Hələ körpə yaşlarından taleyi üzünə gülməyən Mədəd bir tərəfdən ata sığalına, qayğısına həsrət qalıb, digər tərəfdən Böyük Vətən müharibəsinin törətdiyi ağrı-acılardan, çətinliklərdən keçməli olub. Bu çətinliklərə baxmayaraq orta məktəbi qızıl medalla bitirib. Ali məktəbə qəbul olmaq üçün Bakıya gəlməyə maddi imkanı olmadığından Gürcüstandakı A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə daxil olub. Ağır, qayğılı günlər, maddi sıxıntılar keçirən istedadlı bu gənc ali məktəbi də qırmızı rəngli Fərqlənmə diplomu ilə bitirib.İctimai aktivliyinə görə rayon partiya komitəsində məsul vəzifələrə təyin olunub. Həmin vəzifələri şərəflə, vicdala icra edib. Ömrünün ən məhsuldar və böyük hissəsini Dmanisi rayon partiya komitəsinin orqanı olan "Trialeti" qəzetinin Azərbaycan şöbəsinin redaktoru kimi fəaliyyət göstərib. Bu müddət ərzində Başkeçiddən boy göstərən neçə-neçə gənc yazarlara yol göstərərək, əlindən tutub poeziyaya gətirib, atalıq qayğısı göstərib. Bu gün ədəbi mühitdə imzaları yetərincə tanınan Səadət Buta, Sədi Yaradanqulu, Knyaz Aslan, Etimad Başkeçid, Vəli Qaraçaylı, Məhəbbət Nizam, Yasəmən Pünhan, Qəzənfər Məsimoğlu, İsaxan İlyazoğlu və adlarını çəkmədiyimiz bir çox şairlərin və söz adamlarının yaradıcılığında Mədəd Coşqunun rolu danılmazdır.Mədəd Coşqun 15 kitab müəllifidir. Əsərləri gürcü, abxaz, türk, rus və ingilis dillərinə tərcümə olunub. Novator şair kimi ədəbiyyatımıza dörd, üç, iki, hətta bir hecalı şeir formaları gətirib.Tanınmış tədqiqatçı-alim Müşfiq Borçalı özünün "Mədəd Coşqunun poeziya yaradıcılığında özünəxsusluq" (Bakı, 2015) adlı kitabında bu barədə ətraflı məlumat verib.Biz isə dəyərli ziyalımız, müdrik el ağsaqqalı, tanınmış şair-jurnalist-tərcüməçi və ictimai xadim, Ustad Mədəd Coşqunu anadan olmasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, ictimai fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və onun bir neçə şeirini aşağıda hörmətli oxucularımıza təqdim edirik!..ZiM.Az BORÇALIBorçalının payızına, qışına,yazına, yayına mən qurban olum.Unudulmuş zirvələrdə qartalınhəsrətli qıyına mən qurban olum.Bulaqların sısqalaşan gözünün,Kül altında öləziyən közünün,Yasa batmış çəməninin, düzününahına-vayına mən qurban olum.Ürəyini qüssə-kədər sıxanın,Sabahına boynu bükük baxanın,Ata ocağına sahib çıxanınən ölüvayına mən qurban olum.Coşqun sinə gərir bu ağır dərdə,Allahın işidir xeyir də, şər də,Su axdığı yerdən axacaq bir də,Tanrının payına mən qurban olum. BAŞKEÇİDSənin həsrətinlə qəlbim qan olur,Titrəyir ağzımda dilim, Başkeçid.Könlümün şah simi bəmə enibdir,İniltiyə dönüb zilim, Başkeçid.Zümrüd bulaqların yuxuma dolur,Çəmənlər saralır, çiçəklər solur,Anım günə dönür, günüm ay olur,Zamana sığmayır ilim, Başkeçid.Usta Alıqara – el sənətkarı,Sonasının sazı, Əhmədin tarı,Elə ki, qəlbimin artır qübarı,Vəkiləsə çatmır əlim, Başkeçid.Demə ki, mən səndən doyub getmişəm,Elimi, obamı duyub getmişəm,Sinəndə bir oğul qoyub getmişəm,İstərəm sinəndə ölüm, Başkeçid. VƏTƏNƏ MƏKTUBVətənə gedirsən, yoluna qurban,olaydım yolunda çapar, ay oğul.Haqqa arxalanan, haqqısevənlərnamərd gülləsindən sapar, ay oğul.Salamımı çatdır obaya, elə,Bağrına bas mənim əllərim ilə,Kim adımı bir an gətirsə dilə,yerini qəlbimdə tapar, ay oğul.Ellər üçün mən olmuşam yanan şam,Qoy kor olum Başkeçidi unutsam,Əhdi-peymanımı mən ucuz tutsamdünya uçar, aləm qopar, ay oğul.Hicrandır qəddimi yay kimi əyən,Tənə daşlarıdır başıma dəyən,Vətən həsrətiylə hər an göynəyən,qəlbimi Vətənə apar, ay oğul.Bakı, 4 fevral 2004 il. SƏN (Dostum professor Mədəd Çobanovun 60 yaşına).Vətən həsrətindən qəlbin ah, Mədəd,Mən Mədəd, sən Mədəd, ya Allah mədəd!.. Əlac Tanrıyadı o pənah, Mədəd,Həmişə əlini haqqa yetir sən.Vüqarlı dağların uca zirvəsi,Quyu bulağının çağlayan səsi,Lılıq zoğal tamı, palıd nəfəsi,Mamırlı daşlardan sızan ətirsən.İl var ömrə gəlir, il də var gedir,Gah zimistan gedir, gah bahar gedir,Sənintək insana 60 nədir?100 ilin dizini yerə gətir sən!23.05. 1997AXUNDOVDövrün keşməkeşini Çəkib öz sinəsinə,El üçün, Vətən üçün Bilmədi sinəsi nə?Siyirmə qılınc olduDoğradı ətaləti.Özünə qardaş bildiNeçə-neçə milləti.Puşkinə yas saxladı,İçin-için ağladı.Bəlkə Cavid yasıydıMüşfiq qəmiydi bu yas?Bilirdi ki, nahaq qanHeç zaman yerdə qalmaz.Yaşadı atəş kimiZülmətlərin içində.Parladı günəş kimiElimə şöhrət oldu.Əbədiyyat qazandıÖlümə şöhrət oldu.Professor Mədəd Çobanovun Bakıda Azərbaycan Atatürk Mərkəzində keçirilən Yubileyində... GEDİR(El sənətkarı aşıq Sonanın xatirəsinə).Şimşəklər çaxanda zirvə başındaDağların örpəyi, cunası gedir. Zalım ovçu qana qəltan edəndəKəkliyin ayaqdan xınası gedir.Sona bülbül idi, susdu nəğməsi,Daha gəlməyəcək ellərdən səsi,Nə oğlu, qızı var, nə də nəvəsi,Amma el-obanın anası gedir.Alı Qara kimi odan yanıbdı,Sənət meydanında mərd dayanıbdı,Son nəfəsdə Dilqəmini anıbdı,Sənətkar ömrnün mənası gedir.Təbiət ağlayır, hey yağış yağır,Bülbül boyun büküb olubdur fağır,Ay ellər bu itki ağırdır-ağır,Borçalının usta Sonası gedir.Başkeçid, 1 iyun 1988. DƏDƏ MƏHƏMMƏDDünyaya göz açıb gəldiyin gündən Hər hikməti qandın, dədə Məhəmməd.Nə çətin sınaqdan geri çəkindi,Nə əhdini dandı dədə Məhəmməd.Darda da özünü hər an saz tutdu,Neçə saz bağladı, neçə saz tutdu,Saz ötəndə varlığını unutduKərəm kimi yandı dədə Məhəmməd.Oldu ədalətin, haqqın hakimi,Süfrəsi açıqdır ürəyi kimi.Nə vaxt ki, titrədi qəlbinin simiƏləsgəri andı dədə Məhəmməd.Aslan qocalsa da aslandır yenə,Min çaqqal parçalar keçsə əlinə,Nə olsun ağ qırov düşüb telinəÜrəkdən cavandı dədə Məhəmməd.Coşqun, ürəyini almasın kədər,Sənətkarın ömrü olmayır hədər,Sazıyla, sözüylə neçə yüz illərDünyada qalandı dədə Məhəmməd.11 noyabr 1984. FƏRİD (Olimpiya çempionu Fərid Mansurova).Ər igidlər rəqibinə qənimdi,Neyləyəcək mənə kədər, qəm indi?Elə bil ki, bu gün dünya mənimdi,Eşq olsun, ay Fərid, yaşa, ay Fərid!Sevinsin mərd ata, mehriban ana,Düşmənlər qəhr olsun qoy yana-yana,Sən də bir şöhrətsən Azərbaycana,Könüllər gəlibdir cuşa, ay Fərid!Nəcabətli nəslə təzə vüqarsan,Qoca Borçalıya bir iftixarsan,Sən də Kamandar tək layiqsən, varsan,Bir tac kimi qoyaq başa, ay Fərid!Ömrün qoşalaşsın baharla, yazla,Yoluna nur saçım bir xoş avazla.Sən qızıl medalla, mən tavar sazla,Gedək Başkeçidə qoşa, ay Fərid!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.