ŞƏRƏFLİ HƏYAT YOLU

ŞƏRƏFLİ HƏYAT YOLU MÜSAHİBƏ

- Siyavuş müəllimi daha yaxından tanıya bilərik?
- Özüm haqda bunları söyləyə bilərəm ki, mən Lənkəran şəhərində 4 nömrəli rus məktəbini bitirmişəm. Daha sonra Bakı Dövlət Universitetinin Mexanika – riyaziyyat fakültəsinə daxil olmuşam. 1-ci kursdan məni Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika – riyaziyyat fakültəsini bitirmişəm. Çox yaxşı oxumuşam, bütün qiymətlərin “5” olub. Aspiranturanıda bitirməyi məsləhət gördülər, indiki adıyla magistraturanı yəni. SSRİ-lər Akademiyasının Fəlsəfə instutuna daxil olmuşam. Mənim maraq dairəm riyaziyyat elmini məntiq elminə tətbiq etmək idi. Daha sonra disertasiya yazdım, namizədliyimi irəli sürdüm. Öz-özümə dedimki, “ dayanmaq olmaz, daha da irəli getməliyəm”. Doktoranturada doktorski disertasiya yazdım, müdafiə elədim işimi. Disertasiyam təsdiq olundu və professor adına layiq görüldüm. Akademiyada işlədiyim zaman müsabiqə ilə Neft Akademiyasına qəbul oldum. “ Baş müəllim, dossent, elmlər doktoru, professor” adlarını aldım. Hal - hazırda Bakı Avrasiya Universitetində və Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində dərs deyirəm. Əvvəllər Lənkəran Dövlət Universitetində Fəlsəfə kafedrasının müdiri idim. Daha sonra yoldaşımın işiylə əlaqədar məndə Bakıya gəldim. 1 oğlum 1 qızım var. Oğlum 2 universitet bitirib. Hal – hazırda Beynəlxalq Valyuta Fondunda işləyir.

- Azərbaycan gənci sizə görə necə olmalıdır?
- Vaxtilə Azərbaycan gəncləri oxuyurdular, ciddilikləri varıydı. İndiki dövrdə bu biraz zəifləyib. Amma oxuyanlar var. Bakı Dövlət Universitetində elə qruplar varki, tədris ingilis dilindədir və qrupdakıların hamısı var gücləriylə oxuyurlar. Əvvəllər imtahanlar baloniya sistemiylə deyildi. Şifahi mənim qarşımda suallarıma cavab verirdilər. Sonra mən elan eliyirdimki, kim keçib imtahandan, kim yox. Onlar təkcə 1 dərslikdən, 1 mənbədən oxumurdular.
Çoxlu mənbələrdən, kitablardan oxuyub hazır gəlirdilər. 2 ələbəm imtahan verəndə mənə mən 5 sualı 50 balla qiymətləndirdim. Maksimum səviyyə ilə yəni. Oxuyanlar var indidə.

- Siyavuş müəllim tələbələrinə nəyi öyrətməyə çalışır?
- Bilirsiz, mən həmişə çalışmışamki, tələbələrimin dünya görüşü olsun, insanın öz ətrafına baxışı, burdakı rolu, vəzifəsi nədir? onu öyrətməyə çalışıram. Mən həmişə tələbələrimə deyirəm ki, elmlər bölünür – fundamental, humanitar və texniki elmlərə və s. Fəlsəfə humanitar elm gedir. Ancaq bu elm xüsusi humanitar elmdir. Analitik təfəkkür tələb edir insanda. Fəlsəfənin çətinliyi odur ki, həmişə sual olunur ki, necə? nə? Bu suallara cavab vermək lazımdır. Çalışıram ki, onların dünyaya baxışını, təbiəti, onun qanunlarını biraz daha yaxşı mənimsəsinlər. Bunları biləndən sonra hər bir həyatın çətinlikləri ilə başa çıxa bilirlər. Həyat özü mürəkkəbdir. Fəlsəfə elmini deyəndə çalışıram ki, geniş mənaya, biliyə malik olsunlar. Bu sahədə bir çətinlikləri olanda demişəm ki, çəkinməyin, soruşun hərşeyi.

- Sizə görə ali sənət hansıdır?
- Azərbaycan fəlsəfəsinə baxanda, 13-cü əsrdə tanınmış alim Nəsrəddin Tusi elə bir elm olmayıb ki, onunla məşğul olmasın. Onun belə bir sözü varki, “ sənətin yaxışı, pisi yoxdu, sənətkarın var”. Bütün sənətlər yaxşıdır, alidir. Gərək sənətini yaxşı, dərindən biləsənki, yaxşı sənətkan olasan.

- Qəzetimiz haqda fikirlərini nədir?
- Qəzet haqda fikrim çox müsbətdir. Rəcəb müəllim ilk bu fikri deyəndə çox sevindim. Öz fikrimi də qəzetdə qeyd etdim. Qəzetlər çoxdu, amma yaxşı qəzet elədə çox deyil. Uğurlarınız daim olar İnşallah. Uğurlar hər birinizə.

Nərmin Dadaşova,
"SALDO",

ZİM.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Keşmə-keşli həyat yolu...

Keşmə-keşli həyat yolu...

"SALDO"
GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

Gəncə, Qarayazı, Nekroloqlar
Filologiya üzrə fəlsəfə doktoru Zəminə Mustafayeva (1955)

Filologiya üzrə fəlsəfə doktoru Zəminə Mustafayeva (1955)

"XXI əsrin Ziyalıları", Başkeçid
Professor Siyavuş Talışlı - 80

Professor Siyavuş Talışlı - 80

"SALDO"
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU  ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

Digər bölmələr
Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Elm, MEDİA, Tiflis
246 SAYLI MƏKTƏB-LİSEYİN MÜƏLLİM VƏ ŞAGİRD HEYƏTİ İLƏ GÖRÜŞ

246 SAYLI MƏKTƏB-LİSEYİN MÜƏLLİM VƏ ŞAGİRD HEYƏTİ İLƏ GÖRÜŞ

Digər bölmələr, Məktəblər
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
“Saldo” adlı ictimai-iqtisadi qəzetin ilk sayı işıqüzü görüb

“Saldo” adlı ictimai-iqtisadi qəzetin ilk sayı işıqüzü görüb

"SALDO", MEDİA, Təbriklər
Gənc alim Aynur Xudiyevanın uğurları

Gənc alim Aynur Xudiyevanın uğurları

"Elm və Təhsil", Borçalı
XATIRLADIĞIM və bir kafedrada çalışdığım rusdilli Professor haqqında...

XATIRLADIĞIM və bir kafedrada çalışdığım rusdilli Professor haqqında...

AzTU, Avropa
YEGANƏ ZEYNALOVA (1980)

YEGANƏ ZEYNALOVA (1980)

"XXI əsrin Ziyalıları", Rustavi, Bolus

"Dekan olmaq böyük məsuliyyət tələb edir..."

"SALDO"
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
AzTU-nun professoru Eldar Qocayev  vəfat edib

AzTU-nun professoru Eldar Qocayev vəfat edib

AzTU, Nekroloqlar
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

BDU, Borçalı
Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

AzTU
Rəy yazın: