Əşrəf ƏŞRƏFLİnin şeirləri Gənc istedadlar, Müsabiqə 24 октября 2016 Əşrəf Səfalı oğlu Əşrəfli - 2000-ci il sentyabrın 26-da anadan olmuşdur. 2006-cı ildə Sabunçu rayonu 67 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Hazırda Xəzər rayonu Rəşid Baxışov adına 218 saylı tam orta məktəbin 11-ci sinifdə təhsilini davam etdirir. Lap uşaqlıqdan ədəbiyyata olan marağı sayəsində o, “həvəskar yazar” kimi şeir yazmağa başlamışdır. O belə deyir:-”yazdığım şeirlərin bir çox qismi sevgi,məhəbbət haqqındadır.Mən şeirlərimdə əsl sevgini ustun tutub romantikanı insanların gözündə daha uca göstərməkdir. Mən əsasən real olmayan birindən yazmağı xoşlayıram. Çünki hər bir insan xəyal quraraq nə isə düşünür”. Göydən yerə mələk endi elə bil, Tutuşduq əl-ələ, gəzdik hər yanı. O, çiynimə qonacaqdi ele bil, Yerə endi xəyalımın qadını.Gənc şair dostumuza “ZİRVƏ” antologiyasının yaradıcı heyəti adından uğurlar arzu edirik! Ümid edirik, ki o şeirlərini antologiyada görəndə öz üzərində daha səylə işləyəcək və gələcəyin istedadlı şairlərindən olacaq! A DÜNYAFələkdə fikrini salıbdır sənə,Niyə fırlanırsan dünya,a dünya?İnsanlar fikrini dəyişib yenə,Mərddən öndə gedir Namərd,a dünya---Sərhəd qoymadıqca üzünü açdın,Çoxunun üzünə günəştək saçdın,Düzünü deyəndən hər zamam qaçdın,Çoxda qaçma yıxılarsan,a dünya.---Səni tanımayan tanısın gərək,İçində şeytansan,çölündə mələk,Səninlə şərikli işləyib fələk,Aləmi qatdınız indi,a dünya.Çox öyünmə şanınla,şöhrətinlə,Çox öyünmə olmayan hörmətinlə,Hüzuruna gəlmişəm dəvətinlə,Vur boynumu,kəs başımı,a dünya.---Yaşadın sevincdən,kədərdən uzaq,Xoşbəxtlik istədim açmadın qucaq,İndilər açmısan o,da cox sicaq,Bəs niyə partlayıb,yanırdın, dünya?---Sevgiyə,qayğıya kəsildin qənim,Səninlə artırdı kədərim,qəmim,Arzumu içimdə öldürdün mənim,Arzumu içimdə boğdun, a dünya.---Sevginin gözləri kordur dedin sən,Sakitcə ayırdın məndən onu sən,Ömrümdə sonadək deyəcəyəm,sən,Zalım,vəfasızsan,a dünya.Gör neçə sevəni ayırıb getdin,Əşrəfçün həyatda sən o an bitdin,Gedəndə elə get qalmasın rəddinBirdən izinə düşərəm,a dünya. (10.10.2016)BAGISLA SEVGiLiMUzaq da olsa sınıq qəlbimiz,Allahım sən ondan ayırma məni.Toxunmaq bilmədi belə əlimiz,Bağışla sevgilim bağışla məni.---Arzumuz, diləyimiz olmadı bizim, Yazdığım şeirlər düşünür səni.Sevgi yolunda sınıbdır dizim ,Bağışla sevgilim, bağışla məni,---Getdiyim yolda ölsəm bağışl,Saçlarım ağarıb tapıbdır dəni.,Bəlkədə dönəcəm həzin yağışla,Bağışla sevgilim bağışla məni.---Qısa həyatıma bir yaraşıqsan,Ürəyim xatırlar səsini yəni,Ürəyim bir şair,sənsə aşıqsan,Bağışla sevgilim, bağışla məni. (13.07.2016)BAM-BAŞQA İNSAN OLACAMHəyata nifrətim artir günü günündən,Sevdiklərimi alır bir-bir əlimdən,Elə düşmüsən həyat gözümdən,Dəyişib bam-başqa insan olacam.---Bir daha yaxşılıq gözləmə məndən,Daim qaçacağam inan ki, səndən,Uzaq duracağam kədərdən,qəmdən,Dəyişib bam-başqa insan olacam.---Bütün olanlar keçmişdə qaldı,Keçmişdə bir anlıq xəyala daldı,Gələcəyi gözümün önünə saldı,Dəyişib bam-başqa insan olacam.---Qoy keçsin həyatım sadə,maraqsız,Üstüm köhnəlmis,saçım daraqsız,Qocalım gəzəcəm əsa, çolaqsız,Dəyişib bam-başqa insan olacam. (16.08.2016)BİR DƏFƏ BAX GÖZÜMƏSən mənimsən deyərdim,İnanmazdın sözümə.Bəsdir yaşatdın hicran,Bir dəfə bax gözümə.---Baxsan dünya dağılmaz,Baxsan ayıb sanılmaz,Uzaqdan da anılmaz.Bir dəfə bax gözümə.---Çox maraqlı gəlirsən,Eynək altdan süzürsən,Sən ki,özgə deyilsən.Bir dəfı bax gözümə.---Sənin o,qəhvəyi gözün,Sənin o,bal tək sözün,Ay mənim canım gözüm,Bir dəfə bax gözümə.---Göz ürəyin aynasıdır,Ürək dilin anasıdır,Kərəm tək yanasıdır,Bir dəfə bax gözümə. (07.09.2016) XƏYALIMIN QADINIGöydən yerə mələk endi ele bil,Tutdu bu əlimdən gəzdik hər yanı.O,çiynimə enecəkdi ele bil,Yerə endi xəyalımın qadını.---Yerə endi sorğu-sual başladı,Ürəyimdə pis arzunu daşladı,Şərab içib bogazını yaşladı,Söhbət etdi xəyalımın qadını.---Tənha keçən ahu-zarlı günümdən,Sual axır bu balaca könlümdən,Sevgi baxçasında o, tər gülümdən,Dərdi getdi xəyalımın qadını.---Damla-damla göz yaşıma büründüm,Eşq yolunda hər gecə mən süründüm,Getdiyim yolu tək başına dönürdüm,Və sevgi bitdi xəyalımın qadını. (07.10.2016). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.