“AZƏRBAYCANDAN UZAQDA YAŞASAM DA, VƏTƏNİN ADINI HƏR ZAMAN UCA TUTMAĞA ÇALIŞIRAM!..” "Elm və Təhsil", Gənc istedadlar, Amerika 7 июня 2020 Ümummilli lider Heydər Əliyevi, çox düzgün olaraq gənclər siyasətinin banisi adlandırırlar. Gənclərdən öz qayğısını heç zaman əsirgəməyən H.Əliyev, bütün sahələrdə gənclərin uğur qazanması üçün şərait yaradılmasına, onların ölkə hüdudlarından kənarda təhsil alıb, işləməsinə, dünyada tanınmasına daim diqqət və köməklik göstərmişdir.“Bizim bu günki, gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir...Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.Heydər Əliyev.Çox sevindirici haldır ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti, bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.Bilirik ki, Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Təbii ki, bu inkişaf gənclər üçün gözəl perspektivlər yaratmaqla yanaşı, həm də yeni imkanlar açır. Ölkə rəhbərinin həyata keçirdiyi ən başlıca istiqamətlərdən biri də məhz bu yolda gənclərə dövlət tərəfindən dəstək və diqqətin göstərilməsidir. Eyni zamanda cənab Prezident İlham Əliyevin səyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, gənclərimizə hər sahədə kömək edilir, istər təhsil də, istərsə də əmək fəaliyyətində ən əsas gənclərə üstünlük verilir. Gənclərimiz isə harada yaşamaqlarından, təhsil almaqlarından asılı olmayaraq, Vətənin adını layiqincə təmsil etməyə çalışırlar.Yuxarıda ümummilli lider Heydər Əliyevin gənclər haqqında söylədiyi xoş bütün sözlər sanki, bu gün haqqında söhbət açacağımız Sabrina Hikmət qızı Mikayılova üçün deyilmişdir. Sabrina qızımız ailəsi ilə birlikdə Vətəndən çox uzaqda yaşasa da, qəlbi Vətən eşqiylə, doğma Azərbaycanla döyünür. Bu gün biz, Azərbaycanın fəxr etdiyi gənclərindən biri olan, 16 yaşını yenicə qeyd edən Sabrinanın arzularından, istedadından və bacarığından bəhs edəcəyik. Hər birimiz bilirik ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün olduqca vacibdir. Ölkəmizin bu günki, həyatında, inkişaf və inteqrasiyasında gənclərimizin rolu böyükdür. Çünki, dövlətin, millətin, ümumiyyətlə cəmiyyətin gələcəyi, aparıcı qüvvəsi gənclərdir. Buna görə də dövlətimiz və cəmiyyətimiz gənclərə xüsusi qayğı göstərir.Artıq neçə müddətdir ki, Azərbaycanın tərəqqisində, eləcə də demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərimizin fəaliyyəti göz qabağındadır. Bu gənclər hər sahədə öz qabiliyyət və bacarıqlarını nümayiş etdirərək, doğma Azərbaycanın dünyada tanınmasına çalışırlar.“Müasir dövrün gəncləri əvvəlki nəsillərdən çox fərqlidirlər” - desəm, heç də yanımaram. Əgər illər öncə Azərbaycanın adını, bayrağını, hüququnu qoruyan onlarla gənc var idisə, bu gün artıq bu rəqəm yüzlərlə, hətta minlərlə ölçülməkdədir. Fəxr etdiyimiz gənc nəslin nümayəndələri ölkəmizi təkcə öz Vətənimizdə deyil, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda layiqincə təmsil edirlər. Haqqında danışacağımız Sabrina, çox gənc olmasına, valideynləri ilə birlikdə Vətəndən uzaqda-Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yaşamasına rəgmən, demək olar ki, artıq qazandığı ugurları ilə gənclərə bir örnəkdir.Sabrina ilə yaxından tanış olmaq üçün, onun lap kiçik yaşlarından, əldə etdiyi uğurlarının sevincinə qoşulaq, keçdiyi illərinə nəzər salaq.2003-cü ilin doqquz yanvar günü, Azərbaycanın səfalı yerlərindən olan Masallının Ərkivan kəndində Hikmət müəllimin və Afət xanımın ailəsində gösəl bir qız uşağı dünyaya gəlir. Bu qızcığaz elə kiçik yaşlarından valideynlərinin diqqətini özünə cəlb edir, onlar balaca Sabrinanı yaşıdları olan bir çox uşaqlardan fərqləndirən xüsusiyyətlərini kəşf edirlər. Onun oyuncaqlardan daha çox qələm, kitab, kağız ilə maraqlandığını görən valideynləri bu qızın gələcəkdə hansı peşə sahibi olacaqlarını düşünür, təxmin edə bilirlər. Bəlkə də elə övladlarının gələcəyini düşünən valideynlər, buna görə Bakıya köçməli olurlar.Bakıya köçdükdən sonra Sabrina ilk təhsilini Binəqədi rayonundakı 283 saylı məktəbdə alır. Oxuduğu müddətdə dərs əlaçısı olan Sabrinanın xüsusi istedad və bacarığının olduğu müəllimlərinin də diqqətini cəlb edir. Hər tapşılan işin birincisi olmaq üçün çalışan Sabrina, hətta, məktəblər üzrə keçirilən müsabiqələrdə də qalib olaraq, pul mükafatı ilə mükafatlandırılır, ilin şagirdi adını qazanır. Övladlarının ilk uğrundan sevinən valideynlər ona qarşı daha diqqətli olmağa başlayırlar. Altıncı sinifdə olanda Bakı Dövlət Universitetində keçirilən müsabiqədə testləri yüksək faizlə yerinə yetirdiyinə görə, Sabrina universitetin “Gənc istedadlar” litseyində təhsilini davam etdirmək üçün dəvət alır. Lakin, ailənin gələcək planları əsasında həmin il onların Amerikaya getmələri üçün müraciət etdikləri “Yaşıl Kart”ın(Green kart)vaxtı çatır. Onlar ailəlikcə Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə köçməli olurlar.Nəzərinizə onu da çatdırım ki, Sabrina yetərincə ziyalı, elm adamları olan bir nəslin yetirməsidir. Onun əmiləri Qorxmaz və Rahib Mikayılovlar elmlər doktoru, professordurlar. Digər əmisi Rasim Mikayılov ABŞ-da dövlət məmurudur. Sabrinanın atası Hikmət Mikayılov isə biznes sahəsiylə məşğuldur.“Cənub Xəbərləri” qəzeti bu ailə haqqında çox geniş məlumat dərc etmişdir. Həmən yazıya əsaslanaraq qeyd edim ki, bu ailənin ümumilikdə 2 üzvü elmlər doktoru-professor, 4 üzvü fəlsəfə doktoru, 27 övlad-nəvə isə tələbədirlər. Hətta, 2017-ci ilin 17 dekabr tarixində “cenubxeberleri.com” saytında bu nəslin ziyalı nümayəndələri haqqında “Ərkivanlı amerikalılar” başlıqlı yazı da yer almışdır.Eyvaz kişinin balaları az müddət ərzində özlərini doğrulda bildilər və həm ailəyə, doğulub boya başa çatdıqları kəndə, eləcə də Vətənə baş ucalığı gətirdilər, Eyvaz kişinin sadə ailəsinin adını yüksək tutmağı bacardılar.Sabrinanın qeyd etdiyimiz kimi təhsilə,elmə, texnikaya həvəs göstərməsi, təbii ki, irsidir. Çünki əlimizdə olan məlumatlardan öyrəndik ki, övladlar valideynlərinin yolunu davam etməyə çalışırlar.Amerikaya köçəndə Sabrina 6-cı sinfi bitirmişdi. Köçən kimi orada məktəbə qəbul olunur. Oxuduğu az müddət ərzində riyaziyyat fənnindən yaşıdlarından fərqləndiyi və ingilis dilini mükəmməl bildiyi üçün onu test yolu ilə bir sinif yuxarı, yəni 8-ci sinfə keçirirlər. Sabrina orta məktəb səviyyəsində təhsil almaqla yanaşı, həm də əlavə olaraq kompüter elmi ilə də məşğul olmağa başlamışdır. O, hələ Azərbaycanda olarkən, 10 yaşından kompüter dərslərini həftədə bir dəfə keçirdi.Onu da qeyd edək ki, Amerikada orta məktəb təhsili 12 illik olur. Bizim qürurla adını çıkdiyimiz Azərbaycan qızımız, yerli hökumətin razılığı əsasında təhsilini 2 il tez başa vura bilir. 12 illik dərs bazasını 2 il tez bitirən Sabrinanın lazım olan əsas fənlərdən yüksək qiymət alması, onun oxuduğu məktəbdə Azərbaycan bayrağını qaldırmasına şərait yaratdı. Bu bayraq hal-hazırda da o məktəbdə dalğalanmaqdadır. Təbii ki, biz bu işinə görə Sabrina ilə fəxr edə bilərik. Vətənin bayrağını dünyanın böyük dövlətlərindən olan Amerika məktəbində dalğalandırması, Sabrinanın Vətəninə, elinə, obasına nə qədər məhəbbətinin olduğunun bariz nümunəsidir. Azərbaycanın Vaşinqtondakı səfirliyindən keçirilən bütün tədbirlərə demək olar ki, Sabrina və ailəsi xüsusi olaraq dəvət alırlar.2019-cu ili dekabr ayında Sabrina Mikayılova SAT(Ali məktəbə qəbul üçün verilən imtahan)testlərini yüksək balla verərək, 16 yaşında Amerikanın ən nüfuzlu universitetlərindən olan, Maryland ştatının 1 nömrəli universiteti adlanan “UNİVERSİTY OF MARYLAND”-a qəbul olundu.Sabrina orta məktəb həcmində təhsil aldıqda belə hər zaman GPA pointləri(göstəriciləri) yüksək olduğu üçün ona fərqləndiriçi təltiflər qazandırmışdır. Belə ki, Sabrinanın gənc olmasına baxmayaraq, o, hər il hər rübdə(kvartal) məktəb və müxtəlif təşkilatlar tərəfindən medal, diplom, fəxri fərmanlara layiq görülmüşdür. Bu fəxri fərman və diplomların sayı 20-dən çoxdur, eləcə də o, 7 müxtəlif medalın sahibidir. O, oxuduğu müddətdə məktəbdəki yuxarı sinif dərsləri universitet səviyyəsində olan AP(ADVANCED PLACEMENT)dərslər idi. Hər il Sabrinaya görə valideynlərinin adına yerli hökumətdən onun haqqında razılıq məktubları gəlirdi.Sabrina hər yay fəslində oxumağı ilə paralel Amerikanın FDA təşkilatında kompüter proqramisti də işləmişdir. Zərif qızımızın bu qədər işlərin öhdəsindən gəlməsi bizim üçün yalnız qürurvericidir. Sabrinanın ən böyük arzusu tibb sahəsində təhsil almaqdır. O, kompüter proqramı üzrə isə biliyini daha da mükəmməlləşdirmək istəyir. Kompüter üzrə PHD təhsilini “HARVARD UNİVERSİTY” də bitirmək niyyətindədir. Ümumiyyətlə, Sabrinanın arzuları böyükdür, çoxdur, tükənməzdir. Sabrinanın yaşının az olmasına baxmayaraq, o Azərbaycan Prezidenti cənab İlham Əliyevə və ölkəmizin ilk vitse-prezidenti Mehriban xanım Əliyevaya şəxsən öz adından qazandığı uğurları haqqında məktub göndərmişdir. Məktubda ölkə başçımızın gənclərə diqqət və qayğısını xüsusi olaraq vurğulamış və Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün ölkə rəhbərinə təşəkkür etmişdir.Sabrinanın məktubda qeyd etdiyi kimi ölkəmizin gəncləri xaricdə yaşayıb, təhsil alsalar da Azərbaycanı heç zaman yaddan çıxarmayırlar və hər sahədə daim ölkəmizin adını uca tutmağa çalışırlar.Sabrinanın özündən başqa iki qardaşı da vardır. Qardaşları 15 yaşlı Ruslan və 11 yaşlı Nurlan da öz bacıları kimi uğur qazanmaq arzusundadırlar. Hər iki qardaş Sabrina kimi məktəbi fərqlənmə ilə bitiriərək, universitetə daxil olmaq istəyirlər. Buna görə onlar da səylə təhsillərini davam etdirirlər. Hal-hazırda Ruslan yay testlərini verir və artıq 1 sinif yuxarı keçmək üçün namizəddir.Mikayılovlar ailəsində demək olar ki, hər gün yalnız elm, oxumaq, təhsil almaq, çalışmaq kimi söhbətlər edilir. Bu gənclərimiz yaşıdları ilə yaxşı mənada rəqabəti çox sevirlər. Buna görə daim öz üzərlərində yorulmadan çalışırlar.Biz də öz növbəmizdə həm Sabrinaya və həm də onun qardaşlarına daim müvəffəqiyyətlər qazanmağı arzulayırıq.Gənc olmasına baxmayaraq, Vətənin adını, bayrağını daim uca tutmağa çalışan Sabrina Mikayılovaya hər zaman belə olmağı arzu edirik. Gənclərimizə örnək olan qızımıza, sonda həqiqətən də deyə bilərik: “SABRİNA, SƏNİNLƏ FƏXR ETMƏYƏ DƏYƏR!”.Pərixanım Mikayılqızı,“Elm və Təhsil” qəzetinin baş redaktoru,şair-publisist, AJB-nin üzvü, F.b. Köçərlinintədqiqatçısı, dövlət qulluğunun baş müşaviriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.