Gənc aşıq Fatimə Şahmarlı "Elm və Təhsil", Gənc istedadlar 7 июня 2020 Fatimə Bəhlul qızı Məmmədova - 06.01.2008-ci ildə Bakı şəhərində anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid rayonundan, indiki Gürcüstanın indiki Dmanisi rayonundakı Şahmarlı kəndindəndir. Fatimə Bəhlul qızı hazırda Bakıda fəaliyyət göstərən Qubadlı rayonu E.İ.Mehdiyev adına Qaralar kənd tam orta məktəbinin VI-a sinifinin şagirdidir. Dərslərini yaxşı oxuyan, istedadı ilə fəriqlənən Fatimə, musiqiyə, saza-sözə bağlı şagirddir. Gözəl saz havaları çalıb oxuyur, kiçik şeirlər də yazır. "Sazlı-sözlü Borçalı" məclisinin üzvüdür. Məktəb və bir çox yerlərdə keçirilən tədbirlərdə öz müəllimi ilə iştirak edir. Fatiməyə sazın sirlərini müəllimi Aşıq Fikrət Borçalı öyrədir. Biz də balaca Fatiməyə uğurlar diləyir və aşağıda bir şeirini dəyərli oxucularımıza ərmağan edirik.Sən gözəlsənGözəlliyi canım aldı,Dedim gözəl sən gözəlsən,Təbəssümü oda saldı,Dedim gözəl sən gözəlsən.Yanaqların aldı gözəl,Dodaqların baldı gözəl,Məni dərdə saldı gözəl,Dedim gözəl sən gözəlsən.Fatiməyəm elim deyim,Xoş ləhcəli dilim deyim,Sən də söylə bilim, deyim,Dedim gözəl sən gözəlsən.Rahilə QARALOVA,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.