"Vətənə polis kimi xidmət etmək arzusundayam" "Elm və Təhsil", Gənc istedadlar 7 июня 2020 Ayvazova Türkan Habil qızı 2005-ci ildə fevralın 4-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub. Hazırda Sadaxlı 2 nömrəli tam orta məktəbin IX sinfində oxuyur. Türkan sinfin yaxşı oxuyan və müəllimlərinin sevimlisi olan gülərüzlü, ağıllı və səliqəli şağirdlərindən biridir. Təbiəti və gəzməyi çox sevir. O, gələcəkdə polis olmağı və Vətəninə xidmət etmək arzusundadır. Boş vaxtlarında kitab oxumağı və musiqi dinləməyi çox sevir.Biz də Türkana "Arzun çin olsun!" - deyir və ona uğurlar diləyirik!..Zemfira BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.