Tanınmış jurnalist Subut Mehdiyev Mərkəz sədri seçildi MEDİA 16 апреля 2022 TƏBRİK EDİRİK!Tanınmış jurnalist 2006-cı ildən nəşr olunan “Aydın Fikir” ictimai–siyasi qəzetinin, azia.az saytının təsisçisi və baş redaktoru Subut Mehdiyev "İnsan hüquqlarının müdafiəsi və ekologiyanın qorunması mərkəzi" İB-nin Yasamal rayon Mərkəzinin sədri seçilib.Subut Mehdiyev son dövrlər 44 günlük müharibənin qəhrəmanlarının tanıdılmasında vacib işlər görür.Onun Mərkəzi Elmi Kitabxananın "Qarabağ müharibəsi qəhrəmanları fondu"na daxil olunmuş “Zəfər tarixinin qəhrəmanları” kitabı Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş qəhrəmanlar, Laçın rayonunda yerləşən və erməni vandalizminə məruz qalan tarixi, dini abidələr, ziyarətgahlar, bir sıra toponimlər haqqında məlumatları əhatə edib.Vətəndaşların problemlərinin həllinə hər zaman kömək olan Subut müəllimin bu fəaliyyəti ilə də ölkəmizin inkişafına yeni tövhələr verəcəyinə inanırıq.Biz də sübut müəllimi yeni vəzifəyə seçilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.