Polad QASIMOV: “Kirpi” çıxır, o çıxınca canımız da çıxır”

Polad QASIMOV: “Kirpi” çıxır, o çıxınca canımız da çıxır”
“Tənqid nöqsanları aradan qaldıran ən yaxşı vasitədir. Çox təəssüf ki, indi bəziləri tənqidlə təhqiri qarışdırırlar. Kiminsə şərəf və ləyaqətini təhqir etmək, ünvanına şər-böhtan söyləmək bağışlanılmaz haldır və bu, jurnalistikadan xəbərsizlərin işidir”.

Polad Qasımov 1946-cı ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. “Kommunist”, “Azərbaycan pioneri” və “Abşeron” qəzetlərində çalışıb. Azərbaycan bədii publisistikasının problemlərinə dair dövri mətbuatda çap olunmuş bir neçə elmi məqalələrin, oçerk və felyetonların müəllifidir.

1983-cü ildən “Kirpi” satira-yumor jurnalında çalışır. 1995-ci ildən isə jurnalın baş redaktorudur. Ə. Haqverdiyev adına “Satira ustası”, “İnam” diplomları və “Araz” ali media mükafatları laureatıdır. Əməkdar mədəniyyət işçisidir.

Azərbaycan Jurnalistləri Birliyinin üzvüdür. “Dəvənin quyruğu”, “Narıncı köynək” kitablarının müəllifidir. Dediyinə görə, “Yüz lətifə” kitabı çap mərhələsindədir.

- Polad müəllim, “Kirpi” ilə tanışlığınız nə vaxtdan başlayıb?

- Mən Gədəbəy rayonunun Böyük Qaramurad kəndində boya-başa çatmışam. Dəqiq yadımda deyil, dördüncü, yoxsa beşinci sinifdə oxuyarkən atam (o, kəndimizdəki ibtidai məktəbin direktoru idi) rayon mərkəzindən rəngli, o zamanın təbirincə desək, “eybəcər” şəkilli bir jurnal gətirdi. Sözün düzü, o vaxt heç jurnal anlayışım belə yox idi. Hətta onu kitab bildim. Amma elə həvəslə oxudum ki... Mən deyərdim ki, elə o tanışlıqdan sonra məndə yumora qarşı maraq birə-beş artdı. Buna marağımı görən atam hər ay həmin jurnaldan alardı. Yeri gəlmişkən, onu da deyim ki, “Kirpi”ni ilk dəfə kəndimizə gətirən də elə atam olub.

- Söhbət yəqin ötən əsrin 50-ci illərindən gedir?

- Elədir. Yeri gəlmişkən, “Molla Nəsrəddin” jurnalı bağlanandan sonra bizim mətbuatda karikatur sahəsində bir boşluq yaranmışdı. Bu boşluğu doldurmaq üçün 1952-ci ildə Mərkəzi Komitə “Kirpi” adlı satirik jurnal təsis edir. Azərbaycan mətbuatında çox sanballı yazıların müəllifi olan Əvəz Sadıq da jurnala baş redaktor təyin olunur.

- Bəs sizin ilk satirik əsəriniz hansı olub?

- 1962-ci ildə rayonumuzdakı “Sosializm qələbəsi” (indiki “Qızıl Gədəbəy”) qəzetində ilk hekayəm- “Çit davası” nəşr olunub. Azərbaycan Dövlət Univerisitetinin Jurnalistika fakültəsində təhsil alarkən isə “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Sovet kəndi” qəzetlərində və jurnallarda bir sıra tənqidi yazılarım çap olunub.

- Sizcə, tənqid nədir?

- Tənqid sağlam, obyektiv olmalıdır. Tənqid insanları ruhdan salmamalıdır. Tənqid bir həkim kimi cəmiyyəti müalicə etməli, onun yaralarını sağaltmağa çalışmalıdır. Tənqid dərmandır. Bir yaranı sağaltmaq üçün məlhəmdir. Əgər bu “məlhəm” yaranı sağaltmayacaqsa, onu yazmağın nə mənası var? Bir sözlə, tənqid nöqsanları aradan qaldıran ən yaxşı vasitədir. Çox təəssüf ki, indi bəziləri tənqidlə təhqiri qarışdırırlar. Kiminsə şərəf və ləyaqətini təhqir etmək, ünvanına şər-böhtan söyləmək bağışlanılmaz haldır və bu, jurnalistikadan xəbərsizlərin işidir. Düzə-doğruya isə zaval yoxdur. Buna görə də gərək elə yazasan ki, peşmançılığını çəkib, məhkəmələr qarşısında boyun bükməyəsən. Onu da deyim ki, tənqidi yazı hazırlamaq olduqca çətin və məsuliyyətlidir.

- Niyə rəssam yox, məhz yazar oldunuz?

- Sözün düzü, o zaman məndə şəkil çəkməyə daha çox həvəs oyanmışdı. Amma onu necə ərsəyə gətirməyin yollarını bilmirdim. O zaman Əzim Əzimzadə adına Rəssamlıq Məktəbindən xəbərsiz idim. Adi bir kənd uşağı idim. Ona görə də yazmağa meyil saldım. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olundum.



“Qəzetdə çalışmaq çətindir”

- Bəs “Kirpi”də ilk əməkdaşlığınız nə vaxtdan başladı?

- Bakı Ali Partiya Məktəbini bitirəndən sonra məni Abşeron Rayon Partiya Komitəsinə şöbə müdiri göndərmək istədilər. Lakin etiraz etdim. Odur ki, Mərkəzi Komitənin sərəncamında qalmalı oldum. Bir aydan sonra (1983-cü ildə) isə məni təyinatla “Kirpi”yə göndərdilər. Elə o vaxtdan bu jurnalda da dərc olunmağa başladım. Bir müddət jurnalın məsul katibi, baş redaktorun müavini vəzifələrində çalışdım. 1995-ci ilin oktyabrında isə jurnalın baş redaktoru təyin edildim və bu günə kimi bu vəzifəni yerinə yetirirəm. Onu da deyim ki, mən “Kirpi”də işə başlayanda onun baş redaktoru Şamil Fərzəliyev idi.

- Sizə elə gəlmirmi “Kirpi”yə qovuşmaqda müəyyən vaxt itirmisiniz?

- Unutmayın ki, o zaman belə işlər təyinatla həll olunurdu.

- “Kirpi”dəki hansısa yazınıza görə başınız ağrıyıb?

- “Kirpi” jurnalı 62 il ərzində cəmi 3 dəfə məhkəməyə verilib, biri sovet vaxtı, ikisi də müstəqillik dövründə. Ancaq hər 3 məhkəmədə bizim xeyrimizə qərar çıxarılıb. Həmin məhkəmələrdən biri mənim bu jurnala rəhbərlik etdiyim dövrə düşüb. Həmin tənqidi məqalə də sovetlər birliyi dağılana yaxın öz postlarını qoyub qaçan məmurlara həsr olunmuşdu.

- Siz “Sovet kəndi”, “Kommunist”, “Azərbaycan gəncləri”, “Abşeron”, “Azərbaycan pioneri” qəzetlərində də çalışmısınız. Ümumiyyətlə, qəzetdə fəaliyyət göstərmək çətindir, yoxsa jurnalda?

- Bəri başdan deyim ki, o zaman qəzetdə işləmək ömrü, günü çürütməyə bərabər idi. Əgər belə olmasaydı, Famil Mehdi, Şamil Qurbanov, Nəriman Zeynalov kimi yazarlarımız qəzetlərdə çalışardılar. Yeri gəlmişkən, sovet dönəmində qəzetlərdə iki növbətçi, iki korrektor, bir ümumi nəzarətçi, üstəlik, baş redaktor qəzet çıxanadək iş başında olardılar. İş də bəzən səhər saat altıyadək davam edərdi. Nə var, nə var, TASS, AzərTAc dövlət başçısının hansısa ölkəyə getməsi barədə məlumat verəcək, qəzetlər də onu yayınlayacaqlar. Amma indi qəzetlər işlərini elə təkmilləşdiriblər ki... Bütün bunlara baxmayaraq, mən bu fikirdəyəm ki, jurnalla müqayisədə qəzetdə çalışmaq çətindir. Yəni gündəlik qəzet çıxarmaq hara, aylıq jurnal çıxarmaq hara? Çünki bu və ya digər materialı 15-20 gün öncə yoxlamaq imkanın var. Digər tərəfdən, gündəlik qəzet 50 vərəq material tələb edirsə, aylıq jurnal 10 vərəq tələb edir. Jurnalda bir qədər rahatlıq var. Amma mən bu fikri “Kirpi” kimi satirik jurnala şamil etmək istəməzdim. Çünki tənqidi materiallar dərc edən jurnal can rahatlığı deyil.



“Hərəsinin də əlində bir vəsiqə”

- Son vaxtlar “Kirpi”nin kəsərdən düşdüyünü deyirlər...

- Mənim fikrimcə, “Kirpi” əvvəlki mövqeyindədir. Lakin burada bir neçə nüansa diqqət yetirmək lazımdır. Belə ki, “Kirpi” bir zaman ölkəmizdə nəşr olunan yeganə satirik mətbuat orqanı idi. Bu jurnalda dərc olunan hər hansı tənqid ildırım sürəti ilə hər yerə yayılırdı. Dərc olunan yazılar böyük rezonans doğururdu. O zamanın partiya bürolarında həmin yazılara reaksiya verilirdi və müvafiq tədbirlər görülürdü. Amma indi... Bir də, baxın görün indi ölkəmizdə neçə “satirik jurnal” var və onlar nədən yazırlar? Onu da deyim ki, onların heç biri mütəmadi çıxmır. Xalqa xidmət edən bir jurnalın baş redaktoru kimi deyirəm ki, vaxtilə 40-a yaxın işçisi olan jurnal hazırda 5-6 nəfərlə fəaliyyət göstərir. Amma həmin o dırnaqarası satirik jurnalların hərəsinin ətrafında onlarla işçi dolanır. Hərəsinin də əlində bir vəsiqə. Onlar hər gün müxtəlif obyektlərə yollanırlar. Yazı yazmaq məqsədi ilə yox... Müəssisə rəhbərlərini şantaj edərək, pul qoparmaq üçün. Bu dilənçilik həqiqətdir.

- Yəqin buna görə sizə də zənglər olur?

- Hə, o qədər... Məsələn, mənə zəng edib deyirlər ki, Polad müəllim, sizdə bu adda işçi varmı? Deyirəm, xeyr. O dediyin işçi “Kirpinin iynəsi” qəzetinin əməkdaşıdır. Digəri zəng edib soruşur. Deyirəm, o, “Müasir kirpilər”, yaxud “Kirpilər diyarı”ndandır və sairə. Yəni demək istəyirəm ki, bu da satirik qəzet-jurnalların adlarındakı “kirpi” sözündən qaynaqlanır. Mən indi sual verirəm. Əgər satiriksənsə, niyə bir satirik ad tapmırsan, kirpini yamayırsan bura? Bir satirik ad tap da. Tapa bilmirsən, gəl mənim yanıma. Elə ad verim ki, özünün də xoşu gəlsin. “Kirpinin iynəsi” nədir? Balam, kirpinin tikanı olar da. Yaxud “Müasir kirpi”. Heç kirpinin də müasiri olar, kirpi kirpidir də... Bu bizim “Kirpi”nin adından alver üçün yaranan adlardır. İnanın mənə, otağımda otura bilmirəm. Nə qədər zəng olar? Onu da deyim ki, onların bizə o qədər də maneçiliyi yoxdur. Jurnalımız çıxır. Özü də öz kəsəri ilə... Nə qədər buradayam, bu istiqaməti, bu kursu davam etdirəcəyəm. Bir də Sabir yaxşı deyib: “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağ yağ üstə çıxır ayranı ayranlıq olur”. Bəli, onlar həqiqətən ayranlıqdır. Mənim onlara yazığım gəlir. Sözün düzü, son vaxtlar zənglər səngiyib. Çünki indi kimin kim olduğunu başa düşməyə başlayıblar. Mən özüm də bu barədə lazımi təşkilatlara məlumat vermişəm. İnşallah, güman edirəm ki, onlar bir orqan kimi sıradan çıxacaqlar.



“Belə şey yaraşarmı mənə?!”

- Bəs indi “Kirpi”nin tirajı nə qədərdir?

- Sovet dönəmində “Kirpi” 120-150 min tirajla çap olunardı. İndi isə 3000 tirajla çap olunur: 1800 abunəçimiz var, 1200 də satışa verilir. Özü də ayda bir dəfə... Amma etiraf edim ki, “Kirpi” çox çətinliklə işıq üzü görür. Bəzən məndən soruşurlar ki, “Kirpi” çıxırmı? Mən də yarızarafat, yarıgerçək deyirəm ki, “Kirpi” çıxır, o çıxınca canımız da çıxır. Baxın, bir nüsxənin qiyməti 40 qəpikdir. Bizə isə 55 qəpiyə başa gəlir. Hər birindən 15 qəpik itirirəm. Niyə itirirəm? Ona görə ki, mən belə düşünürəm: bir alıcı kioskdan iki qəzet almağı nəzərdə tutur. Onun da 80 qəpiyi var. Baxır ki “Kirpi” də var. Özü də bir qəzet qiymətinə. Odur ki, o, “Kirpi” də alır. “Kirpi”nin qiyməti 55 qəpiyə olsa almayacaq. Amma görəndə ki, qəzet qiymətinədir alır. Onu da deyim ki, elə bu kimi tədbirlərimizə görə bizdə “vozvrat” yoxdur.

- Nə əcəb xeyriyyəçilər sizə əl uzatmırlar?

- 52 ildir Azərbaycan mətbuatındayam. Tanıdığım xeyriyyəçilər, iş adamları var. Onlar hərdən kömək edirlər. Lakin mən heç kimi çağırıb demirəm ki, səndən material var, bağ belə, bostan elə. Onda halallıq olmaz. 52 illik fəaliyyətim dövründə bunu etməmişəm. O ki qaldı sponsorluğa... Bizə sponsorluq etmək istəyənlər olub. Lakin onların tələbi bu jurnalın mövqeyinə uyğun gəlmir. Onlar tamam başqa şey tələb edirlər. Deyirlər, əgər bu jurnala sponsorluq ediriksə, iki-üç material hazır gələcək. Axı mən bilmirəm o material nədir. Sabah mən məhkəmə qarşısında dayanmalıyam? Deyirlər, sənlik deyil. Biz hər şeyi özümüz həll edəcəyik. Demişəm, yox, mən olan yerdə siz yoxsunuz. Materialı araşdırmalıyam. Sabah sponsor qalacaq kənarda, jurnalı məhkəməyə verəcəklər, məhkəməyə mən getməli olacağam. Ona görə də onlarla sözümüz, mövqeyimiz üst-üstə düşmür. Deyirəm, hansı sahəni istəyirsiniz, biz o sahəni “vuraq”. Amma bir şərtlə, əvvəlcə, araşdıraq, görək orada həqiqət necədi. Yoxsa, kiminsə mənafeyi naminə, bu jurnalı yaşatmaq naminə götürüm Allahsızlıq edim?! Belə şey yaraşarmı mənə?!



“Kirpi”ni yaşadıram”


- Polad müəllim, sizə elə gəlmirmi, son illər bizdə satira janrı axsayır...


- Axsayır yox, mən deyərdim ki, satira janrı, demək olar ki, məhv olmaqdadır. İndi hansı satirik yazıçımız var? Halbuki bir zamanlar elə satirik yazarlar var idi ki... Digər tərəfdən, o zamanlar bu jurnalda Süleyman Rəhimovun, Əli Vəliyevin, Mir Cəlalın, Əbülhəsənin, Sabit Rəhmanın əsərləri də nəşr olunardı... Amma indi...

- Sizcə, bu nədən irəli gəlir?

- Bu gün satira üçün daha münbit şərait var. Amma nədənsə yazan yoxdur. Mən hətta bununla bağlı Yazıçılar Birliyinə də müraciət etmişəm.

- “Kirpi”nin sabahını necə görürsünüz?

- Bəli, bu gün öz daxili imkanlarım, dost-tanışlarım sayəsində “Kirpi”ni yaşadıram. Amma sabah bu jurnala qələmi daşdan keçən adam rəhbərlik edə bilər. Amma onun imkanları olmasa, çox çətin olacaq. Odur ki, deyirəm: “Kirpi”nin sabahı dövlətin qayğısı ilə bağlıdır.

- Və son sualım: Polad müəllim, mətbuatımızın bu gününü necə dəyərləndirir?

- Bu gün mətbuatımız inkişafdadır. Hətta mən deyərdim ki, bir çox parametrlərinə görə o, bizimlə qonşu dövlətlərin mətbuatından çox irəlidədir.


QVAMI MƏHƏBBƏTOĞLU,

Zaman-Azərbaycan,
11 Oktyabr, 2014.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dağlara söykənən şair - AĞASƏFA

Dağlara söykənən şair - AĞASƏFA

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
“Molla Nəsrəddin”i sevək və sevdirək

“Molla Nəsrəddin”i sevək və sevdirək

Köşə yazılar
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
10 yaşlı

10 yaşlı "UĞUR"a uğurlar arzulayırıq!..

Tv, Qarayazı
AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

"Zirvə"
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

Humanitar elmlər
ŞƏRƏFLİ HƏYAT YOLU

ŞƏRƏFLİ HƏYAT YOLU

"SALDO"
Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib

Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib

Sumqayıt
BÖYÜK ƏDİBİN RƏSSAM DOSTLARI

BÖYÜK ƏDİBİN RƏSSAM DOSTLARI

Tiflis, Tarix
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Poeziya, Borçalı, "Borçalı" Cəmiyyəti
Sadiq GÖZƏLOV:

Sadiq GÖZƏLOV: "Hüquq və filologiya fakültələri qaldı bir kənarda, jurnali ...

Hüquq
Bakının sabiq baş memarı ÖMƏR QOÇULU: “Azərbaycanda 50 tanınmış binanın lay ...

Bakının sabiq baş memarı ÖMƏR QOÇULU: “Azərbaycanda 50 tanınmış binanın lay ...

Bakı, Bolus, Tarix
Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Elm, MEDİA, Tiflis
Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə ...

Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə ...

MEDİA, Müşfiq Borçalı
Bəxtiyar Vahabzadənin Daxili İşlər nazirinə şok məktubu üzə çıxdı – “...Gör ...

Bəxtiyar Vahabzadənin Daxili İşlər nazirinə şok məktubu üzə çıxdı – “...Gör ...

Azərbaycan, Əsas xəbər
“Azərbaycan” qəzetinin  yenidən fəaliyyətə başlamasının  25 illik Yubiley t ...

“Azərbaycan” qəzetinin yenidən fəaliyyətə başlamasının 25 illik Yubiley t ...

MEDİA, "Şərqin səsi", Müşfiq Borçalı, Köşə yazılar
Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Borçalı, Poeziya
Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Mədəniyyət
80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı
Rəy yazın: