Tiflisdə “Sxivi – Şəfəq” adlı dərginin ilk sayı işıqüzü görüb MEDİA, Ədəbi əlaqələr, Tiflis 23 июля 2018 TƏBRİK EDİRİK!Artıq bildiyiniz kimi, qədim Qarayazı mahalında yaşayıb-yaradan dəyərli soydaşımız, istedadlı şair və tanınmış yazıçı-tərcüməçi Allahverdi Təkləlinin rəhbərliyi ilə ötən ilin oktyabr ayındanGürcüstan Yazıçılar Birliyinin (GYB) nəzdində Azərbaycan bölməsi fəaliyyət göstərir. Elə həmin vaxtdan da tanınmış ucqar şairimiz İbrahimxəlilin baş redaktorluğu ilə həmin bölmənin orqanı - “Körük” adlı ədəbiyyat və sənət dərgisi fəaliyyətə başlayıb və bu ilin mart ayında dərginin ilk sayı, iyul ayında ikinci sayı işıq üzü görüb.Bu günlərdə isə Gürcüstan Yazıçılar Birliyi (GYB) və GYB-nin Azərbaycan bölməsinin müştərək orqanı olan “Sxivi – Şəfəq” adlı rüblük toplunun ilk sayı oxucuların ixtiyarına verilib.Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsindən Əziz Dəlivəlli ZiM.Az-a bildirib ki,“Sxivi – Şəfəq” adlı rüblük toplunun ilk sayında “Gürcü klassiklərini tanıyaq” rubrikası ilə gürcü ədəbiyyatının ən önəmli adlarından biri olan Vaja Pşavelanın (Luka Berikaşvili) “Zığ-zığ quşlarının toyu” və “Cüyür balasının söylədikləri” adlı hekayələrlə açılır. Hekayələri gürcü dilindən Əziz Dəlivəlli çevirib.Allahverdi Təkləlilin tərcüməsində Qalaktion Tabidze, Besik Xaranauli, Bağater Arabuli, Georgi Lobjanidzenin şeirləri, Allahverdi Təkləli və Qaraqaşoğlunun tərcümələrində Revaz Mişveladze, Cabua Amirecibi, Qoderzi Çoxeli, Zaal Botkoveli, Aka Mo0rçiladze, Mağvala Qonaşvili, İrakli Cavaxadze, Marine Soskolaurinin hekayələri, Qaraqaşoğlunun “Tbilisinin canlı daş adamları” sərlövhəsi altında bu şəhərdə qoyulan heykəllər haqqında yazısı, Əziz Dəlivəllinin “Şöhrəti ayağına gətirən gənc rəssam adlı yazısı, Ehtiram Əmirxanlının gürcü ədəbi mühitinə aid “XVII-XIX əsrlər” məqaləsi və s. dərc olunub.Dərginin gürcü dilli hissəsində, əsasən Qaraqaşoğlu, Zezva Medulaşvili, Bağater Arabulinin tərcümələrində İmadəddin Nəsimi, Anar, Vaqif Cəbrailzadə, Afaq Məsud, Allahverdi Təkləli, Saday Budaqlı, Etimad Başkeçid, Salam Sarvan, Yaşar, Qismət Rüstəmovun şeir və hekayələri, həmçinin Allahverdi Təkləlinin dərziçiliklə məşğul olan rəssam qadın Qeysər Kaşıyeva və Murat Köhnəkayanın cazmen Vaqif Mustafazadəyə həsr etdiyi yazılar dərc edilibdir.Xatırladaq ki, toplunun baş redaktoru Qaraqaşoğlu, redatorları Bağater Arabuli, Allahverdi Təkləli, məsul katib isə Əziz Dəlivəllidir.Biz də ilk sayı ilə oxucuların görüşünə gələn “Sxivi – Şəfəq” dərgisinin yaradıcı heyətini ürəkdən təbrik edir, "Qədəmlərin mübarək!" söyləyir, onlara və dərginin bütün dəyərli oxucularına yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.