MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib MEDİA 14 октября 2017 Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş illik toplantısında iştirak edib.MŞ sədri rəhbərlik etdiyi qurumun ötən bir ildəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib. Şuranın əsas iş istiqamətləri barədə məlumat verən Ə.Amaşov bildirib ki, rəhbəri olduğu qurum qərar və rəylərinin çıxarılmasında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müvafiq prinsip və bəndlərinə söykənir. Bu qaydalarda 4 prinsip əsas götürülür.Deputat elektron medianın fəaliyyətindən narazıların çoxalmasını xarakterik hal kimi önə çəkib. MŞ-nin mövcud xüsusdakı fəaliyyətinin spesifik məqamlarını qabardıb. O, Şuraya ünvanlanmış şikayətlərdəki bir sıra motivlərdən söz açıb. Qurumun fəaliyyətinə ictimai maraqların qorunmasına töhfə baxımdan aydınlıq gətirən Ə.Amaşov beynəlxalq təcrübədə rast gəlinməkdə olan konkret cəhətlərin oxşar və müqayisəli təhlilini də verib.Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında həmçinin Avropada, eləcə də dünyada söz və ifadə azadlığı ilə bağlı tendensiyalar, Mətbuat Şurası institutlarının bu müstəvidə daşıdıqları missiya, internet media ilə əlaqədar tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Şuranın İdarə Heyətinin üzvü Yadigar Məmmədli çıxışında sosial şəbəkələrdə etik normaların pozulma ilə bağlı ayrı-ayrı məqamlardan söz açıb. Bu mövzudakı müzakirələrdə sosial şəbəkələrdə saxta profillərin şəxsi həyatın toxunulmazlığı prinsipinə təsiri məsələlərinə geniş yer verilib.Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının illik toplantısı oktyabrın 11-dən 13-dək keçirilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.