Fransalı jurnalistlər Mətbuat Şurasında olublar MEDİA 28 июля 2017 Bu gün fransız jurnalisti və yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardon və köməkçisi Sommer Nikolas Azərbaycan Mətbuat Şurasında olub.ZiM.Az xəbər verir ki, qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Şura yalnız Azərbaycanda deyil, ümumən postsovet məkanında medianın ilk özünütənzimləmə qurumudur. Onun başlıca missiyası kütləvi informasiya vasitələri ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir.Qonaqları ölkəmizdə medianın hazırkı durumu ilə bağlı ətraflı məlumatlandıran Ə.Amaşov habelə söz və ifadə azadlığı məsələləri ətrafında müqayisələr aparıb.Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə MŞ sədri Azərbaycanda media fəaliyyətinə, eləcə də Mətbuat Şurasının iş prinsiplərinə dair sualları da cavablandırıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.