Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədirGürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədirGürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədirGürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir Gürcüstanda səfərdə olan Millət vəkili, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Laqodexi rayonunda olub.

O, rayon bələdiyyəsinin sədri Kaxa Camburiya, yerli rayon sovetinin deputatı Quram Maçaraşvili ilə görüşüb.

Görüşdə Azərbaycanın və Gürcüstanın parlamentləri arasındakı dostluq münasibətləri, hər iki ölkənin bölgələri arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonra Ə.Amaşov Gürcüstanın müstəqillik günü ilə əlaqədar təşkil olunmuş bayram tədbirinə qatılıb, təbriklərini çatdırıb, xalqlarımız arasındakı dostluq münasibətlərindən danışıb.

Daha sonra Milli Məclisin deputatı Laqodexi rayonunun Qabal kəndinin sakinləri ilə görüşüb.
Əflatun Amaşov deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan azərbaycanlılara daim diqqət və qayğı göstərir, onların problemlərinin həlli ilə bağlı müəyyən tədbirlər görülür.

Deputat Tbilisidə böyük ədib Cəlil Məmmədquluzadənin Ev muzeyinin və Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının təmiri ilə bağlı müəyyən işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, bu gün Gürcüstanda yüz minlərlə azərbaycanlı yaşayır. Məqsəd onların problemlərini öyrənmək və həllinə nail olmaqdır.
Məlumat verilib ki, Qabal kəndinə bitişik olan Qaracalar, Gəncəli və Uzuntala kəndlərində ümumilikdə 15 min əhali yaşayır.
Dörd kəndin bir bələdiyyəsi və bir icra nümayəndəsi var. Kəndlərdə 5 məktəb olsa da, şagirdlərin dərslik problemləri var. Gənclər elmə, idmana, musiqiyə həvəslidirlər. Bir neçə gənc respublika və beynəlxalq yarışlarda qalib olub. Lakin bu kəndlərdə Mədəniyyət Evi, uşaq bağçası, idman zalları yoxdur.
Kənd əhalisinin 3 minə yaxını Qazaxıstanda, 1500-dən çoxu isə Rusiyada yaşayır və işləyir.

Kənd sakinləri bu və digər problemlərdən danışıb, onların həlli ilə bağlı Azərbaycan hökumətindən yardım istəyiblər.

Əflatun Amaşov problemlərin imkan daxilində həllinə çalışacağını bildirib.

Kənd icra nümayəndəsi Namaz Allahverdiyev göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov iştirak edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

MEDİA, Tiflis
Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Milli Məclis, MEDİA, Gürcüstan, Borçalı
Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

MEDİA, Gürcüstan
Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

MEDİA, Gürcüstan
Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

---
Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

MEDİA
Deputat Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib

Deputat Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib

MEDİA, Borçalı
Əflatun Amaşov Gürcüstana səfər edib

Əflatun Amaşov Gürcüstana səfər edib

MEDİA, Gürcüstan
Əflatun Amaşov Gürcüstanda səfərdə olub

Əflatun Amaşov Gürcüstanda səfərdə olub

MEDİA, Gürcüstan, Tiflis, Borçalı
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

MEDİA
Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin ana ...

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin ana ...

Qabal
“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır

“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır" - MİLLƏT VƏKİLİ ƏFLATUN AM ...

Milli Məclis, MEDİA
Milli Məclisin deputatı Əflatun Amaşov seçicilərlə görüşdü

Milli Məclisin deputatı Əflatun Amaşov seçicilərlə görüşdü

Milli Məclis, Regionlar, MEDİA
Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Borçalı
Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

MEDİA, Milli Məclis
Deputat Əflatun Amaşov seçiciləri qəbul edib

Deputat Əflatun Amaşov seçiciləri qəbul edib

Milli Məclis, MEDİA
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda rəsmi səfərdə olub,  ...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda rəsmi səfərdə olub, ...

Gürcüstan, Tiflis, Borçalı, Başkeçid, Qarayazı, Diaspora
Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

MEDİA, Turan
Rəy yazın: