Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib

Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib Bu gün - 2017-ci il fevralın 10-da Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəliyi elan edib. Gündəliyə iki məsələ daxil olunub - MŞ-nin 2016-cı ildə gördüyü işlərə dair hesabat və İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına MŞ-dən namizədlərin müəyyənləşdirilməsi.
Gündəlik səsə qoyulub və yekdilliklə qəbul edilib.

Öncə MŞ sədri Əflatun Amaşovun Şuranın 2016-cı ildə gördüyü işlərə dair hesabat məruzəsi dinlənilib.
Sədr bildirib ki, ötən il Şuraya 686 müraciət qeydə alınıb.
Onlardan 322-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Ayırı-ayrı vətəndaşlardan 118, dövlət idarə, müəssisə və təşkilatlarından 91, özəl müəssisələrdən 78, özünüidarəetmə orqanlarından 16, ictimai qurumlardan 19 şikayət daxil olub.
Şura Katibliyi 322 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib.
Bu mərhələdə 184 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub.
Digər 138 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.
2016-cı ildə Şuraya daxil olan şikayətlərin 138-nə komissiyalarda baxılıb.
Bunlardan 90-ı Şikayətlər üzrə Komissiyada, 48-i “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılıb.
Şikayətlər üzrə Komissiyada baxılan 90 məsələdən 42-i komissiya səviyyəsində həllini tapıb.
Digər 48 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 48 şikayətdən 18-i barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
Şuranın İdarə Heyəti 2016-cı ildə ümumilikdə 44 qərar çıxarıb.
Bu zaman Şikayətlər üzrə Komissiyanın 48 rəyindən 40-ı (8 rəy təkrar baxılmaq üçün Katibliyə qayratılıb), “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 18 təqdimatından 8-i əsas götürülüb.
2016-cı ildə şikayətlərin 51,9 faizi internet saytların fəaliyyəti ilə bağlıdır.
Bu baxımdan ikinci yer 29,3 faizlə qəzetlərə məxsusdur. Şikayətlərin 14,8 faizində informasiya agentliklərinin, 4 faizində jurnalların fəaliyyətindən narazılıq ifadə edilib.
2016-cı ildə Mətbuat Şurasının “qara siyahı”sına ümumilikdə 10 KİV-in adı daxil edilib.
MŞ dövlət sənədlərindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar 7 tədbir, jurnalistika və ictimai fikir tariximizlə bağlı 6 kitab təqdimatı, KİV-lərin və jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yubileyləri ilə bağlı 9 toplantı keçirib.
8 ahıl jurnalist evində ziyarət olunub.
Şurada 10 xarici qonaq qəbul edilib.
İdarə Heyətinin üzvlərinin xarici səfərlərinin sayı 6, MŞ-nin bəyanatlarının sayı 4-dür.
Bundan başqa Şura 3 küçə aksiyasında monitorinq aparıb, ayrı-ayrı dövlət qurumları ilə birgə 5 müsabiqə təşkil edib ki, həmin müsabiqələrdə 45 jurnalist mükafatlandırlıb. Müxtəlif tematik toplantıların sayı isə 10-dur.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

İclasın gündəliyində duran ikinci məsələ ilə bağlı məlumat verən Ə.Amaşov bildirib ki, Mətbuat Şurası da İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına namizədlərini irəli sürmək hüququna malikdir.
Azərbaycan Respublikasının Milli Məclisinin 15 mart 2005-ci il və 18 mart 2011-ci il tarixli qərarları ilə Şuranın namizədi olan Bakı Dövlət Universitetinin dekanı Cahangir Məmmədli Yayım Şurasında təmsil olunub. Onun səlahiyyət müddəti 18 mart 2017-ci il tarixdə başa çatır.
Müzakirələrdən sonra İdarə Heyətinin üzvləri - Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət və Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli İctimai Yayım Şurasının üzvlüyünə namizəd kimi təsdiqləniblər.
Bununla bağlı yekun qərar Milli Məclis tərəfindən veriləcək.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib; Rəşad Məcid Mətbuat Ş ...

Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib; Rəşad Məcid Mətbuat Ş ...

MEDİA, Təbriklər
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edi ...

MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edi ...

MEDİA
AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şi ...

AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şi ...

Humanitar elmlər, Tv
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MEDİA, Tiflis

"Borçalı" İctimai Cəmiyyətinin İdarə Heyətinin yeni tərkibdə ilk toplantı ...

"Borçalı" Cəmiyyəti
ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

MEDİA, "Şərqin səsi"
Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

MEDİA
AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

Elm, "Zirvə"
Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

MEDİA
AzTU Elmi Şurasının növbəti iclası keçirilib

AzTU Elmi Şurasının növbəti iclası keçirilib

AzTU
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti növbəti hesabat-seçki konfransını k ...

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti növbəti hesabat-seçki konfransını k ...

QHT
AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU
Milli Məclisin deputatı Əflatun Amaşov seçicilərlə görüşdü

Milli Məclisin deputatı Əflatun Amaşov seçicilərlə görüşdü

Milli Məclis, Regionlar, MEDİA
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

MEDİA
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

BSU
Mətbuat Şurasının sədri: Jurnalistika fakültələrinə qəbulda qabiliyyət test ...

Mətbuat Şurasının sədri: Jurnalistika fakültələrinə qəbulda qabiliyyət test ...

Milli Məclis, MEDİA
AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

İctimai elmlər
Əlipənah Bayramovun 70 illik yubileyi və “Həyatım – mühitim” adlı kitabının ...

Əlipənah Bayramovun 70 illik yubileyi və “Həyatım – mühitim” adlı kitabının ...

MEDİA
Rəy yazın: