"Yeni Yurd" fiziki məhdudiyyətli insanları unutmadı MEDİA 7 июня 2016 Zim.az xəbər verir ki, 2016-cı il iyunun 6-da "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyi Ramazan bayramı ərəfəsində öz ən-ənəsinə sadiq qalaraq fiziki qüsurlu insanları bayram sovqatı və musiqili gecə təşkil etməklə sevindirdi.Belə ki, təşkilatın üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud olan gənclərin görüşünə gəliblər."Yeni Yurd" təşkilatının sədri Mahirə xanım Əsədova sağlamlıq imkanları məhdud olan gəncləri salamlayaraq onları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib.Mahirə xanım Zim.Az-a bildirib ki, dövlətimiz hər zaman belə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların problemlərin həlli istiqamətində önəmli işlər həyata keçirilir. "Yeni Yurd" təşkilatı da öz növbəsində hər il fiziki qüsurlu insanların görüşünə gələrək onlara xoş anlar yaşadır deyə, təşkilat sədri bildirib.Gənclərlə görüşdə bayram konserti təşkil olunub."Badu-Kubə" ilahi nəğmələr qrupunun ifasında mahnılar səsləndirilib.Daha sonra xatirə şəkli çəkdirilib.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.