Akif Xansultanlı: MƏNİM SAYDIĞIM ÖMÜR... "Qarapapaqlar", Poeziya, Borçalı, Təbriklər, Müşfiq Borçalı 7 ноября 2016 Bu gün ağır elli, qədim və ulu Borçalı mahalında yaşayıb-yaradan dəyərli ziyalımız, istedadlı qələm dostumuz, tanınmış şair-jurnalist,"QARAPAPAQLAR" dərgisinin Baş redaktoru Akif Xansultanlının doğum günüdür!..O, 1974-cü il noyabrın 7-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub. 1991-ci ildə 1 saylı Sadaxlı kənd orta məktəbini, 1997-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Sonradan təhsilini AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında davam etdirib. Elmi məqalə və şeirləri ilə mətbuatda vaxtaşırı çıxış edir. “Borçalı dastanı” adlı kitabı nəşr olunub. “Qarapapaqlar” dərgisinin redaktorudur.Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından əziz dostumuz-qardaşımız Akif Xansultanlını ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də yaradıcılıq işlərində və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulamaqla yanaşı, aşağıda Akif Xansultanlının bir neçə şeirini oxucularımıza ərmağan edirik.Müşfiq BORÇALI.Sevgimi Tanrıdan gizlədə bilsəmMəni anlayarmı, başa düşərmi,Heç nədən ağlayıb boşa düşərmi?Bir qəlbə göz yaşı qoşa düşərmi,Birini saxlayıb, birini silsəm?Qınağa çəkirsən, belədir yəni?Niyə gec tanıdım, niyə gec səni?!Yalvarıb demirəm bağışla məni-Sözüm tikanlısa, mən acı dilsəm.Ayrılıq ah çəkib saçını yolsun,Bəndə gözlərində boşalıb dolsun,Suçumu yuyacaq Allahım olsun,Mənə fərq eləməz məscidim, kilsəm.Qızılgül olmusan, mən dərəcəyəm,Ruhumu yolundan döndərəcəyəm,Bu eşqi tək sənə göndərəcəyəm,Sevgimi Tanrıdan gizlədə bilsəm.VƏTƏN OLASANHeç baxmıyasan ağılaQanın mübarek dağılaDönəsən ŞƏHİD nağılaBir ovuc VƏTƏN olasan!!!Göy üzünə qərənfil taxQan renginde ferqinə baxRuhuna sıgal çəkə HaqqOxşaya üzüyolasan...Pafoslu her ifadeyeMürəkkəbə ya sadəyəVətən sağlığı badəyəSüzülüb qan tək dolasan!İntiharSərxoşmu, dəlimi intihar edən?Qınamaq haqqını kim verib sənə. Mən üsyan etmirəm, eşit Allahım,Bu gecə bir ölüm bağışla mənə.Çiynimdə oturan elçi mələklər,And içmək gərəkmi böyük Qurana?Mən dərddən, ələmdən qaçmıram, Allah,Səni görmək üçün qıyıram cana.Ömrü yaşayıram səbirdən uzaq,Qoy elə alnımda qalsın yüz ilim.İlahi sevginin çıxıb yoluna,Ölüm ki-səninlə görüşə bilim.Nə cənnət qorxudur, nə də cəhənnəm,Onsuz da birinə girəcəm orda.Məhşər ayağına çəkilsəm də mən,Son dəfə Allahı görəcəm orda.Hər gecə ümidlə bel bağlayıram,Başımın üstəki dua çətrinə.Ağ yolu görəndə hey ağlayıram,Ölümü sevirəm sənin xətrinə.Yüz götürmüşəmEy ölüm sevincin kədər olacaq,Bilirəm zəhmətin hədər olacaq,Peşiman, tələsən qədər olacaq,Mən ömrü Allahdan yüz görmüşəm.Hər sözü deməyib ayaq saxlayan,Ümidi özünə dayaq saxlayan,Yuxulu gecəmi oyaq saxlayan,Seçib duaları düz götürmüşəm.Ömür bir bağçadı, saralıb, solub,Barı başdan aşıb, boşalıb, dolub.Nə seçmək, düşünmək imkanım olub,Baxmayıb qisməti tez götürmüşəm.Bir məna gördünmü çat qaşlarımdan?Əlimi üzmüşəm sirdaşlarımdan.Gecəni səhərə göz yaşlarımdan,Yaramın üstünə duz götürmüşəm.Kitabı oxuyub dərk eyləmişəm,İmanı poladdan bərk eyləmişəm,Dərvişəm, dünyanı tərk eyləmişəm,Tövbəni Qurandan söz götürmüşəm.Dünyanın xəbərsiz köçhaköçündə,Ruhumu boğmuram tamah içində.Bilirəm öləcəm, bunun üçün də,Haqqın görüşünə üz götürmüşəm.Qəribə istəkBax, bu gün fərəhlə deyə bilərik,Hələ ömrümüzün azı gedibdir.Nə sənin ömrünə soyuq qış gəlib,Nə mənim ömrümün yazı gedibdir.Mən gələn ömürdən xəbər tutmadım,Dedim ki, alnımda yazım inciyər.Həyatda çoxların düşsəm dalınca,Qismətim olacaq azım inciyər.Qəribə taledir, qəribə istək-Ömür də kirayə, ev də kirayə.Birinin möhləti Tanrı əlində,Birinin möhləti çəkir bir ayə.Üzüm danlamaqdan dan əppəyidir,Haqqa gedən ömür üçün yükənmiş.Doğmaların boynu mənə tablamaz,Gücü olan öz yükünü çəkərmiş.Hər dürlü xəyallar, dalğın fikirlər,Ruhumu yandırıb, canımdan keçib. Həyatın sevinci, kədəri bəlli,Ömür də yolunu beşikdən seçib.Deyirlər, bəxtinə qarğamaz insan,Allahı çağırıb hey zikr eylər.Bu fani dünyadan dərsin alanlar,Duası dilində min şükr eylər.Bir qul xətasından gəlib dünyaya,Neyləsin, bəxtindən uzaq yaşayır.Boyu da böyümür, arzuları da,Adam var ömrünü uşaq yaşayır.MƏN ÖLÜMÜN SEVGİ BARIBu taleyin bağrı üstə,Boy atıram göy biçimdə.Pər-budağın, şax qamətinNələr axır gör içində?Saçaq-saçaq ağ damardaQara qanam, qara suyam.Onun adı sirri-ölüm,Neynəyim ki, mən də buyam.Qoy sirrimi açım dostum,İçimdə bir dərd ulayır.Nə ölümə, nə sevgiyəÖzümə meydan sulayır.Mən ölümün sevgi barı,Dəyməmişəm kalmı yesin?Tamahkürmü, səbirsizmi?Son sözü qoy ölüm desin.MƏNİM SAYDIĞIM ÖMÜRMənim ömür yolumunBaşında Anam durub.İlk yatdığım beşiyiİsti qoynunda qurub.Mən dünyaya gələndəÜz tutubdu AllahaƏn müqəddəs duanıPıçıldayıb bir daha:-Əcəl ağzın açandaTanrı ona daş atsın,Səni öz dinin üstəÖz Allahın yaşatsın.Dinsiz doğulsam da mən,Göydə Allah var imiş.Nazil olan kitablarTanrı atan tor imiş.Müsəlman ya xristianFərqi varmı Allaha?Bircə kafirlik edib,Batmayasan günaha.Heç vecimə deyilmiş,Mən niyə doğulmuşam?Göydə Allah gəzmişəm,Gözümdən soğulmuşam.Uşaq xəyyalarımıEdirdim göylə sürgün,Ana, mən AllahımlaBöyüyürdüm günbəgün.On iki ay keçən kimi Yaş üstə yaş gəlirdi.Oyuncaqlar içindəZaman yavaş gəlirdi.Sevgi dolu bir ömrüYaşayıram içimdə,Onun bir ölçüsü var,Allah boyda, biçimdə.Görən məndəki Tanrı,Nə qədər qış yaşayıb?Mən yerdə sürünmüşəm,O, isə quş yaşayıb.Allah neynəyir sayıbYerdə ki, elçisi varƏbədi olmayana,Zamanın ölçüsü var.Sən yox, mən sayan ömür,Bax belə yaşa dolubSöz dolu bir boxçasıƏn müqəddəs pay olub.Nə yaxşı ki, başımıTanrı sevgisi qatıb.Mənim saydığım ömürBəlkə yarıya çatıb!!!VƏ... HƏMİD ORMANLIdan BİR TƏBRİKNAMƏ:Əziz qardaşım Akif! Sən öz ömrünü Borçalıda yaşayırsan, Borçalıynan yaşayırsan. Zaman-zaman tarixin sınaxlarınnan dəyanətlə çıxmış, Sadaxlı kimi bir eldə saznan yatıb saznan durursan. Başında Türk dünyasının xəritəsi olan kişilərdənsən. "Qarapapaqlar" kimi dərgi buraxırsan. Hər gün Borçalıda əlini atıb işıq yandırırsan. Hər gün odun peçinə pışka çəkif ojax qalıyırsan və onun da bajanızdan tüstüsü çıxer. Bir söznən Türkün Borçalıda bir tüstüsünü də Sən qoruyursan. Nə mutlu Sənə qardaşım!.. Tanrı Sənə və Sənin simanda yurd yerlərimizin tüstüsünü qoruyan bütün kişilərə yar olsun! Doğum günün mübarəkdir!..Səni bərk-bərk bağrıma basıram!.... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.