SƏRQİN İLK OPERA YAZAN QADIN BƏSTƏKARI ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEHSİZ TALEYİ

SƏRQİN  İLK  OPERA  YAZAN  QADIN  BƏSTƏKARI  ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEHSİZ TALEYİ Çöhrəsində əsl
Azərbaycan xanımlarına
məxsus təbəssüm,
nur və gözəllik olan
Şəfiqə xanım Axundova
Şərqdə ilk opera yazan
azərbaycanlı xanımdır.


1924-cü ildə Şəkidə anadan olan Şəfiqə xanım Axundova, 1943-1944-cü illərdə
Asəf Zeynallı adına Bakı musiqi məktəbinə daxil olmuş və orada dahi
Üzeyir Hacıbəyovdan
dərs almışdır.
Musiqiyə olan həvəsi sonradan onu Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə gətirib çıxarmışdır.

Şəfiqə xanım Axundova mənim musiqi tarixi müəllimim olub, mən gənclik illərimdən onu sevib və həmişə ona hörmət bəsləmişəm. Elə bu məhəbbətim onun haqqında bir neçə kəlmə yazmağa məni sövq etdi.
O, 1972-ci ildə “Gəlin qayası” ilk operası ilə Şərqdə bir günəş alovlandırdı ki, o günəşin şəfəqləri çox uzaq ölkələrə yayıldı. Şərqin ilk opera yazan qadını kimi adı tarixə düşən Şəfiqə Axundova bir çox tamaşalara musiqilər, operettalar, silsilə süitalar yazmışdır. Başdan ayağa qədər musiqiyə köklənmiş Şəfiqə xanım 300-dən artıq mahnı yazıbdır ki, bu mahnılar dillər əzbərinə çevrilərək, zaman-zaman xalqın qəlbini fəth edib. Simaca gözəl olan bu xanım qəlbən də gözəl idi. Şəfiqə xanım Azərbaycan qadınlarına yaraşan təmkini, xanım xatınlığı, sakit danışığı, mülayim rəftarı, mədəni davranışı və xoş təbəssümü ilə bir çoxlarından seçilirdi. Nota köçürdüyü həzin, lirik musiqiləri sanki onun iç dünyasından, keçirdiyi ağrı-acılarından xəbər verirdi. Ailə taleyi uğursuz olan Şəfiqə xanım yeganə övladının adını sanki ona görə Taleh qoymuşdu ki, bəlkə tale onun üzünə gülsün. Amma nə yazıq ki, bəzən həyatda elə hadisələr baş verir ki, insanın gözləmədiyi halda taleyi dəyişilir.

Şəfiqə Axundova mahnı bəstələyərkən şairlərin elə şeirlərini seçirdi ki, sanki o sözlər onun öz həyatına həsr olunmuşdu. Ömürgün yoldaşı ilə yollarını “Ya sənət, ya ailə” söhbəti üzündən ayıran Şəfiqə xanım, sənəti daha yüksək tutdu. Bəlkə də bu bir gənclik şıltaqlığı idi. Lakin, artıq o bu taleyi yaşamalı oldu.
Şəfiqə xanım Axundovanın Nəbi Xəzridən “Çinar və mən”, Bəxtiyar Vahabzadədən “Nədən oldu?”, Xurşidbanu Natəvandan “Neyçün gəlməz?”, Məsum Əliyevdən “Gözlərimin işığı sənsən” və s. bu qəbildən olan mahnıları xalq tərəfindən sevilən mahnılardandır. Ziyalı ailədə dünyaya göz açan Şəfiqə xanımın böyüdüyü ailə böyük olsa da o, səsküydən, dava dalaşdan uzaq, mehribanlığı sevən biri idi. Hətta müsahibələrinin birində “Mehriban olaq” adlı mahnısının bir təsadüf nəticəsində yarandığını, qonşularının bir-biri ilə olan soyuq münasibətinə həsr edərək yazdığını qeyd etmişdi.

Şəfiqə xanım Axundovanın mahnıları az zaman içərisində dillər əzbərinə çevrilirdi. “Hardasan sevgilim gəl”, “Sevgi ölmür”, “Gəl ey səhər”, “Çinar və mən”, “Tapmayacaqsan məni” və s. mahnıları Azərbaycanın dəyərli sənətkarından S. Qədimova, Ş. Ələkbərova, R. Muradova, Z. Xanlarova, E. Rəhimova, G. G. Məmmədova bacıları, N. Dostəliyeva və digər müğənnilər tərəfindən ifa edilibdir. Bu mahnılar bu gün də təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da eynilə sevilir, ifa olunur. Türkiyənin məşhur müğənnilərindən İbrahim Tatlısəs, Müslüm Gursəs, Zara və başqaları məhz Şəfiqə xanımın mahnılarını ifa edirdilər. İ.Tatlısəsin illərlə oxuduğu və şöhrət qazandığı “Nədən oldu” mahnısı Şəfiqə xanım Axundovanın yazdığı ən gözəl və müğənnilərə uğur gətirən musiqi əsəridir.

Ömrünün 70 ildən bir qədər də çoxunu bəstəkarlığa həsr edən Şəfiqə xanım Azərbaycan musiqisinə Taleh kimi bir övlad da bəxş etmişdir. Gözəl piano ifaçısı olan mərhum Taleh Hacıyev anasının yaradıcılığından bəhrələnərək, bir neçə mahnı yazmışdır. Bir çox müğənnilərin repertuarına daxil olan “Belə qəmli dayanma” mahnısı Talehə aid olan ən gözəl mahnılardandır. İstedadlı pianoçu Taleh sanki anasının davamçısı idi. Amma nə yazıq ki, insan həyatda bəzən gözlənilməz hadisələri yaşamalı olur. Şəfiqə xanım bu gözlənilməz hadisələrin ən kədərli gününü ahıl yaşlarında yaşadı. Yeganə oğlu Talehin ölümü ilə barışmayan bu xanım özünü nə qədər iradəli, mətin saxlamağa çalışsa da ana qəlbinin çəkdikləri onu sarsıtdı. Xəstəxanada vəfat edən oğlunun ölümünü ondan düz 40 gün gizlətsələr də nəhayət söyləməli oldular. O dəhşətli faciədən sonra Şəfiqə xanım yaradıcılıqla məşğul ola bilmədi. Hər dəfə bir bəhanə gətirdi. Çünki, hər zaman yaradıcılığında yanında olan oğlu indi yox idi. O səssizlikdən, Talehsizlikdən onun zərif ana qəlbini sızıldayırdı. Bir dəfə TV- nin birində jurnalistin ona verdiyi sual məni çox təsirləndirdi. Jurnalist: “Şəfiqə xanım necəsiniz?” - sualına “Sizcə oğlu ölən ana necə olar? - deyə verdiyi cavab bir ana olaraq məni də çox kövrəltdi, hətta gözyaşımı saxlaya bilmədim. Amma Şəfiqə xanım ağlamadı, özünü məğrur tutmağa çalışsa da daxilən çəkdiyi əzab nurlu çöhrəsinə bir pərişanlıq gətirdi. Talehsiz günlərini yaşayan bu talesiz qadın ictimai həyatda xoşbəxt olsa da ailə həyatında xoşbəxt ola bilmədi.
Yeganə övladı olan Talehindən bir nişanəsi belə qalmadı.
Ana üçün həyatda bundan ağır dərd, kədər ola bilməz.

SƏRQİN  İLK  OPERA  YAZAN  QADIN  BƏSTƏKARI  ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEHSİZ TALEYİ Şəfiqə xanım Axundova Dövlət tərəfindən hər zaman layiq olduğu qiymətini, mükafatlarını alıbdır. 1998-ci ildə “Xalq artisti” fəxri adına, 2004-cü ildə “Şöhrət ordeni”nə layiq görülən xanım, bircə övlad payından mükafatını doyunca dada bilmədi.

Azərbaycan opera sənətinin dahi qadın bəstəkarı, dünyaya Şərqin ilk opera yazarı kimi səs salan Şəfiqə xanım Axundova, 2013-cü ilin 26 iyul tarixində ciyərparası, yeganə övladı Talehə qovuşmaq üçün gözlərini əbədi olaraq həyata yumdu, talesiz qadın Talehinə qovuşmağa getdi.

Pərixanım MİKAYILQIZI,
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin
şöbə müdiri
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Mərhum bəstəkar Şəfiqə Axundova gənc şairə Ülviyyə Həsənqızına

Mərhum bəstəkar Şəfiqə Axundova gənc şairə Ülviyyə Həsənqızına "Qələmini y ...

Mədəniyyət
Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tiflis
Üzeyir Hacıbəyov və Müslüm Maqomayev həm də bacanaq idilər...

Üzeyir Hacıbəyov və Müslüm Maqomayev həm də bacanaq idilər...

Azərbaycan, Mədəniyyət, Tiflis
ŞAMXƏLİL MƏMMƏDOV  (1965-2021)

ŞAMXƏLİL MƏMMƏDOV (1965-2021)

Başkeçid
Mahirə Əsədova:“Yeni Yurd”u Elmira Axundova ilə Ulu Öndər Heydər Əliyev ide ...

Mahirə Əsədova:“Yeni Yurd”u Elmira Axundova ilə Ulu Öndər Heydər Əliyev ide ...

Azərbaycan, Siyasət
Bəşərin əbədi tacıdır ana!..

Bəşərin əbədi tacıdır ana!..

Məktəblər, "Elm və Təhsil", "Şərqin səsi"
Təbrik edirik, hörmətli Zeynəb xanım!..

Təbrik edirik, hörmətli Zeynəb xanım!..

Mədəniyyət, Təbriklər
Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Azərbaycan, Təbriklər
HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI

HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI

"Elm və Təhsil", Müşfiq Borçalı, Köşə yazılar
Qoşakilsəli Şəhid İbrahim Firudin oğlu Əliyev (1959-1994)

Qoşakilsəli Şəhid İbrahim Firudin oğlu Əliyev (1959-1994)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
AY BƏSTİ XANIM!..

AY BƏSTİ XANIM!..

"SAZLI-SÖZLÜ BORÇALI", Borçalı, Başkeçid
Akademik Nizami Cəfərovun anası Savad xanım dünyasını dəyişib

Akademik Nizami Cəfərovun anası Savad xanım dünyasını dəyişib

Nekroloqlar

"AİLƏMİZDƏ YEGANƏ MÜĞƏNNİYƏM"

Mədəniyyət, "Elm və Təhsil"
HÜSEYN CAVİD SƏDAQƏTLİ ÖMÜRGÜN YOLDAŞI MÜŞKÜNAZ XANIMIN XATİRƏLƏRİNDƏ

HÜSEYN CAVİD SƏDAQƏTLİ ÖMÜRGÜN YOLDAŞI MÜŞKÜNAZ XANIMIN XATİRƏLƏRİNDƏ

Elmi Məqalələr, "Elm və Təhsil"
Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

"SALDO", Təbriklər
Qaranlığa işıq saçan müəllim ailəsi

Qaranlığa işıq saçan müəllim ailəsi

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları"
Fağıra dayaqsan - Yetimə ANA!.. Hamının sevdiyi, ay Bəsti ana!...

Fağıra dayaqsan - Yetimə ANA!.. Hamının sevdiyi, ay Bəsti ana!...

Borçalı, Başkeçid
Həcər xanım, doğum gününüz mübarək!..

Həcər xanım, doğum gününüz mübarək!..

Təbriklər
AZƏRBAYCAN  MƏDƏNİYYƏT TARİXİNDƏ İLK CƏSARƏTLİ QADIN AKTRİSA GÖYƏRÇİN XANIM ...

AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNDƏ İLK CƏSARƏTLİ QADIN AKTRİSA GÖYƏRÇİN XANIM ...

Elmi Məqalələr, "Elm və Təhsil"
Həmin mən - Zümrüd Məmmədova

Həmin mən - Zümrüd Məmmədova

Tv
Rəy yazın: