Təbrik edirik, POLAD BÜLBÜLOĞLU!.. Mədəniyyət, Təbriklər 4 февраля 2016 Bu gün məşhur Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR xalq artisti (1982), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi,Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiriPolad Bülbüloğlunun doğum günüdür. Polad Bülbüloğlunu Doğum günü münasibətilə ürəkdən təbrik edir, ona Allahdan uzun ömür, möhkəm can sağlığı, diplomatik fəaliyyətində və musiqi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!...Polad Bülbüloğlu (Polad Bülbül (Murtuza) oğlu Məmmədov) 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürmüşdür. ADK-nı bitirmişdir (1968, Qara Qarayevin sinfini). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərə, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.Polad Bülbüloğlu uzun müddət Azərbaycan Respublikasının Mədəniyyət naziri (1989-2006) və Milli Məclisin deputatı olub, 2006-cı ildən Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiridir. Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xodmətlərinə görə Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb.O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib. Polad Bülbüloğlu 3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.