Tanınmış müğənni, sevimli muğam ifaçısı Nuriyyə Hüseynova Mədəniyyət 29 ноября 2022 TƏBRİK EDİRİK!...Bu günlərdə tanınmış müğənni, sevimli muğam ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Milli EA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti Nuriyyə Hüseynova Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin “Şərqin səsi” qəzeti və “ZiM.Az” saytı ilə birgə təsis etdiyi “ZİRVƏ” Fəxri mükafatına layiq görülüb. Nuriyyə İsmayıl qızı Hüseynova - 17 mart 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub. 1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış edib. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyasını) muğam ixtisası üzrə təhsil alıb və eyni zamanda ona müəllim statusu verilib. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1994-cu ildə Bakı Humanitar Kolleci (Bakı Mədəni-Maarif) Texnikumunda işləyib. 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən bu günə kimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. 2014-cü ildən bu günə kimi Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri çalışır. Nuriyyə Hüseynova ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində “UNESCO”-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmiş, ansamblın ifasında “UNESCO” tərəfindən kompakt-disk buraxılmışdır. O, ansambl ilə birgə 2005-ci ildə Düşənbədə keçirilən "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir. 2018-ci ildə UNESCO-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (Türksoy) 25 illiyi ilə əlaqədar konsertdə çıxış edib. 2019-cu ildə İstanbulda keçirilən Azərbaycan Kültür Dərnəyinin yaranmasının 80 illiyi ilə əlaqədar konsertdə çıxış edib. 2019-cu ildə Türkiyənin Şanlıurfa şəhərində keçirilən "Müziğin İzinde 4 Kardeş Şehir" adlı konsertdə və Türkiyənin Camal Rəşid Rey adına İstanbul konsert salonunda konsertdə çıxış edib.Nuriyyə Hüseynova həmçini ABŞ-ın Çiqaqo və Miçiqan ştatlarında uğurlu solo konsertlər verib. 2016-cı ildə TÜRKSOY-un təşkil ediyi Türkəmistanın Marı şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı seçildiyinə görə konsertdə uğurlu çıxışına görə Türkmənistanın ölkə başçısı Qurbanqulu Berdiməhəmmədov tərəfindən xüsusi mükafatına layiq görülüb. 2014-cü ildən Türkiyənin Ankara şəhərinin Yunus Əmrə bələdiyyəsi ilə əməkdaşlıq edərək ənənəvi olaraq hər il keçirilən konsertlərdə çıxış edir. Nuriyyə Hüseynova 2002-ci ildən Türkiyə, İran, Rusiya,Dubay, Şarja, İordaniya, Küveyt, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Fransa, Almaniya, Rumıniya, Vyana, İsveçrə, Amerika, Kanada, Hindistan, Koreya və dünyanın əksər ölkələrində konsertlərdə Azərbaycan musiqisini uğurla təbliğ etmişdir.Nuriyyə Hüseynovanın həyat və yaradıcılığından bəhs edən Rasim Gəncəlinin "Qəlbi asiman kimi" və Teymur Bünyadovun "Sən olmasaydın" adlı kitabları çapdan çıxıb.2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. Nəhayət, bu günlərdə isə tanınmış müğənni, sevimli muğam ifaçısı Nuriyyə Hüseynova Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin “Şərqin səsi” qəzeti və “ZiM.Az” saytı ilə birgə təsis etdiyi “ZİRVƏ” Fəxri mükafatına layiq görülüb. Bu münasibətlə biz də Azərbaycan Respublikasının əməkdar artisti, hörmətli Nuriyyə xanım Hüseynovanı bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq! Müşfiq BORÇALI,"Ziya" qəzetinin, "Zim.Az" saytının və "Turan" dərgisininbaş redaktoru,filologiya üzrə fəlsəfə doktoru;Səmayə ŞAHNƏZƏROVA,Zim.Az saytının, "Turan" dergisininvə "Şərqin səsi" qəzetininşöbə müdiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.