AZƏRBAYCAN RƏSSAMLIĞININ MİKELANCELLOSU

AZƏRBAYCAN RƏSSAMLIĞININ MİKELANCELLOSUTariyel Əliyev əslən Gürcüstanın Qarayazı mahalındandır. Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, əvəzsiz sənətkarlarından biri olub. Rəssamlıq tariximizdə özünəməxsus yeri olan bu sənətkarın yaratdığı təkrarsız sənət əsərlərini mən yalnız İntibah dövrü böyük italiyan rəssamı Mikelansellonun rəsmləri ilə müqayisəyə gətirə bilərəm. İndiyə qədər diqqətdən yayınan rəssamın yaradıcılıq nümunələri hələ sağlığında Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov tərəfindən yüksək qiymətləndirilmişdir. Onun yaradıcılığının nadir incilərindən sayılan “Yanıq Kərəmi” rəsmini görən xalq rəssamı Səttar Bəhlulzadə heyrətini gizlədə bilməyib, Toğrul Nərimanbəyov isə əllərini qaldırıb. Şair Abbas Abdulla “Ulduz” jurnalında həmin əsərlə bağlı maraqlı bir esse də yazmışdı.

T. Əliyev sıradan bir sənətçi olmayıb. Onun yaratdığı əsərlərinin, demək olar ki, əksəriyyətini rəssamlığımızın nadir incilərindən saymaq olar. Təəssüf ki, rəssamın əsərləri həm sağlığında və həm də ölümündən sonra diqqətdən yayınıb, pərakəndə şəkildə ayrı-ayrı şəxslərin əlinə keçib. Rəssama böyük rəğbəti olan Səttar Bəhlulzadə onu “Tanrıyel” deyə çağırardı. İnsanın əzəməti və ona olan böyük sevgi T. Əliyev yaradıcılığının ana xəttini təşkil edir.

Bu yaxınlarda şair dostum Nurafiz Bakıdan mənə zəng edərək T. Əliyevlə maraqlananlar olduğunu söylədi. Axtarışda olanlar Tanrıyelin sənət dostları sənətşünas və yazıçı İlyas Əzimov və sənətşünas Ziyadxan Əliyev idi. İlyas müəllim mənimlə yazışmalar və danışıqlardan sonra T. Əliyevin haqqında məlumatlar toplamağımı xahiş etdi. Qısa müddət ərzində mən onlara rəssamın 20 ədəd unikal rəsminin şəklini göndərdim. Səhəri sosial şəbəkədə İ. Əzimovun sevincdolu, reklamsayağı yazısına rast gəldim: “AZƏRBAYCAN RƏSSAMLIĞININ QƏDİR RÜSTƏMOVU TAPILDI!!!” Həmin başlığın altında verilmiş proloqda belə yazılmışdı:

“ Qaçıb el-obaya səs sal, ay uşaq,

Dədəsi tapıldı “Yetim segahın!”

Bu, vaxtilə tarzən Ramiz Quliyevə həsr olunmuş şeirin bir beyti idi. Bəli, “Yetim segahı” atalı-analı edən də məhz xalq artisti Qədir Rüstəmov idi.

İlyas müəllim Tanrıyel Əliyevi Qədir Rüstəmovla müqayisə etməkdə haqlı idi. Qədir Rüstəmovun Azərbaycan muğam sənətində etdiklərini T. Əliyev Azərbaycan rəssamlığında edib, özü də mikelancellosayağı. Onun əlimizin altında olan əsərləri sübut edir ki, Tanrıyelin diqqətdən kənarda qalan nadir əsərləri dünyanın ən böyük mütəfəkkir rəssamlarının əsərləri ilə birlikdə Avropanın, Amerikanın ən öncül şəkil qalereyalarında sərgilənərsə, heç də onlardan az dəyər qazanmaz. Çünki rəssamın əsərləri onu duyub anlayanları öz sehrinin cazibəsinə salır. İ. Əzimov T. Əliyevə həsr etdiyi adıçəkilən məqaləsində belə heyrətini gizlədə bilmir: “Diz çöküb dua edən, ağlamaqdan gözləri bozarmış Yaqub peyğəmbərin əzəmətli görünüşünü, qüdrətli əllərinin bənzərsiz “jestini”, məncə, ancaq və ancaq Mikelancellonun əsərləri ilə müqayisə etmək olardı, hələ ayrı bir incisi – Rembrantın “İbrahimin qurban verməsi” əsəri qədər möhtəşəm olan eyniadlı tablosudur...”

T. Əliyevin əsərlərində dini mövzu üstünlük təşkil edir. Həmin əsərlərdən ayırd etmək mümkündür ki, Tanrıyelin dini bilikləri yetərincədir. Peyğəmbərlərin möcüzələrinə həsr etdiyi əsərlərində kompozisiya, simmetriya, rənglərin seçimi, insanların, əşyaların və heyvanların yerləşdirilməsi o qədər dəqiqdir ki, onun dühasına şübhə yeri qalmır.

Rəssamın istər öz, istərsə də əsərlərini taleyi mənə görkəmli gürcü rəssamı Pirosmaninin taleyini xatırladır. Öz əsərlərində qeyri-adilikləri adi həqiqətlərə çevirən rəssamın əsərləri bir zamanlar yaşadığı Türkiyədə, hərbi xidmətdə olduğu Bakı şəhərində, oxuyub boya-başa çatdığı Gürcüstanda pərakəndə düşmüş, naşı insanların əlinə keçmişdir. Bu gün məqsədimiz rəssamın möhtəşəm əsərlərini toplamaq, onu rəssamlıq muzeyinə təqdim etmək, sərgi salonlarında onları nümayiş etdirməkdən ibarət olmalıdır ki, nəinki Gürcüstan və Azərbaycanda, hətta dünyanın hər yerində belə bir rəssamın olmasından xəbər tutsunlar.

T. Əliyev bu mərtəbəyə çatana qədər həyatın çox keşməkeşlərinə sinə gərib. O, 1949-cu ildə Qaratəpə kəndində (indiki Qardabani şəhərində - Ə. İ.) anadan olub. Rəssamlığa gənc yaşlarında böyük marağı olan T. Əliyev ötən əsrin 70-ci illərində Bakıda hərbi xidmətdə olarkən “Yanıq Kərəmi”, “Koroğlu”da qızlar rəqsi”, “Toy”, “Sənsiz” və başqa rəsmləri ilə dövri mətbuatda çıxış etmişdir. Elə xalq rəssamları Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyovla da Bakıda tanış olmuşdur. Bu tanışlıq onu daha əzəmətli və möhtəşəm əsərlər yaratmağa sövq etmişdir. T. Əliyevin N. Gəncəvi və Ş. Rustavelinin əsərlərinə çəkdiyi illüstrasiyalar bu gün də öz dəyərini itirməmişdir. Onun həmin illərdə çəkdiyi “Toy”, “Türkiyə qadınları”, “Qızlar bulağı”, “Yaylaqda” rəsmləri sənətkarlıq baxımından daha çox diqqətçəkəndir.

O, Tiflisdə Rəssamlıq Akademiyasında oxuduğu müddətdə daha böyük əsərlər yaratmışdır. Təəssüf ki, yaradıcılığına məsuliyyətlə yanaşmayan rəssamın yaratdığı sənət incilərinin bir qismi itib-batmış, 2016-cı ildə Türkiyədə vəfat etdikdən sonra isə emalatxanasından xeyli əsəri oğurlanaraq dəyər-dəyməzinə satılmışdır. Acınacaqlı haldır ki, Tanrıyel Əliyevin xarabalıqlara atılan, qədri-qiyməti bilinməyən nadir sənət əsərlərini toplayıb bir araya gətirməkdə nə Gürcüstan və Azərbaycan mədəniyyət nazirlikləri, adıçəkilən ölkələrin rəssamlıq ittifaqları, nə də rəssamın ailə üzvləri maraqlı deyillər. Yaxşı ki, zər qədrini bilən dostları bu təşəbbüsü öz üzərlərinə götürmüşlər.

Heyrət, ey büt!..

Əbdüləli İBRAHİMSOY

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TARIYELİN MÖCÜZƏLİ DÜNYASI

TARIYELİN MÖCÜZƏLİ DÜNYASI

Yeni nəşrlər, Mədəniyyət, Qarayazı
Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

Mədəniyyət, Tiflis, Bolus, "Region-Press"
Tbilisidə Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb

Tbilisidə Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb

Mədəniyyət, Tiflis

"Şərq müdriklərinin qonaqlığında"

Gürcüstan, Tiflis
Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

M.F.Axundzadə adına Muzey, Tiflis
Rəssam  Fərhad Sadıxovun  “Ruhistan” kataloqunun təqdimatı keçirildi

Rəssam Fərhad Sadıxovun “Ruhistan” kataloqunun təqdimatı keçirildi

Mədəniyyət
Tanınmış rəssamın çəkdikləri çağdaş incəsənətin, rəssamlığın yetkin örnəklə ...

Tanınmış rəssamın çəkdikləri çağdaş incəsənətin, rəssamlığın yetkin örnəklə ...

Mədəniyyət
Azərbaycanın ilk və yeganə batalist rəssamı: “Şuşa zəfəri” əsərim Azərbayca ...

Azərbaycanın ilk və yeganə batalist rəssamı: “Şuşa zəfəri” əsərim Azərbayca ...

Digər bölmələr, Müsabiqə
Rənglərin hormoniyası

Rənglərin hormoniyası

Mədəniyyət
Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Mədəniyyət, MEDİA, Borçalı
Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

---
Tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimli

Tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimli

Mədəniyyət, Borçalı, Təbriklər
Ruhun şad olsun, Zahid Şəmirli (Hüseynov)!..

Ruhun şad olsun, Zahid Şəmirli (Hüseynov)!..

Qaraçöp, Nekroloqlar
AZƏRBAYCANIN  İLK  QADIN  RƏSSAMI - QEYSƏR XANIM KAŞIYEVA

AZƏRBAYCANIN İLK QADIN RƏSSAMI - QEYSƏR XANIM KAŞIYEVA

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində rolu

Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində rolu

Elmi Məqalələr, "Elm və Təhsil"
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
Gənc rəssam TURAL BAYRAMOV

Gənc rəssam TURAL BAYRAMOV

Mədəniyyət
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Tbilisidə  yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Tbilisidə yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Ədəbi əlaqələr, Tiflis
ÖLMƏZ SƏNƏTKARIN  MƏNALI ÖMÜR YOLU - teatr rəssamı MƏMMƏD QASIMOV

ÖLMƏZ SƏNƏTKARIN MƏNALI ÖMÜR YOLU - teatr rəssamı MƏMMƏD QASIMOV

Naxçıvan, Mədəniyyət, M.F.Axundzadə adına Muzey, Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: