Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Borçalı aşıq mühitinin əvəzedilməz siması, Gürcüstan Respublikasının əməkdar mədəniyyət işçisi aşıq Hüseyn Saraclının anadan olmasının 100 illiyi münasibəti ilə təntənəli yubiley mərasimi keçirildi.
2016-cı il Noyabrın 16-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbir Hüseyn Saraclını bir daha yada saldı. Ustad aşıq Hüseyn Saraçlının anadan olmasının 100 illiyinə həsr olunan xatirə gecəsi onun lent yaddaşına çökən, artıq tarixə çevirilən ifaları ilə başlandı. H.Saraclının xatirə gecəsində çıxışedən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açdı. M. Qasımlı bildirdi ki, H.Saraclı Borçalı aşıq mühitinin çox görkəmli nümayəndələrindən biri olub. Hüseyn Saraclının türk dünyasının nəhəng ozan olduğunu qeyd edən AAB sədri vurğuladı ki, onun xatirəsi çox əzizdir. Hüseyn Saraclının anadan olmasının 100 illiyinin dövlət tərəfindən yüksək səviyyədə keçirilməsinin Azərbaycan dövlətinin aşıq sənətinə bəslədiyi qayğının nəticəsidir.
H.Saraclının xatirə gecəsinində ilk ifanı “Hüseyni” havası üstə aşıq Qələndər Zeynalov və əməkdar mədəniyyət işçisi aşıq Solmaz Kosayeva təqdim etdi. Aşıq Şaiq İncəli və aşıq Avdı Musayevin təqdim etdiyi “Mixəyi” havası da ustadın ruhuna, xatirəsinə layiq oldu. Əşrəf Borçalı və aşıq Tərmeyxan Qasımlının “Baş dubeyti” üstündə oxuduqları “Minayə” şeiri ustadın sənət xəzinəsindən təqdim edilən bir inci idi. AşıqHüseyn Saraclının sonuncu şəyirdi Kövrək Muradın ifası tamamilə ustadını xatırlatdı. “Bağdad dubeyti” havası ilə ustadın ruhunu şad edən şəyirdi danışıq tərzi, ifaçılığı ilə yaddaşlarda H.Saraclını canlandırdı.
H.Saraclının xatirə gecəsinində aşıq Ədalət Dəlidağlı və şəyirdi Şəhriyar Laçınlı “Kərəm gözəlləməsi”, Borçalı aşıq mühitinin iki istedadlı təmsilçisi aşıq Nargilə Mehdiyeva və Qabil Faxralı “Şahsevəni” havasını ifa etdilər. Borçalıdan gələn aşıq Həvəskar Qurbanov “Fəxri”, Əli Zeynalabdinov və Familə Göyçəli “Qəhramanı”, aşıq Cahangir Quliyev “Sallama kərəmi”, aşıq Rasim Qayıbov və aşıq Azər Alıyev “Dərvişi” (“Qaraçı”) havalarını təqdim etdilər. Aşıq İlham Aslanbəyli və aşıq Telli Borçalının ifa etdikləri “Naxçıvani” havası gecəyə əməlli-başlı şuxluq qatdı. Maraqlı ifa tərzi ilə seçilən hər iki dəyərli aşığın səhnədə görünməsi alqışlarla müşaiət olundu.
Gecədə Şirvan aşıq mühitinin tanınmış simalarından olan aşıq Ağamurad Şirvanlı “Hüseyn Saraclı” dastan-poemasından bir parça ifa etdi. Aşıq Mehdi Mənsimov və aşıq Gözəl Kəlbəcərli “Ağır şərili”, Məhsəti Cabbarlı, amerikalı aşıq Marta Lauri və Roman Azaflı “Şirvan müxəmməsi”, ustad Hüseyn Saraclının oğlu aşıq Əli Həsənov ”Ruhani”, aşıq Elməddin Məmmədli və aşıq Şəhriyar Kərimov “Qəmərcanı”, “Laçın” sazçı qrupu “Misri havasını təqdim etdilər. Gecənin musiqili hissəsinə aşıq Tərmeyxan Qasımlı, aşıq Əşrəf Borcalı, aşıq Həvəskar Qurbanov və aşıq Avdı Musayevin ifasında “Müxəmməs” havası ilə yekun vuruldu. Tədbirin sonunda H.Saraclının böyük oğlu İsfəndiyar Həsənov səhnəyə çıxaraq atasının yüz illiyinə həsr edilən xatirə gecəsinin ərsəyə gəlməsində əməyi olanlara-Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, AAB sədri Məhərrəm Qasımlıya, H.Saraclı haqqında kitab yazıb nəşr etdirən insanlara təşəkkür etdi. İ.Həsənov bildirdi ki, aşıq sənətinə göstərdiyi böyük diqqət və qayğıya görə, ən böyük minnətdarlığı Azərbaycan Respublikası Prezidentinə ünvanlayır.
H.Saraclının kiçik oğlu Əli Həsənov bizimlə söhbətində bildirdi ki, atasının xatirəsinə göstərilən ehtirama görə Azərbaycan dövlətinə təşəkkür edir:”Gecənin təşkilindən çox razı qaldıq. Sağ olsunlar ki, Hüseyn Saraclının sənətinə belə böyük dəyər verirlər. Mən ailəmiz adından Azərbaycan dövlətinin başçısına,eyni zamanda da Mədəniyyət və Turizm Nazirliyinə və Aşıqlar Birliyinə təşəkkür edirəm. Gecə atamın ruhuna layiq keçirildi”.
Hüseyn Saraclının sonuncu şəyirdi Kövrək Murad da ustadının xatirəsinə göstərilən ehtirama görə tədbir təşkilatçılarına təşəkkür etdi: ”Azərbaycan aşıq sənəti inkişafdadır. İnkişafa təkan verən amillərdən biri də ustad sənətkarlara verikən dəyərdir. Bu gecəni təşkil edənlərə Hüseyn Saraclıya qulluq etmiş şəyird kimi təşəkkür edirəm. Yubiley gecəsinin Filarmoniyada təşkil edilməsi ürəyimizcə oldu.Çünki Hüseyn Saraclı Filarmoniyada çoxlu konsert poroqramları ilə çıxışlar edib. Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə və Aşıqlar Birliyinə sonsuz təşəkkürümü bildirirəm. Azərbaycan dövləti dəfələrlə Hüseyn Saraclıya yüksək səviyyədə yübiley, xatirə tədbiri keçirib. Bunu alqışlayırıq”.

Qeyd edək ki, aşıq Hüseyn 1916-cı ildə Gürcüstanın Bolinisi rayonunun Saraçlı kəndində dünyaya gəlib. Yaradıcı aşıq kimi Türkiyədə, Qafqazda və Orta Asiyada tanınan sənətkar dillər əzbəri olmuş çoxlu şeirlərin, bir neçə dastanın, “Qürbəti-Kərəm”, “Bağdad dübeyti” kimi saz havalarının müəllifidir. O, neçə-neçə bədii və sənədli filmə çəkilib, o cümlədən televiziya verlişlərinin qonağı olub. Onun “Tütək səsi” filmində ifa etdiyi “Ruhani” saz havası möhtəşəm sənət nümunəsi kimi əbədi yaşam qazanıb.
İradə SARIYEVA
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi

Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi "Mədəniyyət" kanalında ya ...

Tv, Elanlar
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ HÜSEYN SARACLININ  MƏNALI ÖMRÜNDƏN XATİRƏ

AŞIQ HÜSEYN SARACLININ MƏNALI ÖMRÜNDƏN XATİRƏ

Digər ali məktəblər, Bolus
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Mədəniyyət, Folklor
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Borçalı
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Bolus
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
YENİ TƏDQİQAT İŞİ

YENİ TƏDQİQAT İŞİ

Ədəbi tənqid, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı
Aşıq Qurbanəli (1893 - 1979)

Aşıq Qurbanəli (1893 - 1979)

Müşfiq Borçalı
Könlümüzdən keçən

Könlümüzdən keçən "YAYLAQ SƏFƏRİ"

"Şərqin səsi", Müşfiq Borçalı
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
AŞIQ ZİYƏDDİN        BUDAQOV        (1987)

AŞIQ ZİYƏDDİN BUDAQOV (1987)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Rəy yazın: