Tamara Kvesitadzenin Bakıda fərdi sərgisi olacaq Mədəniyyət, Elanlar 12 апреля 2015 Aprelin 17-də Milli İncəsənət Muzeyində Tamara Kvesitadzenin fərdi sərgisi təşkil olunacaq. Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən təşkili nəzərdə tutulan bu sərginin təşkilatçıları "Kukla" adlı rəsm qalereyası, Mədəniyyət və Turizm nazirliyi və Muzey Mərkəzidir.Həmçinin, bu sərgi 23 apreldə "Kukla" rəsm qalereyasının yaranmasının iki illiyinə təsadüf edir. Bu hadisə həmçinin tanınmış rəssam, heykəltəraş, memar Tamara Kvesitadzenin dəstəyi və istəyi ilə gerçəkləşir. Gürcü əsilli və ABŞ-da yaşamış T.Kvesitadze Tbilisi Texnologiya İnstitutunu bitirib. Bir müddət İtaliyada yaşayıb.Orda olarkən Venesiya karnavalından təsirlənərək öz əl işlərini - kuklaları hazırlamağa başlayır. İtaliyadan ABŞ-a (Amerika Birləşmiş Ştatları) köçən bu rəssam digər həmkarları Paat Sanay və Zuroy Ququlaşvili ilə birgə "Tamara Studiyası"nı açırlar. Əsərlərini geniş kütləyə 2007-ci il 52-ci Venesiya Biennalisində təqdim etmişdir. Onun yaratdıqları arasında "Qadın və Kişi" (Batumidəki "Əli və Nino") adlı işi 7 metr hündürlüyündədir. Bakıda təşkil olunacaq sərgidə "Kukla" adlı qalereyanın "Balerina", "Oxatan", "Qırmızı və mavi", "Mələk" və digər sənət nümunələri nümayiş olunacaq. Aliyə Əsədova. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.