Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub Mədəniyyət 3 марта 2016 Nazir müavini Sevda Məmmədəliyeva Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Marek Tsalkanı qəbul edib03 mart 2016-cı il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Marek Tsalkanı qəbul edib.Azərbaycan və Polşa arasında mədəniyyət turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər görüş zamanı müzakirə edilib. Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycan ilə Polşa arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.Görüşdə Azərbaycan mədəniyyəti və memarlığında Polşa mədəniyyət xadimlərinin rolu mövzusunda fikir mübadiləsi aparılıb.Nazir müavini Polşa səfirliyinin nümayəndələrinə 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumu barədə məlumat verib və tədbirə dəvət olunan Polşa rəsmilərinin Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini vurğulayıb.Səfir Marek Tsalka tərəfindən səmimi qəbula görə nazir müavininə təşəkkür bildirilib, həmçinin Polşa–Azərbaycan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişafına inam ifadə edilib.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.