Sevimli radiomuz

Sevimli radiomuz 10 yanvar 2006–ci ildə ölkəmizdə tamamilə fərqli bir radio fəaliyyət göstərməyə başladı. O radio İctimai radio 90 fmdi. Yeganə radiodu ki, yarandığı gündən bu günəcən milliliyi qoruyub əlində saxlaya bilib. Fəaliyyətə başladığı andan muğamlarımıza, xalq mahılarımıza, retro mahnılarımıza İctimai radio geniş yer verir. Dilimizin təkmilləşdirilməsindən, mədəniyyətimizdən, incəsənətimizin bütün növlərindən radio sujetlər hazırlanır. Verilişə millət vəkilləri, tanınmış elm xadimləri, şairlər, yazıçılar, həkimlər, müəllimlər dəvət olunurlar. Necə deyərlər, "tək əldən səs" çıxmaz. Bəli, İctimai radio tək olmadı. Sazlı-sözlü nəğmələri ilə, düşündürücü, maarifləndirici verilişləri ilə xalqın rəğbətini, hörmətini qazandı. Xalqın əsl qulaqdaşı İctimai radio oldu.

Hara getdimsə hansı idarələrə, qurumlara, şirkətlərə yolum düşdüsə hamının 90 fmin dinləyicisi olduğunun şahidi oldum. "Yeni gün", "Samirlə Harmoniya", "Telli saz", "Həmsöhbət", "Qadın varsa" və neçə-neçə verilişləri bu gün bizim mənəvi dünyamızı zənginləşdirir. Başqa cürə ola da bilməzdi. Çünki İctimai radio xalqın radiosu devizi altında fəaliyyətə başlayıb. İctimai televiziyanın sağ qolu olan İctimai radio qısa zaman kəsiyində fərqlənməyi bacardı. Yeni–yeni verilişlərlə, rubrikalarla biz dinləyicilərin zövqlərini oxşamağı bacardılar. 7-dən 77-yə hamı bu radionun dinləyicisinə çevrildi. Bir sözlə, İctimai radio xalqın radiosu statusunu əbəs yerə qazanmayıb. İstər İsmayıl Ömərovun vaxtında, istərsə də hörmətli Cəmil Quliyev İctimai televiziya yayım şirkətinə rəhbər təyin olunandan sonra, həm tv-nin, həm də radionun xalqın sevimlisinə çevrilməsində bir stimul yaranıb. İctimai tv və İctimai radio ölkəmizin birinci televiziyası və radiosu statusunu qazanıb. Dövlət rəhbərimiz tərəfindən Evrovision kimi dünyanın ən məşhur mahnı yarışmasının yayım hüquqlarının məhz İtvyə tapşırılması onun Avropada nüfuzunu, hörmətini daha çox artırıb. İtvdə Cəmil müəllim, 90 fmdə Aygül xanım, İmir müəllim, Sevil xanım, Kamil müəllim İctimai tvnin və radiosu üçün əllərindən gələni əsirgəmirlər. Ətraflarına gözəl kollektiv cəm ediblər. O kollektiv də öz işlərinə çox məsuliyyətlə yanaşırlar. 24 saat ərzində çox gözəl verilişlərlə istəkli dinləyicilərinin görüşünə gəlirlər. İctimai radioda bir-birindən maraqlı,çox gözəl verilişlər yayımlanır. Mən özüm də bu radionun dinləyicisiyəm. Çoxları informasiyanı internetdə saytlardan alır. Amma mən İctimai radio 90 fmdən bütün lazımlı, gərəkli, faydalı informasiyaları alıram. Biz şairlərin, yazarların yorulduğu, anlar, məqamlar çox olur. Qələmə sarılıb axşama kimi hansısa bir mahnı mətni üzərində, yeni yazdığım şeirlər üzərində işlədiyim, və yaxud məqalələr, müsahibələr üzərində çalışdığım anlar olur. Əziz oxucularımız bunu da yaxşı bilirsiniz ki, hər şairin, yazıçının özünün iş struktru, dincəlmək saatı var. Kimisi yorulanda dənizi müşahidə edir, kimisi bir az yatmaqla yorğunluğunu çıxardır, kimisi gedir bir az idmanla məşğul olur. Və sairə və ilaxıra. Amma inanın ki, əziz oxucularımız mən şəxsən gün ərzində boş vaxtlarımda İctimai radionu dinləməklə bütün yorğunluğumu canımdan çıxarmış oluram. Elə yaxşı ki, günümüzü 90 fmin Yeni gün proqramı ilə başlayır, 90 fmlə nikbin notlara köklənə bilirik. İctimai radio gənclərin həm də gəncliyin radiosudu. Çünki radio özü də gənc radiodu. Gənc radio olmağına baxmayaraq bu gün çox böyük uğurlara imza atıb. O işin başında savadlı rəhbərlik oldusa əlbəttə ki, o işdə müsbətə doğru dəyişikliklər olacaq.
Aygül xanım İctimai radio 90 fmə rəhbər gələndən sonra bu bir faktdı ki, İctimai radioda canlanma baş verdi. Gözəl verilişlər, rubrikalar araya-ərsəyə gəldi, istedadlı gənc kadrlar işə cəlb olunmağa başlandı. Belə də olmalı idi. Çünki Aygül xanım həm gənc bir xanımdı, həm də çox intelektli, dəyərli kadrlarımızdan biridi. Çox sevinirəm ki, tələbəlik illərindən mənim 90 fmlə əməkdaşlığım var. 90 fmdə Aygül xanım, İmir müəllim, Sevil xanım, Kamil müəllim, Samir müəllim, Şakir müəllim, Zümrüd xanım həmişə mənə verilişlərində böyük yer ayırıblar. Deyir: " Balığı at dəryaya balıq da bilməsə xaliq biləcək". Kimlərsə sənə bir balaca yaxşılıq edirsə o yaxşılığı gərək ömür boyu heç vaxt unutmayasan. Dəfələrlə 90 fmin verilişlərində qonaq olmuşam. Sevə-sevə mahnılarımı, şeirlərimi səsləndiriblər. İctimai radio bu gün artıq bütün türk dünyasının sevimli radiosudu. Bu da İctimai tvlə ilə qardaş ölkənin televiziyası Trt Avazın birgə sıx əməkdaşlıqlarının məhsulu olan "Qorqud ata" layihəsinə görədi. Həftə içi hər gün "Qorqud ata" layihəsi İctimai radioda yayımlanır.

Bir sıra məşhur aparıcılarımız var ki, həmin aparıcıların debutu məhz bu İctimai radio 90 fm dalğasından başladı.
O aparıcılardan biri də sevimli aparıcı dostumuz Fəxriyyə Lilpar İsayevadı.
Fəxriyyə xanımın Keçmiş iş yeri İctimai radio haqda ürək sözləri:


-İctimai radio maariflənmə, ədəbi-bədii mühitin işıqlanmasına xidmət edir.
4 departamentdən ibarətdir.
Ədəbiyyat və incəsənət
Musiqi və əyləncə.
Ümumiyyətlə bu kanal məhşur simaların şöhrəti üzərində dayanmadı yeni simalar yetişdirdi.

Bu kanalın mənim həyatımda böyük rolu var. İctimai televiziyası və radiosu şəxsən mənim üçün bir məktəbdi. Özümü çox şanslı adam hesab edirəm ki, mən o məktəbin bir yetirməsiyəm.

Hal-hazırda İctimai radioda "Həmsöhbət" adlı verilişin müəllifi və aparıcısı əziz dostum, gözəl insan Kamil Məhərrəmoğlunun İctimai televiziya və radio yayımları şirkəti haqqında fikirləri ilə tanış olaq:

-Mən 2005-ci ildən İctimai televiziya və radio yayımları şirkətində çalışıram. Və bununla fəxr edirəm. 2010-cu ilə qədər televiziyada bir çox tarixi filmlərin müəllifi olmuşam, bir çox verilişlərin, məsələn - "Körpü", "Ovqat" və sair verilişlərin redaktoru olmuşam. Sonra həyatımı radioya bağlamışam, radio mənim üçün hər şey deməkdir, mən onunla nəfəs alıram, "Həmsöhbət" verilişimin qonağı olan hər bir, elm, mədəniyyət, adamları ilə ünsiyyətdə olduqda yeni fikirlər, ideyalar doğur qəlbimdə... Hər verilişim mənim üçün əziz və doğmadır...

İctimai radio 90 fmin daha bir tanınan səsi, "Samirlə harmoniya" verilişinin aparıcısı Əziz dostum, gözəl insan Samir Bağıroğlunun fikirləri ilə tanış olaq:

- İctimai radio mənim üçün doğma bir radiodu. Bizim doğma evimizdi. Bu radionun ilk səsi mən olmuşam. 2006-ci il yanvarın 10-nunda radioların sırasına bir radio da əlavə olundu. Bu xalqın radiosu İctimai radio idi. Mən xoşbəxtəm ki, bu radio üçün neçə-neçə səslərin içindən məhz mənim səsim seçildi. Radionun açılış səsi kimi mənim səsimdən istifadə olundu. Xoşbəxtlikdən həmin gün Qurban bayramı idi. İctimai radio mənim üçün bir tarixdi. Çox sevinirəm ki, çox şadam ki, ictimai radionun tarixində mən də varam. İctimai radioda bir çox proqramları mən aparmışam. Hal-hazırda İctimai radioda 3 proqram aparıram. Duyğulu duyğusal melodiyalar yaxın uzaq illərin nostalji mahnıları həftədə 3 gün axşam saat 22: 00 da "Harmoniya" verilişimdə səslənir.

Və eyni zamanda həftədə bir dəfə yazıçı-dramaturq İmir Məmmədli ilə bir yerdə "Söz yolçusu" adlı bir proqram dinləyicilərə təqdim edirik. Bu verilişdə dünya ədəbiyyatının tanınmış yazıçılarından, şairlərindən danışırıq. Nə yaxşı, ictimai radio var. Və nə yaxşı ki, mən ictimai radionun tanınan səsiyəm.

Fuad Biləsuvarlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı, nəğməkar şair-yazar


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şi ...

AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şi ...

Humanitar elmlər, Tv
İctimai Televiziyada yeni təyinatlar - RƏSMİ

İctimai Televiziyada yeni təyinatlar - RƏSMİ

MEDİA, Tv
Ramil Qasımov “Mədəniyyət” kanalına baş direktor təyin olunub

Ramil Qasımov “Mədəniyyət” kanalına baş direktor təyin olunub

Azərbaycan, Mədəniyyət, Təbriklər
İsmayıl Ömərov Gürcüstanda “Fəxri Vətəndaş” seçilib

İsmayıl Ömərov Gürcüstanda “Fəxri Vətəndaş” seçilib

Bolus
Tanınmış jurnalist və QHT rəhbəri TAMXİL ZİYƏDDİNOĞLUna BAŞSAĞLIĞI

Tanınmış jurnalist və QHT rəhbəri TAMXİL ZİYƏDDİNOĞLUna BAŞSAĞLIĞI

Nekroloqlar
Tanınmış jurnalist Dövlət Komitəsinə mətbuat katibi təyin olunub

Tanınmış jurnalist Dövlət Komitəsinə mətbuat katibi təyin olunub

Diaspora
BDU jurnalistika fakültəsinin Televiziya və radio kafedrasına yeni müdir se ...

BDU jurnalistika fakültəsinin Televiziya və radio kafedrasına yeni müdir se ...

BDU
Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Azərbaycan, Təbriklər
Bu gün İsmayıl Ömərovun doğum günüdür

Bu gün İsmayıl Ömərovun doğum günüdür

Bolus, Təbriklər
İsmayıl Ömərovun 65 yaşı tamam olub = TƏBRİK EDİRİK!..

İsmayıl Ömərovun 65 yaşı tamam olub = TƏBRİK EDİRİK!..

MEDİA, Tv, Gürcüstan, Borçalı, Bolus, Təbriklər
23 il unudulan qəhrəman oğul anıldı

23 il unudulan qəhrəman oğul anıldı

Qarabağ, "Şərqin səsi"
AzTU-da Əhməd Cavadın yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib

AzTU-da Əhməd Cavadın yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib

AzTU
AzTU-nun əməkdaşları universitetin fəxri məzunu ilə görüşüblər

AzTU-nun əməkdaşları universitetin fəxri məzunu ilə görüşüblər

AzTU-nun MƏZUNLARI, AzTU
TƏBRİK EDİRİK!.. TAMXİL ZİYƏDDİNOĞLU AzTV-yə baş redaktor təyin edildi

TƏBRİK EDİRİK!.. TAMXİL ZİYƏDDİNOĞLU AzTV-yə baş redaktor təyin edildi

MEDİA, Tv, Təbriklər
Tələbələrin sevimli məkanı –Tədris tele-radio studiyasında

Tələbələrin sevimli məkanı –Tədris tele-radio studiyasında

BDU
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

Təbriklər
SƏN TÜRK OĞLU OLAMMAZSAN!

SƏN TÜRK OĞLU OLAMMAZSAN!

Poeziya, Tiflis, "Borçalı" Cəmiyyəti, Turan
YENİ RUBRİKA:

YENİ RUBRİKA: "KÖRPÜ"

"Elm və Təhsil", Cənubi Azərbaycan

"İnternet resurslarının hostinqləri Azərbaycanda deyil, xarici ölkələrədə ...

MEDİA
Görkəmli folklorşünas-ədəbiyyatşünas alim Muxtar Kazım oğlu İmanov  AMEA-nı ...

Görkəmli folklorşünas-ədəbiyyatşünas alim Muxtar Kazım oğlu İmanov AMEA-nı ...

Humanitar elmlər, Təbriklər
Rəy yazın: