TÜRKÜN SÜLH GÖYƏRÇİNİ Köşə yazılar 10 мая 2017 Heç vaxt görüşmədiyim, həmsöhbət olmadığım, amma mənalı, məzmunlu həyatlarından zövq aldığım insanlar haqqında üçüncü dəfədir ki lirik poema yazmalı olmuşam. O insanların birincisi Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova, ikincisi Azərbaycan Prezidenti İlham Əliyev olub. Hər birinin həyat yolu o qədər işıqlı, nurludur ki haqlarında qələmə aldığım əsərlər dolğun və məzmunlu alınmaya bilməzdi.Necə deyərlər, görünən dağa bələdçi gərək deyildi.Və, nəhayət, bu hisslər üçüncü dəfə də ilhamıma hakim kəsildi. Bu dəfəsə əsərimin qəhrəmanı bəlkə də haqqında Azərbaycanda hamıdan gec məlumatlandığım dünya şöhrətli bir müğənni idi. Onun mahnılarını YOUTUBDA dinlədikcə ruhuma qeyri-adi bir rahatlıq hopurdu. Bu fövqəl ifaçının zəngin dünyasında, səsinin dərin çalarlarlarında kimliyimin, türkliyümün mahiyyətini anladım.İstər ölkə, istərsə də dünya ifaçılıq sənətində tanıdığım korifeylərin heç birində bu möhtəşəmlik məni Simurq qanadlarında Tanrıma qovuşdura bilməmişdi. Onu dinlədikcə bu səs məni haldan-hala salır, sanki ruhum cismimi tərk edir, gah asimanda, gah da hüdudsuz sonsuzluqlarda rahatlıq tapırdı. Min-bir dərdin dərmanını tapdım mən bu qəhrəmanımın ifalarında. Canımız, qanımız qədər doğma olan muğamlarımızın, ustad bəstəkarlarımızın rəngarəng mahnılarının bənzərsiz ifalarını eşitdim mən onun dilindən. Dünyanı qarış-qarış gəzən bu müğənni sızıltılarımı ifa etdiyi mahnıların kövrək dili ilə ötürür səsinin sehrində olan xalqlara. Qardaş Türkiyədə doğulub boya-başa çatan bu comərd türk oğlunu azəri türkcəsində təqdim etdiyi mahnılarına rəğmən ifaçılıq sənətində bir məktəb də saymaq ədalətli olardı. Yaradıcılıq tempi bir an belə zəifləməyən, 60 yaşda da coşqun gənclik həvəsi liə könülləri ram edən bir ifaçıdır qəhrəmanım.Türk dünyasının Sülh Göyərçini, Azərbaycan bəstəkar və xalq mahnılarının bənzərsiz ifaçısı və təbliğatçısı, Azərbaycan təəssübçüsü, türkdilli ölkələrin mədəniyyət xadimi və ictimai xadim Bünyamin Aksunqurun 60-illik yübileyi münasibətilə(Lirik poema)1-Cİ HİSSƏMüqəddəs amalı var,Öncüldür hər işində.Paklıq möhürü vardırAli görünüşündə.Mətindir iradəsi,Hey canı bizimlədir.Cismi İstanbuldadır,Ruhusa özümlədir.Qarabağ harayıyla,Gəzir bütün dünyanı,Bir an da rahat deyil,Onun narahat canı.Düşmən əsarətindəDeyir qalıb torpağım,O, geri dönməyincəSağalmaz heç vaxt dağım.Mən türkəm, azəriyəm,Mən qazaxam, türkmənəm,Harda türk adı varsa,Demək o yerdə mənəm.Atatürkün , Heydərin,Ruhları canımdadır,Rəcəb Teyyub Ərdoğan,İlhamım yanımdadır.Bol gücüm, bol qüdrətim,Qılıncım-qalxanım var-Ölərəm, əyilmərəm,Mən türkəm, bir canım var.2-Cİ HİSSƏ...Bəli belə bir oğulBərq vurur Türkiyədə,Bizim musiqimiziO, yayır Türkiyədə.Ürəyimi dağlayanSızıltı var səsində,Dərdlərim od püskürürOnun zənguləsində....Ay Allah, səsə bir bax,Bu, şahin nəğməsimi?!Bu səslə çatdırır o,Tanrıya haqq səsimi.Qırğız adlı qızınınSəsi ona ,can verir,Bu cütlüyə ilhamıAzərbaycan verir!3-CÜ HİSSƏŞirin səsini duy onun;Dinlədikcə bal dadır.Xəyallarım asimandaSonsuz bir ümmandadır.O, dahi türk sənətçisiBünyaminin qızıdır,O bir şərqi ifaçısı,Parlaq türk ulduzudur.Diqqət kəsildim bu səsə,- Məharətə bax,-dedim.Zil nota qalxdı, dincəldim,-Cəsarətə bax,-dedim.Ay yol ötən, saxla ayaq,Şərqiyə bir as qulaq.Bir az dincəl, feyziyab ol,Bu səsə heyran olaq.Bu səs Leyli yanğısıdır,Bu, Araz naləsidir-Gah bir çayın hıçqırtısı,Gah şəlalə səsidir..Bir Günəşdir, parlayır oÜrəklərin gözündə,O, sevilir Türkiyədə,Vətənimin özündə.Ata ustad, bala ustad,Qoşa qanaddır onlar.Türkün sərqi meydanında,Bir toy-büsatdır onlar.4-CÜ HİSSƏDoyum necə bu səslərdən?Məlhəmdir hər xəstəyə,Ötüb keçər ağrın-acın,Qulaq as... "Şikəstə"yə.İşləməsə şərqi qana,Güldürməz, ağlatmaz heç.Titrətməsə vücudları,Ürəyə də yatmaz heç.Gah bülbüldür- cəh-cəhi var,Gah qartaldır... qıy vurur.Gah segahdır, gah zabuldur,Gah şikəstə, gah mahur..Bir cüt səsdir, edir pərvaz,Tutur dəm bəmi zilə.Bir cüt türkdür, cəh-cəh vurur,Vurur necə zəngulə?!.Sənət fatehi BünyaminSevilir çox diyarda.Harda ustadın adı var,Demək Qırğız var orda.Sevdiribdir bu sənətiQızına ustad ata,Müəllimdir, əziyyətiGetməyibdir heç bada.Bünyaminlə paylaşır oSəhnəni cəsarətlə,Hər konsertdə sevindirirOnu çox məharətlə.Ata qəlbi fərəhlənir,Cuşur, ilhamı daşır.Görün ata-bala necəSəhnələrə yaraşır!Biri tarımda saxlayır;Coşdurur zildə bizi.Biri bəmdə sızıldadır,Göynədir qəlbimizi.Yaratdığı möcüzəyəTanrı özü qalır mat-Onları coşqun fərəhləAlqışlayır camaat.Səhnədə izdihama bax,Gülür, sevinir hamı;Bu səslərin sehrindəykənXöşbəxt görünür hamı.5-Cİ HİSSƏDağıldı imperiya,Azad oldu ölkələr.Rahat nəfəs almağaBaşladı hər kənd-şəhər.Türkdilli ölkələrinXalqları doğmalaşdı,Sevincimiz, dərdimizBağlı sərhədi aşdı.Arzular çiçək açdıMahnı qanadlarında,Səsimiz qalxdı ziləQardaş ekranlarında.İlk gördüyüm sənətçiBünyamin Aksungurdu,Onun səsində sevgi,Məhəbbət qovuşurdu.Sanki elə BakıdaDoğulmuşdu bu ustad,Türkiyədən BakıyaO, ilk açmışdı qanad.Yetmiş il həsrət idiQardaş qardaş səsinə,Qovuşdu, pərvazlandıTürk türkün həvəsinə.Oxuduğu nəğmələrRam etdi qəlbimizi,Qədim köklərimizəQovuşdurdu o, bizi.Səsləndi mahnılarımTürk oğlunun dilində,Coşurdu, kükrəyirdiTürk aləti əlində.Dinlədik ürəyininAtəşini, odunu,Türkün türkə sevgisiCoşdururdu çox onu.Sinəsinə sıxdığıRübabın kökü doğma-Başqa aləm qatırdıBu alət xoş ruhuma.Qırx ildir mahnılarımDilində pərvazlanır,Ritmim, amalım, ruhumSəsində avazlanır.Kövrəlirəm hər dəfəDinləyəndə onu mən,Durna qatarı ötürGözlərimin önündən...6-CI HİSSƏGülür bağçada güllər,Ötüşürlər bülbüllər,Barışır küsülülərBünyamin oxuyanda.Coşur Arazım,Kürüm,Azalır dərdim-sərim,Yaşla dolur sözlərimBünyamin oxuyanda.Dinlədikcə can dedim,Səsinə heyran dedim,-Can Azərbaycan!- dedim,Bünyamin oxuyanda.Gəzir türk ellərini,Bilir ləhcələrini,Sıxırlar əlləriniBünyamin oxuyanda.Qırx ildir meydandadır,Şöhrətdədir, şandadır,Axtarsan, hər yandadırBünyamin oxuyanda.Sevir Azərbaycanı,Burdadır elə canı,-Söylə, ona tay hanı?-Bünyamin oxuyanda.Rübabı türk nəfəsli-Oğuz nəslidir nəsli,Oxuyur çox həvəsliBünyamin oxuyanda.Titrədir səs içini,Çatır hər yana ünü,Uçur Sülh GöyərçiniBünyamin oxuyanda.İlhamı, MehribanıSanır o, şirin canı,Yayır AzərbaycanıBünyamin oxuyanda.Coşdu qələm əlimdəŞeirə döndü dilimdə,Bayram olur elimdəBünyamin oxuyanda.Mübarək olsun yaşı,Ucalsın göyə başı,Sevinir türk qardaşıBünyamin oxuyanda.Halaldır bir "Ad" ona,Olar qol- qanad ona.Güvənir YaradanaBünyamin oxuyanda.VALEH MİRZƏZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.