QƏLB GÖZƏLLİYİ

QƏLB  GÖZƏLLİYİ
Camal MUSTAFAYEV
Əməkdar elm xadimi,
fəlsəfə elmləri doktoru, professor


=========

QƏLB GÖZƏLLİYİ

“Yaxşı insan qəlbi gözəl olandır".
Platon.

Ağıl-ürək yarışında ömür sürür yazıb-yaradan insan.


Belə ruhu axtarışda gerçəkləşir təbii istedadın yaradıcı mahiyyəti. Bu axtarışla şərtlənən bədii yaradıcılıq onu yaxından tanıdır. Bunu poetik sahədə daha bariz şəkildə görmək olar. Poeziya daha mənəvi olan bir sənət növü sayılır. Əlbəttə, poeziyanı (ümumiyyətlə sənəti) hamı eyni tərzdə duymur. Onu hər kəs öz anlağı, marağı səviyyəsində qavrayır.
Knyaz Aslan şeirində mən hansı əsas məziyyəti duyuram? Sualı cavablandırmaq üçün onun şeirlərindən nümunələr üzərində duracam. Ancaq əvvəlcə özünü bir neçə sözlə təqdim etməliyəm.

QƏLB  GÖZƏLLİYİ Knyaz Aslan 40 yaşına – ruhun kamillik dövrünə yetişib. O, səfalı dağlar yurdu Başkeçiddə dünyaya şair gəlib. Təbiətinə xas olan şairanəliyi onun tələbəlik illərindən görmüşəm. Knyaz mənim istedadlı, təvazökar xarakterli, sevimli tələbələrimdən olub. Mənəvi-əxlaqi keyfiyyətləri – qəlbinin gözəlliyini açıq təzahür etdirir. Özünün batini səmimiliyi, təbiətən bütövlüyü ilə həmişə seçilir.
Knyaz təbii səmimiliyinə sadiq qalmağını çox uca tutur:

Təmənnalı məhəbbətdən,
Cildə girmiş sədaqətdən,
Ağlasığmaz həqiqətdən,
Yalan “düzdən" qoru məni.

Öz “Mən"inin saflığını qorumaq – yüksək niy¬yətli iradə istəyir. Bu, sırf özünə qapılmaq, dünyamıza biganə olmaq deyil. Bu şair ürəyinin bəslədiyi mənəvi işığı həssas təbiətli insanlara ərməğan etmək üçündür. Şair qəlbinin varlığı əzəldən təmiz məhəbbət hissindən yoğrulub. Onun könül dünyasının tərcümə-halı bu duyğulardan doğulur. Knyaz Aslanın məhəbbət şeirləri, gerçəkdən, saf duyğular axarıdır. Bu şeirlərdə öz eşqinə sədaqət ahəngi əsas motivdir:

Qoy köklənsin bir pərdəyə ürəklər,
Çiçək açsın puçur-puçur diləklər,
Bürüsə də dörd yanımı çiçəklər,
İlk eşqimin təkcə səndə gözü var.

Məhəbbətin sevincinə qovuşmaq sevib-sevilən gənclərin müqəddəs arzularıdır. Nəbzləri bir döyünən könüllərin vəhdəti – ən həyati gözəllikdir! Belə gözəlliyi, ali istəyi – xoşbəxt ailə qurmaq tamamlayır. Bir ailə ocağının doğuşu neçə ocaqlarda sevinc doğurur. Bu səadəti qoruyub yaşatmaq üçündür gəncliyin sevgi dünyası:

Sən düşmüsən ürəyimə birinci,
Anam bilib, artıb evin sevinci…
Bir söz deyim, nə küs məndən, nə inci:
“Könül sevən…” düz misaldı, qadası!..

Qohum-qardaş əncam çəkir bu işə:
- Bizdən sizə elçiliyə kim düşə?
Sinəm üstə boyun bükən bənövşə
Toy gününə bir sualdı, qadası!…

Knyaz Aslan məhəbbəti özündə nəcib əxlaq gö¬zəlliyi daşıyır. Həya hissi əxlaqını bəzəyən gənc¬liyi ürəkdən tərənnüm edir. Milli mənəviyyatımız gəncliyin tərbiyəsində bu hissi xüsusən ülviləşdirir.
Bu xüsusda filosoflar etik düşüncələrində ayrıca söhbət açıblar. Həyanı, doğrunu filosof Platon insanlara Allah payı sayırdı. Bunu insan birliyinin sağlam mənəvi təməli kimi mənalandırırdı.
Sadəcə, məhəbbətdə saf əxlaqı ucaltmaq – nə qədər tərbiyəvidir:

Səadətdi, sədaqətdi, səfadı,
Ülviyyətdi, məhəbbətdi, vəfadı,
Uca tutar təmiz eşqi, saf adı,
Yalan keçməz ələyindən bu qızın.

Sevgi dolu bir piyalə içirib,
İlk eşqimi ürəyinə köçürüb,
Üzüyümü barmağına keçirib,
Yapışaydım biləyindən bu qızın.

QƏLB  GÖZƏLLİYİ QƏLB  GÖZƏLLİYİ Knyaz Aslan adət-ənənəmizin gözəl xüsusiy¬yətinə sədaqətini saxlayır. Həyat tərzimizin təmiz başlanğıclarından gəlir bu sadiqliyin qaynağı. Doğma təbiət bəxş edib şairə bu gözəl təbiiliyi. “Düz ilqarlı bizim dağlar" (Vurğun) ona saflıq verib.
Başkeçidin qosqocaman dağları heyrətləndirib şairi – xarakter bütövlüyünü doğurub:

Yayda qarı, qışda barı saxlayır,
Örpəyi var – namus, arı saxlayır,
İlqarına bağlı yarı saxlayır,
Başkeçidin dağlarıdır bu dağlar!..

Xarakteri şərtləndirən qaynaqlardan birincisi təbiət olduğu məlum gerçəkdir. Təbii mühitə köklü bağ¬lılıq elin həyatında əksini tapıb. Təbiəti rəmz-ləş¬dirmək eyni zamanda əxlaqi şüura təsir gös¬tərib. Xalq zirvəsi qarlı dağlarımızı əyilməzlik, mərd¬lik timsalı sayıb. Əxlaq idealımızda bu simvol ey-nilə əzəmətliyi təsəvvürdə canlandırıb. (“Həqi¬qətən əzəmətli olmaq çətindir: əxlaqi mükəmməlliyə varmadan bu mümkün deyil", - deyir Aristotel).
Knyaz Aslan bu rəmzlərdən şeirdə uğurla istifadə edir – bundan tərbiyəvi məna çıxarır:

Dağlar! Vüqarına vurulmuşam mən,
Əymirsən başını bircə kərə sən.
Dağ baba! Hə olar əzəmətindən
Bir az da nəvənə sovqat verəsən…

Dağlarda şair doğulan, təbiətin ehtişamlı gözəlliklər aləmində böyüyür. Onun ilhamının əzəl mənbəyi bu füsunkar aləm olur. Şair xəyalının, bədii zövqün duruluq çeşməsi burdan başlanır.
Knyaz təbiət gözəlliklərindən şeirdə lövhələr rəsm etməyi sevir. Yaz yağışından sonra təbiətdə canlanan mənzərəyə diqqət edin:

…Arılar öpüşdü güllə, çiçəklə,
Qaranquş aləmə yaydı səsini.
Gizlənpaç oynadı quş kəpənəklə,
Çeşmələr oxudu şən nəğməsini.
…Təbiət sevinib göy qurşağını
Asdı göy üzündən bir çələng kimi!..

Bu şeirdə öz-özünü təzələyən təbiətə heyranlıq var. Şairin gözəlliyə heyranlığı ovqatını təzələyir, estetik zövqünü rövnəqləndirir. Belə cazibəyə qapılmaq onda daxili ehtiyaca çevrilir.
Knyazın poeziyası mənəvi gözəllik qaynaqlarından xüsusilə qüvvət alır. Şair ilk növbədə ruhən saz-söz ahəngində köklənib. Bundan əlavə muğamatı sevir, zəngin şeir ənənəmizə bağlıdır. Sənəti yaşadanlardan neçələrinə ehtiram bildirən şeirlər həsr edib.
Xalq başlanğıcına bağlı meyilləri Knyazda vətən sevgisini qüvvətləndirib. Azərbaycan torpağının düşdüyü ağır dərdləri ürəyində daşıdığı duyulur. Torpağı yağıya qurban verənlər, “vətəni dərəyə, düzə bölənlər” onun nifrətinə hədəf olublar. Yurdu dərdə düçar edən şəri, hakimiyyət hərisliyini, tamahı kəskin tərzdə tənqid edir.
Şair müasir dünyanın gedişatından narahat olduğunu şeirlərində bildirir. Müharibələrə mübtəla olan zamanımızda dünyaya əmin-amanlıq istəyir:

Ərzin qan təzyiqi qalxmasın göyə,
Hər kəs kainatda bilsin yerini.
Yer üzü əbədi yaşasın deyə,
Qoruyaq dünyanın əsəblərini!..

Knyaz Aslan yaradıcılığının əsas xüsusiyyətini bu deyilənlər göstərir. Ancaq burda onun təkcə poe¬tik yaradıcılığından söhbət getdi. O, eyni zamanda gözəl jurnalist kimi geniş şöhrətlənib. Neçə-neçə elmi və ədəbi jurnallarda həm re¬dak¬tor kimi, həm də istedadlı publisist kimi uğurla çalışır. Bakı Dövlət Uni-versitetində və Xəzər Universitetində zəngin kitab mədəniyyəti, kitabxana tarixi, ədəbiyyat təbliği, Azərbaycan və dünya ədəbiyyatı, jurnalistikanın müxtəlif sahələri ilə bağlı mühazirələr oxuyur; se¬vim¬li müəllim kimi tanınır.
Bu yazı Knyaz Aslanın 40 yaşına ayrıca ərməğandır...
Ona ən xoş arzularla!..

Bakı
Dekabr 2000-ci il



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Hamı xəbərdardı - Xəbərin olsun...

Hamı xəbərdardı - Xəbərin olsun...

Knyaz Aslan, Ədəbiyyatşunaslıq, Başkeçid
ULU TANRININ BÜTÖV XƏLQ ETDİYİ İNSAN - KNYAZ ASLAN

ULU TANRININ BÜTÖV XƏLQ ETDİYİ İNSAN - KNYAZ ASLAN

Başkeçid, Knyaz Aslan
MÜƏLLİM VƏ ALİM MÜDRİKLİYİ,  ŞAİR VÜQARI, QƏLƏM ƏZƏMƏTİ

MÜƏLLİM VƏ ALİM MÜDRİKLİYİ, ŞAİR VÜQARI, QƏLƏM ƏZƏMƏTİ

Knyaz Aslan, Ədəbi tənqid, Başkeçid
MƏDƏD COŞĞUNA Başsağlığı

MƏDƏD COŞĞUNA Başsağlığı

Borçalı, Nekroloqlar
BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan  Türkiyə televiziyasında ...

BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan Türkiyə televiziyasında ...

BDU, Başkeçid, Knyaz Aslan, Turan
Tanınmış alim, şair-publisist və nəcib insan

Tanınmış alim, şair-publisist və nəcib insan

Knyaz Aslan, BDU, Başkeçid
“HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..”

“HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..”

Başkeçid, Knyaz Aslan
Xalq şairi  Nəriman Həsənzadə:

Xalq şairi Nəriman Həsənzadə: "Ramiz Abdullayevin poetik dünyası"

Ramiz Abdullayev
SÖZ HEYKƏLİ

SÖZ HEYKƏLİ

Poeziya, Başkeçid, Bolus, Darvaz, Müsabiqə, Mədəd Çobanov
Haqq şairi, fəzilətli din xadimi

Haqq şairi, fəzilətli din xadimi

Borçalı, Bolus
KNYAZ ASLAN DÜNYASI

KNYAZ ASLAN DÜNYASI

Knyaz Aslan
BORÇALININ ŞAİRƏ QIZI AZADƏ XANIM!

BORÇALININ ŞAİRƏ QIZI AZADƏ XANIM!

Borçalı
Dilimizin Səməd Vurğun zirvəsi!

Dilimizin Səməd Vurğun zirvəsi!

AzTU, Tarix
Poetik duyğuların zərif və səmimi ifadəsi

Poetik duyğuların zərif və səmimi ifadəsi

Humanitar elmlər, Ədəbi tənqid, Bədii Tərcümə

"Sərhədləri aşan şair..." - ƏSƏD CAHANGİR yazır...

Başkeçid
Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Yeni nəşrlər, ADPU, Başkeçid, Ağbulaq
POEZİYANIN PIÇILTILI FORMULU (Xalq şairi N.Həsənzadənin yaradıcılığı haqqın ...

POEZİYANIN PIÇILTILI FORMULU (Xalq şairi N.Həsənzadənin yaradıcılığı haqqın ...

Elmi Məqalələr
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Azərbaycan, MEDİA
VƏTƏNİN DƏRDLƏRİNİ MİSRALARINA HOPDURAN ŞAİR                 (Həsən Mirzəni ...

VƏTƏNİN DƏRDLƏRİNİ MİSRALARINA HOPDURAN ŞAİR (Həsən Mirzəni ...

Elmi Məqalələr, AzTU, ADPU, Qərbi Azərbaycan
İki Vətənin şair övladı

İki Vətənin şair övladı

"Varlıq", Bolus
Rəy yazın: