Seçiminiz UĞURLU olsun!.. Zalqa, Reklamlar 7 февраля 2020 09 Fevral 2020-ci ilAzərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə34 saylı Xətai 2-ci seçki dairəsindəSeçiminiz UĞURLU olsun!..Şərifov Uğurlu Lətif oğlu - 20 sentyabr 1969-cu ildəGürcüstanın Zalqa rayonundakı Culuxlu kəndində anadan olmuşdur.1987-1994-cü illərdə “Azərbaycan İnşaat-Mühəndisləriİnstitutu”nun “Avtomobil yolları və təyyarə limanlarınıntikintisi” ixtisası üzrə ali təhsil almış və keçmiş SSRI-ninAlmaniya Demokratik Respublikası ərazisindəki qoşunlarında hərbi xidmətdə olmuşdur.1994-2018 illərdə “Azərsənayetikinti” Dövlət Şirkəti,Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, “Trialeti”QSC, AKKORD ASC və EVRASCON ASC-dəmüxtəlif rəhbər vəzifələrdə işləmiş, hal hazırda təsisçisiolduğu AZBİLDİNQ QRUP MMC-nin direktorudurvə “Soydaş” İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür.Əsas əmək fəaliyyəti nəqliyyat - infrastruktur (avtomobil yolları) tikintisi, inşaat materiallarının istehsalıağır inşaat texnikaları, güc avadanlıqları və yük avtomobillərindən ibarət texniki parkın təşkili və idarə olunmasıbeynəlxalq daşımaçılıq və logistika xidməti, həmçinin aktiv ictimai fəaliyyət göstərməkdən ibarət olmuşdur.1996-2009-cu illərdə logistika, idarəetmə və idrak nəzəriyyəsi üzrə ayrıca ixtisasartırma kursları keçmişdir,rus, ingilis dillərində danışır.Evlidir, 2 övladı var, siyasi partiya üzvü deyil və məhkumluğu yoxdur.Uğurlu Şərifovun təsisçisi və İdarə Heyətinin üzvü olduğu “Soydaş” İctimai Birliyinin əsas fəaliyyət istiqaməti dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın sosial, mədəni, təhsil və digər sahələrdə yaranan problemlərinin ictimailəşdirilməsi və həllinə dəstək olmaqdan ibarətdir.Eyni soydan olan və dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan Türklərinin ideyaca özündə birləşməsini nəzərdə tutan “Soydaş” İctimai Birliyi yeni formalaşacaq parlamentin ilk iclaslarında “Soydaş Haqqında Qanun”un müzakirəyə çıxarılmasına dəstək olacaqdır. Bu qanunun mahiyyəti dünyaya səpələnmiş soydaşlarımızla onların yeganə mili-müstəqil dövləti olan Azərbaycan arasında hər cür əlaqələrin möhkəmlənməsinə, nəticədə Azərbaycanın beynəlxlaq siyasi-iqtisadi sahədə nüfuzunun daha da artmasına, yaşadıqları ölkələrdə “milli azlıqlar” statusuna düşən soydaşlarımızın isə vətəndaşı olduğu ölkələrdə daha inamlı yaşayıb fəaliyyət göstərə biləcəklərinə xidmət edəcəkdir.Biz də dəyərli soydaşımız Uğurlu Şərifova uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.