MÜSƏLMANIQ BİZ? Zalqa, Köşə yazılar 21 мая 2017 Haqsızın sözünə “bəli” deyirik,Doğrunu deyənə dəli deyirik,Allahı unudub Əli deyirik,Sonra da deyirik “müsəlmanıq biz”.Ticarət etməkçün həccə gedirik,Saqqalı uzadıb cənnət güdürük.On dənə arvadı “siğə” edirik,Sonra da deyirik “müsəlmanıq biz”.İnsandan ucadı məzar daşları,Ac çoxkən atırıq çölə aşları.Allahın adıyla kəsib başları,Sonra da deyirik “müsəlmanıq biz”.Göstəriş etməkçün geyirik qara,Din deyib çox “ovu” salırıq tora.Məsciddən çıxanda gedirik bara,Sonra da deyirik “müsəlmanıq biz”.Azandan uzaqdı oxunan avaz,Quranın yerinə dinləyirik “caz”.Nə Oruc bilirik, nə də ki Namaz,Sonra da deyirik “müsəlmanıq biz”.Qərib (Rauf Alagözov)ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.