ULU BORÇALIMIZIN ZİYALI OĞLU - MƏDƏD QAĞAMIZ UNUDULMAZDIR!.. Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 29 марта 2024 1774 0 1 2 3 4 5 Bu sevincli-kədərli, gəlimli-gedimli fani dünyada, mən özümü bir xoşbəxt azərbaycanlı saya bilərəm кі, dünyanın dörd qitəsindəki ölkələri, keçmiş SSRİ dövlətinin 14 respublikasını, Odlar yurdumuzun bütün ərazisini və Borçalımızı əriş-arğac gəzmis bir qazaxlı-azərbaycanlıyam!Əlbəttə, indiki nəsilin cavanları mənim bu yazıma inanmaya da bilərlər. İndiki meyarlara söykənənlərə bu həqiqət inandıcı deyildir. Ancaq, bu danılmaz faktdır, foto-şəkillər də bir sübutdur!Bu yazının əvvəlini uzaq səfərə süvar olmuş səyyah kimi, niyə uzaqdan başladım? - sual oluna bilər!Realliq belədir ki, mən Borçalını, qonşu Gürcüstanı el-el, oba-оbа gəzməsəydim - tarixi bir dram əsərimi yaza bilməzdim! Bilənlər-bilir, bu dram əsərini oxuyanlar - oxuyubdur “BORÇALI NİSGİLİ"ni!1999-cu ilin yay ayları növbəti şeirlər kitabımın bir nüsxəsini ziyalı eloğlum Müşfiq Borçalıya hədiyyə etdin. “Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsindəki iş otağında xeyli söhbət etdik. Hədiyyəmə görə çox sevindi. Çünki, bu kitabımda Ulu Borçalanın keçmiş tarixini əks etdirən dram əsərim də var idi.Müşfiq qardaşım 2000-ci ildə bir müşdə ilə məni təbrik etdi. Sən demə "Borçalı” nəşriyyatında bu dram əsərimi ayrıca kitab halında çoxsaylı tirajla çap etdirib, ərk etdiyi elin-obanın ziyalılarına da paylayıbmış.Əziz oxucu! Bu yazının qəhramanı olacaq - ziyalı ağsaqqalı-mız Mədəd qağamla tanışlığımıza körpü salan da məhz "Borçalı nisgili" əsərim olmuşdu. İlk tanışlıqdan sonra, dəfələrlə AMEA-da, yubileylərdə, "Borçaıl” Cəmiyyətinin iclaslarında Mədəd müəllimlə görüşmüşdük…Alim, pedaqoq, professor, Nyu-York Elmlər Akademiyasının akademiki, Azərbaycanımızın fəxri ziyalısı, Mədəd müəllim - bu adı, bu şan-şöhrəti, öz alın təri, öz zəhmətilə, gecələri yuxusuz keçən illəri ilə qazanmışdır.Bu yerdə beş bəndlik şeirimlə bu yazımı tamamlamaq istəyirəm.Çünki "Dostluq Məşəli”nin xüsusi buraxılışında Mədəd müəllimin geniş tərcümeyi yazılıbdır.FƏXRİMİZ, SEVİMLİMİZ, BÖYÜK İNSAN və GÖRKƏMLİ ALIM, ÇOX HÖRMƏTLİ MƏDƏD QAĞAMIZ UNUDULMAZDIR!ULU BORÇALIMIN ZİYALI OĞLU Ulu Borçalımın ziyalı oğlu,Bir ömür yaşadı şərəfli-şanlı.Xeyirxah, abırlı-həyalı oğlu,Müdrik düşüncəli, nurlu amallı.Doğma Darvazında keçdi gəncliyi,Fəda etdi elmə, öz hayatını...Alimin olmadı bir an dincliyi,Qorudu nağılımı, öz bayatımı.Filoloq-alimi dünya tanıdı,Mərdliyi, ad-sanı, adiliyiylə...O dərk eylədi.., dünya fanidi,Kişi tək yaşadı-sadəliyiylə!Xeyirxah tanındı Mədəd qağamız,Həyat mübarizə, həyat sınaqdır...Dünyaya – Müşfiqi qoydu qağamız,Mübariz olmamaq vallah-günahdır!Hacı Zaməddinəm, mehrim-şeirdi,"Borçalı nişgili”m lap çox sevildi,Qağa, “Həncərisən?” mənə deyirdi,Mədəd qağamızın qəlbi - nehr idi,Əbdi yaşamaq- insan mehridi! Hörmətlə,HACI ZAMƏDDİN ZIYADOĞLU,Sair, dramaturq-publisist,AYB-nin və AJB-nin üzvü,iki dəfə "Səməd Vurğun" mükafatı laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.