Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimatı olub

Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimatı olub Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimatı olub Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimatı olub Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimatı olub Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimatı olub Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimatı olubDekabrın 16-da Azərbaycanın Gürcüstandakı səfirliyində tarix üzrə fəlsəfə doktoru Şəfiqə Həmidovanın gürcü dilinə tərcümə olunmuş “XVIII əsrin ikinci yarısında Azərbaycan – Gürcüstan münasibətləri” kitabının təqdimatı olub.

Səfirliyin mədəniyyət və humanitar məsələlər üzrə attaşesi Samirə Ağayeva
Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu kitabın gürcü dilinə tərcümə olunması və təqdimatının təşkili həmin tədbirlərin davamıdır. O, kitabın ərsəyə gəlməsi ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynin və Polşadakı səfiri Həsən Həsənovun təbriklərini çatdırıb.

Sonra kitabın müəllifinin qızı Afina Əliyeva çıxış edərək anası barədə xatirələrini danışıb, kitabın yenidən nəşr olunmasının məqsədlərini diqqətə çatdırıb. Bildirib ki, Gürcüstanda anadan olmuş Şəfiqə xanım sonradan gürcü dilini mükəmməl bilən alim kimi Azərbaycana dəvət olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda çalışdığı illərdə Ş.Həmidovanın bir neçə tarixi əsəri, o cümlədən 1985-ci ildə bu kitabı çap olunub. Son dövrlər Azərbaycan ilə Gürcüstan arasında dostluq əlaqələrinin inkişafına töhfə vermək məqsədilə kitabın gürcü dilinə tərcümə olunaraq yenidən çap etdirilməsi təşəbbüsü irəli sürüldü. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da bu təşəbbüsü dəstəkləyib və kitab yenidən çap olunub.

A.Əliyeva kitabın tərcümə olunmasına və çapına kömək etmiş şəxslərə təşəkkürünü bildirib, bunu anasının ruhuna hörmətin təzahürü kimi qiymətləndirib.

Sonra Gürcüstan Parlamenti Milli Kitabxanasının direktor müavini Mirian Xositaşvili, Gürcüstan Milli Elmlər Akademiyasının üzvü, akademik Zaza Aleksidze, tarixçi alim Quram Marxuliya və başqaları çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, bu kitab ikitərəfli əlaqələrimizin inkişafına töhfədir, eyni zamanda, tarixi araşdırma mənbəyidir. Kitabda göstərilən faktlar, xalqlarımız və dövlətlərimiz arasındakı dostluğun qədim tarixə malik olduğunu bir daha sübut edir.

Kitabın Gürcüstanın ali və orta ixtisas məktəblərinə paylanılacağı bildirilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

M.F.Axundzadə adına Muzey, Tiflis
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Yeni nəşrlər, Tiflis
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Tiflis, Qarayazı
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflis
Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib

Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib

Tiflis, Qarayazı, Diaspora
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Gürcüstan, Mədəd Çobanov
Tbilisidə keçirilən konfransda Xocalı hadisələrinin acı nəticələrindən bəhs ...

Tbilisidə keçirilən konfransda Xocalı hadisələrinin acı nəticələrindən bəhs ...

M.F.Axundzadə adına Muzey, Tiflis
ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

Ədəbi əlaqələr
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Yeni nəşrlər, Tiflis
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Rəy yazın: